Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Ageratina burgeri
Ageratina burgeri (lat. Ageratina burgeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Subway Surfers
Subway Surfers (ing. Subway Surfers, azərb. Metro sörfçüləri‎) — Kiloo Games və Sybo Games tərəfindən yaradılmış Android və IOS əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, aksiyon-macəra janrlı oyun. Sonradan oyunun müxtəlif bayram və şəhərlərlə bağlı digər versiyaları çıxmışdır. == Yaradılma == Oyunun anonsu 18 sentyabr 2012-ci ildə YouTube video sosial şəbəkəsi vasitəsilə edilib və 20 sentyabr 2012-ci ildən Google Play və App Store online mağazalarında öz yerini alıb. 30 may 2013-cü ildə 1.11.0 versiyası çıxmışdır. Oyunun tutumu 45 mb-dir. == Süjet == Hadisələr bir metro deposunda baş verir. Öz dostları Triki (ing. Tricky) və Freş (ing.
Burger King
Burger king — 1954-cü ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin tarixi 1953-cü ildə Florida ştatındakı Jacksonville-dəki Insta-Burger King restoran şəbəkəsindən başladı. Bundan sonra, 1954-cü ildə Insta-Burger King Restoranında maddi sıxıntılar yarandı və iki yerli sakin David Edgerton və James McLemore şirkəti satın aldı və Burger King adını aldı. Növbəti yarım əsr ərzində şirkət direktorlarını dəyişdi. Üçüncü direktor TPG Capital Group idi və Bain Capital və Goldman Sachs Capital Partners 2002-ci ildə nəşr etdilər. 2010-cu ilin sonunda Braziliyanın 3G Capital şirkəti onu 3.26 milyard dollara aldı. 3G Capital və Berkshire Hathaway, VK'ı Kanadalı Tim Hortons ilə birləşdirdi.
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Sergey Bondarçuk
Sergey Bondarçuk (25 sentyabr 1920[…], Belozorka[d], Xerson quberniyası – 20 oktyabr 1994[…], Moskva) — Sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti (1952).
Sergey Borodin
Sergey Borodin (rus. Сергей Петрович Бороди́н; 12 (25) sentyabr 1902, 8 oktyabr 1902 və ya 25 oktyabr 1902, Moskva – 22 iyun 1974, Daşkənd) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" (rus. Амир Саргиджан) təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür. Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi. == Həyatı və yaradıcılığı == Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. == Həyatı == Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Sergey Boçkov
Sergey Boçkov (20 avqust 1979) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Sergey Boçkov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, uzunluğa tullanma turnirində 16.02 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 30-cu pillədə başa vuraraq mübarizəsini dayandırdı. Daha sonra Sergey Boçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma olimpiadada məşq zamanı zədə aldığına görə o, turnirdə mübarizə apara bilmədi.
Sergey Brin
Sergey Mixayloviç Brin (rus. Сергей Михайлович Брин; 21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı iş adamı. Larri Peyc ilə birlikdə Google-u yaratması ilə məşhurdur. Brin 2019-cu il dekabrın 3-də vəzifəsini tərk edənə qədər Google-un ana şirkəti Alphabet-in prezidenti olub. O və Peyc Alphabet-də həmtəsisçi, nəzarətçi səhmdar və idarə heyətinin üzvü olaraq qalırlar. 2023-cü ilin noyabrına olan məlumata görə, Brin Bloomberg Milyarderlər İndeksində 111 milyard dollar təxmin edilən xalis sərvəti ilə dünyanın 10-cu ən varlı adamıdır. Brin altı yaşında SSRİ-dən ABŞ-ə köçüb. O, riyaziyyatla yanaşı, kompüter elmləri də oxuyaraq atasının və babasının yolunu davam etdirib, Merilend Universitetində bakalavr dərəcəsini qazanıb. Bitirdikdən sonra kompüter elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün Stenford Universitetinə daxil olub. Burada birlikdə veb axtarış sistemi qurduğu Peyc ilə tanış olub.
Sergey Brızqalin
Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir. 1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir. Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Sergey Bubka
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı. == Həyatı == Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı. == Fəaliyyəti == O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur. Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili).
Sergey Bədəlyan
Sergey Qriqoryeviç Bədəlyan (erm. Սերգեյ Գրիգորի Բադալյան, rus. Сергей Григорьевич Бадалян; 4 iyul 1947, İrəvan, Ermənistan SSR – 25 noyabr 1999, Moskva) — Ermənistan fiziki, siyasətçisi və dövlət xadimi, 1992–1999-cu illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1996-cı və 1998-ci illərdə Ermənistan prezidentliyinə namizəd. == Həyatı == Sergey Qriqoryeviç Bədəlyan 4 iyul 1947-ci ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1965–1970-ci illərdə İrəvan Politexnik İnstitutunun Texniki Kibernetika fakültəsində riyaziyyat mühəndisi ixtisası üzrə təhsil almışdır. Bədəlyan 1970–1973-cü illərdə İrəvan Politexnik İnstitutunda assistent işləmişdir. O, 1973–1980-ci illərdə Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda riyaziyyatçı mühəndis olmuşdur. Bədəlyan 1980–1982-ci illərdə İrəvan Fizika İnstitutunda tədqiqat qrupunun rəhbəri olmuşdur. O, 1982–1991-ci illərdə İrəvan Fizika İnstitutunun İPK Komitəsinin katibi olmuşdur. Bədəlyan 1991-ci ildə Ermənistan Kommunist Partiyası (EKP) İrəvan Şəhər Komitəsinin birinci katibi olmuşdur.
Sergey Cikiya
Sergey Cikiya (gürc. სერგი ჯიქია; 20 oktyabr 1898 – 6 dekabr 1993) — gürcü şərqşünası və gürcü türkologiyasının banisi. 200-dən çox yazılı tədqiqat və məqaləsi olan Cikia, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür. == Həyatı == Cikiya Tiflis Universitetinin dilçilik fakültəsini bitirib. 1927-ci ildə Türkologiya mütəxəssisi olmaq üçün Türkiyəyə gəlmiş və İstanbul Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsində iki illik təhsil alıb. Universitetdə Fuad Köprülü, Ali Ekrəm, Hulûsi bəy və Orxan Şaiq Gökyay kimi müəllimlərdən dərs alıb. İstanbuldakı arxivlərdə türk dili və tarixi mənbələr üzərində işləyib. Türk dili üzərində etdiyi çalışmalara 1929-1936-cı illər arasında Rusiyadakı Türkologiya dairələrində davam edib. 1936-cı ildə Tiflis Universiteti Şərq Dilləri Bölməsinin müdiri seçilən Cikia, universitetdə türkologiya fənni tədris edən ilk akademik olub. 1945-1953-cü illər arasında Tiflis Universiteti Şərq Elmləri Fakültəsinin ilk dekanlığını yaradıb.
Sergey Denisov
Sergey Evdokimoviç Denisov (10 avqust 1914-cü il — 19 mart 1945-ci il) — Baş Leytenant, Sovet İttifaqı Qəhrəmanı (1943). == Həyatı == Sergey Denisov 10 avqust 1914-cü ildə anadan olub. Natamam orta təhsil alıb. O, SSRİ Qırmızı Orduda çalışıb. Denisov 1940-cı ildə Kəndli — Fəhlə Qırmızı Orduya xidmətə çağırılıb. O, 1942-ci ildə "təkmilləşdirmə" kurs: hərbi — siyasi məktəbini bitirmişdir. 1942-ci ilin noyabrında Böyük Vətən müharibəsi cəbhələrində Stalinqrad döyüşündə iştirak edib. Denisov 1943-сü ildə Mərkəzi cəbhə 207-ci qvardiya atıcı artilleriya qızdırıcıya komandanlıq edirdi. O, döyüşlər zamanı fərqlənib. O, 1943-cü ilin iyun ayında tank bölmələrinin düşmənin hücumu əks edərək onlara böyük itkilər qazandırmışdır.
Sergey Dovlatov
== Həyatı == 1941-ci il, 3 sentyabrda Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub. 1959-cu ildə Leninqrad Dövlət Universitetinin fin dili fakültəsində oxumağa başlayıb. Fakültədən qovulan S. Dovlatov üç il hərbi xidmətdə olub. Sonra Komi respublikasında həbsxanada çalışıb. SSRİ-nin dağılmasından sonra hekayələri Rusiyada nəşr olunub. == Mühacirət həyatı == 1978-ci ilin avqustunda hakimiyyətin təqiblərinə görə Dovlatov SSRİ-dən mühacirət etdi və Nyu-Yorkun Forest Hills bölgəsində məskunlaşdı və burada New American həftəlik qəzetinin baş redaktoru oldu. Onun redaksiya heyətinin üzvləri Boris Metter, Aleksandr Genis, Pyotr Veyl, balet və teatr fotoqrafı Nina Alovert, şair və esseist Qriqori Rıskin və başqaları idi. Qəzet tez bir zamanda mühacirlər arasında populyarlıq qazandı. Bir-birinin ardınca onun nəsr kitabları nəşr olunurdu. 1980-ci illərin ortalarına qədər Dovlatov bir oxucu kimi böyük uğur qazandı, "Partisan Review" və "The New Yorker" jurnallarında dərc olunub.
Sergey Eyzenşteyn
Seegey Mixayloviç Eyzenşteyn (10 (22) yanvar 1898, Riqa – 11 fevral 1948[…], Moskva) — sovet teatr və kino rejissoru, ssenarist, rəssam və pedaqoqu, RSFSR əməkdar incəsənət xadimi (1935). == Həyatı == 1898-cu il 23 yanvarda Riqada dünyaya gəlmişdir. Atası Mixail Osipoviç Eyzenşteyn alman-yəhudi və isveç əsilli şəhər memarı idi, anası isə Yuliya İvanovna Konetskaya provaslav ailəsindən olan tacir qızı idi. Dəbdəbəli həyatına baxmayaraq Eyzenşteyn öz uşaqlıq illərindən kədərlə bəhs edirdi. Valideynləri Sergeyi sevirdilər lakin öz işləri ilə məşğul olmaqdan ona kifayət qədər diqqət ayıra bilmirdilər. 1907-ci ildə Rusiyadakı ilk inqilab vaxtında ailə Parisə köçür. Lakin Sergeyin elə həmin il Riqa Texniki Liseyinə qəbul olması ilə geri qayıdırlar. Əsas təhsillə yanaşı o, fortepianoda ifa etməyi, 3 dildə danışmağı bacarırdı: ingilis, alman, fransız. Sergey eyni zamanda foto sənətini mənimsəyirdi. Karikatura çəkməyi çox sevirdi.
Sergey Filippov
Sergey Nikolayeviç Filippov (rus. Серге́й Никола́евич Фили́ппов; 24 iyun 1912, Saratov, Rusiya imperiyası — 19 aprel 1990, Leninqrad, SSRİ) — Sovet komediya aktyoru. RSFSR-in xalq artisti (1974). == Həyatı == == Filmoqrafiya == Karnaval gecəsi (film, 1956) Gitaralı qız (film, 1958) Avtomobildən qorun (film, 1966) Qəm yemə! (1969) 12 stul (film, 1971) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rol: üç idarədə işləyən şəxs Peterburqdan anonim adam (film, 1977) Petya və Qırmızı Papaq (cizgi filmi, 1958) İdman lotosu-82 (film, 1982) Həyat üçün təhlükəlidir!
Sergey Gerasimov
Sergey Gerasimov (rus. Серге́й Апполина́риевич Гера́симов; 21 may (3 iyun) 1906 – 26 noyabr 1985, Moskva) — Rus-sovet kinorejissoru.
Sergey Jitomirski
Sergey Jitomirski (1 sentyabr 1929, Moskva – 24 iyul 2004, Moskva) — rus yazıçısı, şairi və jurnalisti. Tarixi və elmi-fantastik romanlar müəllifi. == Həyatı == Sergey Viktoroviç Jitomirski 1 sentyabr 1929-cu ildə Moskvada anadan olmuşdur. Atası professor Viktor Konstantinoviç Jitomirski ixtisasca epidemioloq və mikrobioloq, anası Emiliya Zinovyevna Muxina (Jitomirskaya) müəllimə olmuşdur. Babası isə pedaqoqika üzrə tanınmış alim, professor Konstantin Qriqoryeviç Jitomirskidir. İxtisasca dizayn mühəndisi olmuşdur. === Ailəsi === Sergey Jitomirski üç dəfə ailə həyatı qurmuşdur. 1956-cı ildə Jitomirskaya (Perlovaqor) Lidia Mixaylovna ilə evliliyindən Mariya, 1961-ci ildə Susloviç Natalia Lvovna ilə evlilikdən Yekaterina və 1976-cı ildəki Panina Alla Leonidovna ilə evlilikdən isə Anna adlı qızları dünyaya gəlmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1960-cı illərdə başlamışdır. Dəzgahlarda sənaye robotları hazırlamış, Moskva Dövlət Universitetinin Mexanika İnstitutunda gəzinti cihazları, əlil arabaları və yuxarı ətraf protezlərinin hazırlanması ilə məşğul olmuşdur.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. == Həyatı == S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Sergey Karamçakov
Sergey Zaxaroviç Karamçakov (26 avqust 1962 – 1993, Abakan) — Sovet və Rus sərbəst güləşçisi . 1988-ci ildə Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Rusiyanın əməkdar idman ustası (1992). == Tərcümeyi-hal == Sergey Karamçakov 26 avqust 1962-ci ildə Xakasiyada yerləşən Askiz kəndindən 16 km aralıda yerləşən Katanov aalında anadan olub. Milliyətcə xakasdır. 1974-cü ildən bəri kənddə sərbəst güləşlə məşğul olmağa başladı. Məşqçilər M.F.Mıltıqaşev və A.N.Adanakov idi. 1978-ci ildə Krasnoyarsk şəhərinin СПТУ № 20-nə daxil oldu və sərbəst güləş dərslərini məşqçilər ilə davam etdirdi. V.P.Zaytsev, V.N.Alginova, Oxapkin və D.Q. Mindiaşvili bu qəbildən olan məşqçilər idi. O, 1979-cu ildə SSRİ İdman Ustası, 1985-ci ildə SSRİ beynəlxalq dərəcəli idman ustası, 1992-ci ildə Rusiyanın əməkdar idman ustası adlarına layiq görülmüşdür.
Sergey Karasyov
Sergey Karasyov - rusiyalı futbol hakimi. 1979-cu ildə paytaxt Moskvada doğulub. 2010-cu ildən etibarən FİFA referesi statusu alıb. İxtisasca vəkil olan Karasyov 1995-ci ildə məhkəmədə çalışıb. 1999-2002-ci illər aralığında İdman Akademiyasında təhsil alır. 2000-ci ildən Rusiya ikinci futbol liqasında köməkçi hakim olub. 2006-cı ildən etibarən baş hakim funksiyalarını yerinə yetirir. 2013-cü ildə UEFA]-nın elit kateqoriyasına yüksəlib. 2014-cü ildə isə özünü doğrulda bilməyib elit mərhələdən 1-ci kateqoriyalı hakimlər siyahısına eniş edib. Evlidir, bir oğlu və bir qızı var.
Sergey Karpov
Sergey Pavloviç Karpov (d.1 yanvar 1948, Stavropol) — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və professoru, AMEA-nın fəxri professoru və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1948-ci il yanvar ayının 1-də Rusiya Federasiyasının Stavropol diyarında anadan olub. 1986-cı ildən Moskva Dövlət Universitetinin Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və 1989-cu ildən isə həmin kafedranın professorudur. 1990-cı ildən Moskva Dövlət Universitetinin tarix fakültəsinin "Orta Əsrlərdə Bizans və Qaradənizin tarixi" laboratoriyasının elmi rəhbəridir. 1992-ci ildən Rusiya Təbiət elmləri Akademiyasının həqiqi üzvüdür (Rusiya Ensiklopediyası bölməsi üzrə). 1996-cı ildən Almaniya Federativ Respublikasının Leybnits Cəmiyyətinin həqiqi üzvüdür. 1998-ci ildə Rusiya Fedrasiyasının Ali peşəkar təhsilinin fəxri işçisidir. 1998-ci ildən İtaliyanın Liquriy Elmlər Akademiyasının ədəbiyyat, mənəvi və tarix elmləri üzrə müxbir üzvüdür. 1998-ci ildən İtaliyanın Alessandriya və Asti əyalətlərinin Akademiya və Tarix Cəmiyyətinin müxbir üzvüdür. 1995–2015-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olub.
Serqey Sirotkin
Serqey Oleqoviç Sirotkin (d. 27 avqust 1995, Moskva, Rusiya) — Rusiya avtoyarışçısı. Avropa Formula-Abarth 2011 çempionu, GP2 yarış seriyasının iki dəfə bürünc mükafatçısı. 2018-ci ildən Vilyams Formula-1 komandasının pilotu. == Şəxsi məlumatlar == Serqeiyin sponsorlarından biri Sauber Formula 1 komandası üçün hazırladığı test nümayişləri zamanı o dövrün direktoru Oleq Sirotkinin atası olan Aviasiya Texnologiyaları Milli İnstitutu idi. 2017-ci ildə MADİ-nin məzunu, avtonəqliyyat vasitəsi fakültəsini bitirib . == Karyera == Sirotkin karyerasına 2008-ci ildə kartinqlə başladı. Birincisi, bir sıra KF3 sinif çempionatlarında oynadı, Göteborg Stora Pris çempionu oldu. 2010-cu ildə Serge KF2 sinifinin üç seriyasına qatıldı. === Formula Abart === Sirotkin 2010-cu ildə Formula seriyasında ilk dəfə çıxış etdi: "Jenzer Motorsport" komandasında "Formula-Abart" yarışında İtaliyanın 6 yarışında iştirak etdi.
Serqey Xuqayev
Serqey Zverev
Sergey Zverev (saxa Сергей Афанасьевич Зверев — Кыыл Уола 8 iyul 1900, Tyubyay[d], Yakutiya MSSR – 7 mart 1973) — Yakut xalq müğənnisi və Olonqo dastançısı. SSRİ Yazıçılar Birliyinin üzvü (1939), Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == Sergey Zverev 1900-cü il iyunun 25-də (6 iyul) (digər mənbələrə görə 19 avqust 1891-ci ildə) Yakutsk vilayətinin Suntarski ulusundakı Tyubyat kəndində anadan olmuşdur. 20 ildən çox rəncbər kimi çalışmışdır. Sonra Bodaybin qızıl mədənlərində mədənçi, Kempendyay Duz Zavodunda dülgər kimi çalışır. Kolxoz təsərrüfatına qoşulur, kolxozun sədri olur. 1940-1945-ci illərdə Nyurbin kolxoz teatrının aktyoru kimi çalışır. Q. Vasiliev ilə birgə Yakutiyadakı almaz sənayesinin yaranmasına həsr olunmuş «Ayxal eyiexe aar tayka» ("Sənə şöhrət, boz tayqa") poemasını yazmışdır. 1953-cü ildə Sergey Zverevin "Min Sereqim" ("Ürəyim") şeirlər toplusu nəşr olunur. Sergey Zverev Yakut rəqs mədəniyyətinin banilərindən biridir.
Serqey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.