İleş rayonu

İleş rayonu (başq. Илеш районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayon
İleş rayonu
Илеш районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°26′45″ şm. e. 54°19′01″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi 1973[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.219 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34762
Poçt indeksi 4522ХХ
Rəsmi sayt
İleş rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun inzibati mərkəzi Verneyarkevo kəndidir.

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1 985 km² təşkil edir. Ərazisindən Ağidel Syun və Baza çayları axır. Əsasən boz meşə və qara torpaqlar yayılmışdır. İqlimi mülayim, isti və bir az quraqdır. Ərazisinin 15,4 % meşələr tutur. Rayon ərazisindən neft, gil və qum-çınqıl qarışığı çıxır.

İleş rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası İleş rayonu ərazisin milli tərkibi: başqırdlar — 78,8 %, tatarlar — 15,3 %, marilər — 2,6 %, ruslar — 1,9 %, digər millər — 1,4 %[3]. Siyahıya alınmağa görə əhalinin milli tərkibi[4]:

İL Başqırdlar tatarlar
1970 71 % 21 %
1979 79 % 13 %
1989 63 % 30 %
2002 80,5 % 13,7 %
2010 78,8 % 15,3 %

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

22 kənd inzivati vahidliyinə 87 yaşayış məntəqəsi daxildir[5]

İleş rayonu əsasən aqrar rayondur. Ərazisinin 141,7 min ha kənd təsərrüfatına cəlb olunmuşdur (rayon ərazisinin 71,5 %). 29,7 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının taxılçılıq, ətlik-südlük maldarlıq və donuzçuluq sahələri inkişaf etmişdir. Ərazisindən M-7 "Volqa" və NeftekamskTuymazı mağıstralı keçir.

Rayon ərazisində 72 ümumtəhsil mərkəzi, 25 orta məktəb, 35 kütləvi kitabxana, 69 klub, mərkəzi rayon və 3 digər xəstəxana fəaliyyət göstərir. Burada əsasən tatar dilində «Mayak» qəzeti və onun rus və başqırd dillərində dublyajı buraxılır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Musa Qareyev — iki dəfə Sovet İttifaqı Qəhrəmanı.
  • Ənvər Abdillin — Sovet İttifaqı Qəhrəmanı.
  • Robert Munnullin — Tatarıstan xalq şairi, Başqırdıstan Respublikası Əməkdar Mədəniyyət Xadimi.
  • Rinat Xayri — Başqırd şair və yazıçı.
  • İldus Timerxanov — uşaq yazıçısı.
  • Sufiyan Povarisov — Başqırdıstanın xalq yazıçısı, filologiya elmləri doktoru, Başqırdıq Dövlət Universitetinin professoru
  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. Население Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.
  5. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.