Sergey Cikiya (gürc. სერგი ჯიქია; 20 oktyabr 1898 – 6 dekabr 1993[1]) — gürcü şərqşünası və gürcü türkologiyasının banisi[2]. 200-dən çox yazılı tədqiqat və məqaləsi olan Cikia, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür.
Sergey Cikiya | |
---|---|
Doğum tarixi | 20 oktyabr 1898 |
Vəfat tarixi | 6 dekabr 1993[1] (95 yaşında) |
Təhsili | |
Fəaliyyəti | şərqşünas, türkoloq |
Fəaliyyət illəri | 1982-ci ildən |
Elmi dərəcəsi | |
Mükafatları |
"Qırmızı əmək bayrağı" ordeni (SSRİ) "Lenin" ordeni |
Üzvlüyü |
Cikiya Tiflis Universitetinin dilçilik fakültəsini bitirib. 1927-ci ildə Türkologiya mütəxəssisi olmaq üçün Türkiyəyə gəlmiş və İstanbul Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsində iki illik təhsil alıb. Universitetdə Fuad Köprülü, Ali Ekrəm, Hulûsi bəy və Orxan Şaiq Gökyay kimi müəllimlərdən dərs alıb. İstanbuldakı arxivlərdə türk dili və tarixi mənbələr üzərində işləyib[3]. Türk dili üzərində etdiyi çalışmalara 1929-1936-cı illər arasında Rusiyadakı Türkologiya dairələrində davam edib. 1936-cı ildə Tiflis Universiteti Şərq Dilləri Bölməsinin müdiri seçilən Cikia, universitetdə türkologiya fənni tədris edən ilk akademik olub. 1945-1953-cü illər arasında Tiflis Universiteti Şərq Elmləri Fakültəsinin ilk dekanlığını yaradıb. 1960-cı ildə ölümünə qədər George Sereteli Şərqşünaslıq İnstitutunun Türkologiya şöbəsinin müdiri olub.
Sergey Cikiya türk filologiyası, türk dillərinin dialektologiyası, türk dili tarixi, türkcə tarixi mənbələr, Türk-Gürcü münasibətləri və türk dilinin Şərqi Anadolu ve Azərbaycan ləhcələri üzərində çalışmışdır. Övliya Çələbinin "Səyahətnamə" əsərində gürcücə, meqrelcə və lazca mətnləri araşdırmışdır.[4] 1595-ci ilə aid olan Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstanı orijinal mətni, gürcü dilinə tərcüməsi, təhlili və izahları ilə Gürcistan Vilayeti Büyük Defteri adı altında nəşr etdirmişdir. Həmçinin Laz-Türk münasibətlərini də araşdırmışdır. Azərbaycandakı məktəblər üçün gürcü dərsliklərini tərtib edən Cikiya, gürcü-türk lüğətləri hazırlamışdır.[5] Cikiya, Gürcüstan və Sankt-Peterburqda nəşr olunan türkcə oxu mətnlərinin müəllifidir..
Tiflisdə bir küçəyə Sergey Çikiyanın adı verilmişdir. Sergey Çikianın həyatından bəhs edən "Gürcüstan Türkologiyasının Qurucusu: Sergey Cikiya" kitabı İa Duduçava tərəfindən yazılmış və İlyas Üstüner tərəfindən türk dilinə tərcümə edilmişdir.[6]