Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Viləş FK
Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və cənub bölgəsini təmsil edir. == Ümumi məlumat == 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdır. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə Azərbaycan Birinci Liqasınunda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub Masallı adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu.
Viləş çayı
Viləşçay — Yardımlı və Masallı rayonlarından axıb Qızılağac körfəzinə tökülür. İranın Mazandaran vilayətinin Kelar- dəşt mahalinda oxşar adlı Velaşt gölü var. == Ümumi məlumat == Talışın ərazisindən axan ən uzun çaydır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını Talış silsiləsinin Quludaş zirvəsindən (2203 m) alır. Yuxarı axımında Peştəsər, orta axımında isə Alaşar-Burovarsilsilələrini çəpinə keçir və çox dərin və dar dərələr əmələ gətirir. Axırıncı 25 km məsafədə Lənkəran düzənliyindən axır. Başlıca qolları, sağdan Şərətük (uzunluğu 29 km), soldan Mətəli (uzuluğu 21 km) çaylarıdır. Bilavasitə Xəzər dənizinə tökülən çaydır. Suyun çox hissəsini yağış (70%), qismən də yeraltı (20%), qar (10%) sulardan alır.
İkili sləş
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
Viləş Masallı FK
Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və cənub bölgəsini təmsil edir. == Ümumi məlumat == 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdır. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə Azərbaycan Birinci Liqasınunda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub Masallı adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu.
Göz yaşımı yar silə (albom)
Göz yaşımı yar silə və ya digər adıyla Göz yaşımı yar silə (Eldar Mansurovun mahnıları 1999)– Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 10 mahnı daxildir. == Hazırlanması == Aygün Kazımovanın 1998-ci ildə "Şahin-R" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset formatındakı albomudur.
SMILES
SMILES (ing. Simplified Molecular Input Line Entry Specification - Molekulyar girişi sadələşdirən xəttin giriş spesifikasiyası) - ASCII sxemi ilə kimyəvi maddənin birbaşa stukturunu izah edən sistemdir. Digər "smiles" (azərb. gülüşlər‎) adlı ingilis sözünün omonimidir.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Silez Universiteti
Silez Universiteti (pol. Uniwersytet Śląski w Katowicach, UŚ) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. In 1950, the Higher Pedagogical School in Katowice was established, == Tarixi və fəaliyyəti == 1968-ci ildə Katoviçedə təsis edilmiş Silez Universiteti Polşanın ən böyük dövlət ali məktəblərindən biridir və Yuxarı Sileziya regionunda ən böyük universitetdir. Universitetin strukturunu tələbələrə 53 istiqamət və 160-dan artıq ixtisas, həmçinin 8 ingilis dilli təlim üzrə təhsil təklif edən 12 fakültə və 5 beynəlxalq fakültə vahidi təşkil edir. Ali məktəbdə bakalavriatura, magistratura və aspirantura təhsil pillələri, diplomdan sonrakı təhsil, ixtisasın artırılmasının kursları fəaliyyət göstərir. Universitetin əsas fakültələri: informatika və materialşünaslıq, Kristof Kislovski adına radio və televiziya, riyaziyyat, fizika və kimya, təbiətşünaslıq, biologiya və ətraf mühitin mühafizəsi, etnologiya, filologiya, sosiologiya, incəsənət, pedaqogika və psixologiya, hüquq və idarə etmə və ilahiyyat. Hazırda bu ali təhsil ocağında təqribən 40 000 tələbə təhsil alır. == Universitet şəhərcikləri == Silez universitetinin yataqxanaları üç şəhərdə inşa edilib: Katoviçe, Sosnovts və Teşin. Katoviçedə akademiya şəhərciyi mənzərəli Liqota rayonunun park-meşə zonası yaxınlığında yerləşir. Burada üç yataqxana və infrastruktur obyektlər istifadəyə verilib: tennis kortu, trenajor zalı, kseroks-xidmətlər, “Straşnıy dvor” tələbə klubu, “Panorama” barı, ərzaq mağazaları.
Sylvia Miles
Sylvia Miles (9 sentyabr 1924, Qrinviç Villic[d], Nyu-York ştatı – 12 iyun 2019, Manhetten, Nyu-York ştatı) — amerikalı aktrisa. == Həyatı == == Filmoqrafiya (seçim) == arrış (1961) MidniMurder, Inc. (1960) Pght Cowboy (1969) Son film (1971) Məryəmi öldürən kişi nədir?
Wade-Giles
Wade-Giles (Sadələşdirilmiş Çincə: 威妥玛拼音 və ya 韦氏拼音; Ənənəvi Çincə: 威妥瑪拼音; pinyin: wēituǒmǎ pīnyīn) Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında (Tayvan) istifadə olunur.
X-Files
Məxfi materiallar (ing. X-Files) – 1993-cü illərdə çəkilən populyar fantastik,dram,elmi-uydurma janrında olan seriallardır.Serialın çəkilməsi 1993-cı ildən başlanmış, 19 may 2017-ci ildə başa çatmışdır. Bu vaxt ərzində 202 seriya çəkilmişdir. Filmin ideyası,prodüserliyi Kris Karter -ə mənsubdur. Məxfi materiallar serialı ilk dəfə ABŞ-nin "Fox" Crime kanalında yayımlanmışdır. Ardınca digər ölkələrin bir çox kanallarında yayımlanmağa başladı.Türkiyede TGRT-den, Azerbaycanda 2001 ci illerde Ans tv de yayınlanmışdı. == Şüarlar == Həqiqət hardasa yaxındadır (ing. The Truth is Out There) Onlar baxırlar (ing. They’re watching) Heç kimə inanma (ing. Trust No One) Yalana inan (ing.
Miles Stevart
Miles Stevart (4 may 1971, Sidney) — Avstraliyanı təmsil edən triatlonçu. == Karyerası == Miles Stevart Avstraliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 6-cı pillədə başa vurdu.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
İleş rayonu
İleş rayonu (başq. Илеш районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Verneyarkevo kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1 985 km² təşkil edir. Ərazisindən Ağidel Syun və Baza çayları axır. Əsasən boz meşə və qara torpaqlar yayılmışdır. İqlimi mülayim, isti və bir az quraqdır. Ərazisinin 15,4 % meşələr tutur. Rayon ərazisindən neft, gil və qum-çınqıl qarışığı çıxır.
İləs (Xaybulla)
İləs kəndi (başq. Иләс) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Yeni Erqən kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İləs kəndinin milli tərkibi: başqırdlar 100 %. == Tanınmış şəxsləri == Qilmetdin Sayfetdinoviç Krımgujin (1 iyul 1927 года — 1 fevral 1991) — Traktor briqadasının briqadiri, Sosialist Əməyi Qəhrəmanı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):12 km., kənd sovetliyindən (Yeni Ərqən): 24 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 67 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Şilə mayakı
Şilə mayakı (türk. Şile Feneri) — İstanbulun Şilə ilçəsində Bosfor və Qara dənizə xidmət edən bir mayak. Qara dənizdə sahil təhlükəsizliyini təmin edən iki mayakdan biri olan Şilə mayakı, digər mayak evləri kimi 1859-cu ildə Osmanlı İmperiyası dövründə inşa edilmişdir. Mayak dəniz səviyyəsindən 60 metr yüksəklikdəki qayalarda 110 sm yüksəklikdədir. Səkkizguşəli qüllə şəklində inşa edilmişdir. Görüş məsafəsi 20 dəniz milini təşkil edən sarım sistemi olan fənər ilk dövrlərdə 3 qaz lampası ilə işləyərkən 1968-ci ildə elektriklə işləməyə başladı. Bu gün muzeyə çevrilən Şilə mayakı, 150 illik bir tarixə sahibdir. == Tarixçə == Şilə mayakı, Krım müharibəsində gəmilərin Qara dənizdən Bosfora girməsini təmin etmək üçün qurulan mayaklardan biridir. Bu məqsədlə, 1856-1859-cu illərdə Bosfor ətrafında qurulan Anadolu mayakından sonra Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Türk memarları daş hissəsini dizayn edərkən, metal hissələri və linza büllur sistemi Parisdəki bir fabrikdən idxal edilmişdir.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Emmanüel Jozef Siyes
Emmanüel Jozef Siyes, bəzən Syeyes (fr. Emmanuel Joseph Sieyès; 3 may 1748[…], Frejüs[d] – 20 iyun 1836[…], Paris) — Napoleonun dövründə fransız Roma-katolik keşiş və siyasətçi. Fransa Akademiyasının üzvü idi.
Silos yemi (film, 1932)
== Məzmun == Təbliğat filmi maldarlığın şirəli yemlə təchiz olunmasında silos basdırmanın əhəmiyyətindən və onun texnoloji qaydalarından bəhs edir. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Şirokov, Hüseynov Operator: Kovalçuk == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Pilək
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Silab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Simliş
Simliş (ing. Simlish) — The Sims oyun seriyasında istifadə olunan dil. The Sims oyun seriyası ilə yanaşı, SimCity, MySims kimi Electronic Arts oyunlarında da istifadə olunur. The Sims oyun seriyasının yaradıcısı Vill Rayt, oyunda dialoqlara ehtiyac duyduğunu düşündü, ancaq İngilis kimi həqiqi dillərdəki sözlərin təkrarlanacağını və personajların nitqinin tərcüməsinin baha olacağını düşünürdü. Buna görə Simliş The Sims seriyasında istifadə ediləcək şəkildə yaradıldı. Əvvəlcə İkinci Dünya müharibəsində Amerikanlar tərəfindən istifadə edilən kodlaşdırılmış dildən ilham almış və Nahavo dilindən yaratmaq üçün istifadə edildi. == Tarixçə == The Sims seriyası oyunlarında personajların ingilis dilində danışmayacağı fikri əvvəldən baş oyun dizayneri Vill Raytın xoşuna gəldi. Beləliklə, virtual oyun personajlarının nitqi yalnız gerçəkliyin illüziyası və əsl ünsiyyət dili kimi səslənməməli idi. Digər bir problem, dialoqun həddindən artıq təkrarlanmaması olmuşdur. Beləliklə, oyun dizayneri intonasiya və inkişaf etdirilmiş jestlərin köməyi ilə oyunçunun başa düşə biləcəyi uyğun olmayan bir dil qoymağı qarşısına məqsəd qoydu.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Siyər
Siyer-i Nəbi; (ərəbcə ː Sira ən-Nəbəviyyə ), qısaca sirah. Ənənəvi İslam ədəbiyyatında Məhəmmədin tərcümeyi-hallarına verilən addır. Quran və hədislərlə yanaşı, Məhəmmədin həyatı və İslamın ilk dövrləri haqqında ən çox tarixi məlumatların mənbəyidir. Məhəmmədin həyatı və ilk İslam tarixi ilə bağlı ən diqqət çəkən məsələ, məlumatların, şifahi hekayə mədəniyyətinin nizamsız məhsulu kimi meydana çıxması və təfərrüatların əsrlər boyu artan tərəqqisidir. Hekayələr Məhəmmədin həyatından 150-200 illik fasilədən sonra toplanır, çeşidlənir, düzülür və bioqrafik mətnlərə çevrilir. Bu rəvayətlər qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və öz daxilində ziddiyyətlər ehtiva edir. Hekayələr zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır. Hədis və sira mənbələrində Məhəmmədin həyatı ilə heç bir əlaqəsi olmayan əhvalatların bəzi dəyişikliklər edilərək Məhəmmədin hekayətinə əlavə olunabilər. Sami Ezzib, Xeybərin fəthi və Qureyza qırğını kimi mövzuların yəhudilərin müqəddəs kitabında yer aldığını, lakin bu mənbəyə görə yəhudilərin qeyri-yəhudiləri qətlə yetirdikləri məlumatını verir. Rəvayət (Qıssa) çi ənənəyə əsaslanır əsərlərdən başqa İslamın ilkin tarixi, tarix baxımından nə vaxt meydana çıxdığı, hansı coğrafiyada doğulub dünyaya yayıldığı bu gün də qeyri-müəyyən olaraq qalır.
Viləşə
Viləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vil talış dilində "gül", "çiçək" və hüşə (bişə) "meşə" deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Asiləh
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Anderson Silva
Anderson da Silva - UFC-nin braziliyalı döyüşçüsü, peşəkar boksçu. 1975-ci ildə Braziliyanın San Paulo şəhərində anadan olmuşdur. Peşəkar boksda cəmi iki döyüş keçirən Silva bu döyüşlərin birində qalib gəlmiş, o birində isə rinqi məğlub tərk etmişdir. Buna baxmayaraq Silva MMA yarışlarında daha yüksək nəticə əldə edərək 129 döyüşdən cəmi 8-da məğlub olmuşdur. Dayane adlı xanımla ailəlidir və 5 uşaq atasıdır. Hal-hazırda Amerikanın Los Anceles şəhərində yaşayır.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Avtomatik silah
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Aviles
Aviles (isp. Avilés) — İspaniyanın şimalında, Ovyedo əyalətində şəhər. Asturiya tarixi vilayətində yerləşən şəhər Aviles çayının Biskay körfəzinə töküldüyü yerdə liman rolunu daşıyır. Burada metallurgiya və kimya sənayesi var. Kurort şəhərdir.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Diler
Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir. Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri). Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər. Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir. Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur.
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.