Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arğalı türbəsi
Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib. Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Memarlığı == Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.
Askia türbəsi
Askia türbəsi — Askia Türbəsi malinin Qao bölgəsində yerləşir.Qəbir yerinin bu bölgədə olduğuna inanılan Askia Mohamməd Songhay imperatorluğunun ən məhsuldar imperatorlarından biridir. UNESCO Askia Türbəsini Qərbi Afrikada monumental kərpic bina mədəniyyətinin ən yaxşı örnəklərindən biri olaraq tanıdır.Bölgə iki ədəd piramida şəklində türbə iki ədəd məscid və bir ədəd yığıncaq salonu tərzində yeri var idi.Bölgədəki istismar əvvəli ən böyük memarlıq binası hesab olunur. Türbənin olduğu piramidanın uzunluğu 17 m uzunluğundadır. 1960-1970 illərin ortalarında bölgəyə nisbətən olan dəyişiklik məscidlərin genişləndirilməsi olmuşdur.1999 ildə məkanın ətrafına divar inşa edilmişdir.2000 illərdə havalandırma, işıqlandırma və səs sistemi təmin etmək üçün elektrik bağlantısı yaradıldı. Askia həm məscid həmdə Qao bölgəsinə aid mədəniyyət mərkəzi olaraq istifadə olunur.Eyni zamanda tampon zonası olaraq beynəlxalq və yerli qanunlarla qorunur. == Tarixi == Askia Mohammed ilk Askia imperatoru idi və Songhai İmperiyasını çox genişləndirdi. Möhtərəm bir müsəlman olaraq, 1495-ci ildə qayıtdığı Məkkəyə həcc ziyarətini etmək məcburiyyətində qaldı. Qəbirini düzəltmək üçün materialları özü ilə birlikdə gətirdi; palçıq və odun hamısı Məkkədən gəldi. Karvanın "minlərlə dəvədən" ibarət olduğu deyilir. Bir neçə otaqdan və keçiddən ibarət bir ev kimi qurulmuşdu və Askia Məhəmməd öldükdə möhürlənmişdi.
Ağbil türbəsi
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri. Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir. == Səkkizbucaqlı türbə == Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir. Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb. Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.
Ağoğlan türbəsi
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Babagil türbəsi
Babagil türbəsi — Azərbaycanın Lerik rayonunda dini-tarixi memarlıq abidəsi. Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunələri qeydə alınmışdır. Qədim qəbristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fıqurları, günbəz və günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilmişdir. İkinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunmuşdur. Bu alətlər qəbirlərdə dəfn olunanların iş və əməllərindən xəbər verir. Üçüncü növ daşlarda daraq şəklinin təsviri vardır.
Badamlı türbəsi
Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi. Yonulmuş dördkünc formalı daşlardan dairəvi formada inşa olunmuşdur. Girişi qərb tərəfdəndir. Binanın divarları tamamilə uçub tökülmüşdür. Ətrafı daşla örtüldüyündən xarici divarlarının formasını müəyyən etmək mümkün olmamışdır. Türbəni təqribən 14-16 əsrlərə aid etmək olar.
Burlaxatun türbəsi
Burlaxatun türbəsi — İranın Urmiya şəhərində yerləşən "Kitabi-Dədə Qorqud" dastanında adı keçən Burlaxatunun adını daşıyan türbə.. Burlaxatunun türbəsi Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın içində 30 fut (4–5 metr) hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm Qasımlı və Asif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara çıxarıblar. Onlar türbənin bir hissəsinin uçduğunu və 30 futluq başdaşının yalnız bir hissəsinin qaldığını qeyd ediblər. Tədqiqatçı alimlər bu məzarın tapılmasında Adam Olearinin verdiyi koordinatlardan istifadə ediblər. Abidə tam tədqiq edilib öyrənilməsə də, onun məşhur türk dastanının gözəl qəhrəmanı Burla xatunun adını daşıması xüsusi maraq doğurur. Tədqiqatların nəticəsində qalanın İslamdan öncəki dövrə aid olduğu qeyd olunur.
Bərdə türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Cavanşir türbəsi
Cavanşir türbəsi — XIV əsrə aid, Qubadlı rayonunun "Yazı düzü"ndə yerləşən türbə.
Cəfərabad türbəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. == Xüsusiyyətləri == Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Cəlil türbəsi
Cəlil türbəsi — Abidə XVIII əsrə aid Füzuli rayonunun Qarğabazar kəndində tapılmışdır. == Memarlıq xüsusiyyətləri == Abidənin bütövlükdə "epoxa" adlı kərpiclə inşa olunmuşdur. Abidənin memarının adı XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Cəlil türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilmişdir. Türbənin divarlarına düzülmüş kərpic düzümündə və bu düzümlərlə salınmış naxışlarda Sofi Həsən türbəsinə oxşarlıq vardır. Alimlərin mülahizələrinə görə, hər iki abidədə bir memarın dəst-xətti sezilir. == İstinadlar == == Xarici keçidlər == "Vəhşiliyə məruz qalan abidələrimiz". vetensesi.qmkdk.gov.az. İstifadə tarixi: 23 sentyabr 2021. "Azad edilən ərazilərdəki sərvətlər - Füzuli rayonunda məhv edilən tariximiz".
Darkənd türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Diribaba türbəsi
Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. == Tarixi == Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib." Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır.
Duzal Türbəsi
Duzal Türbəsi – İranda, Araz çayının sahilində yerləşən Duzal kəndində yerləşən və tarixi memarlıq abidəsi olan türbədir. == Tarixi == Türbə Duzal kəndi ərazisində (H. Qəzvini bu kəndi Araz sahili böyük kənd kimi öz əsərində qeyd edir) təpə belində yerləşən türbə qülləvari tutumu və çoxüzlü biçimi ilə uzaqdan Möminə Xatun Türbəsini xatırladır. Duzal türbəsinin səkkizüzlü prizmatik qülləsi daş kürsü üzərində qaldırılmış, onun hər üzündə uca sivri tağçalar qurulmuş, gövdəsinin yarısı yazı qurşağı və karnizlə tamamlanmışdır. Türbənin piramidal biçimli üst günbəzi uçulub dağılmışdır. Yusif Küseyir oğlu və Mömünə Xatun türbələrindən fərqli olaraq Duzal türbəsində perpendikulyar oxlar üstündə dörd qapı gözü vardır. Belə quruluşu onun Mömünə Xatun türbəsindən sonra, XIII yüzilin əvvəllərində inşa edilməsi fikrini ortaya çıxarmışdır. == Haqqında == Ümumi tutum həllinə, sərdabəsinin konstruksiyasına, hətta qapı olan üzün bölgü və ayrıntılarına görə Mömünə Xatun Türbəsini az qala təkrar edən Duzal türbəsinin tikilmə tarixini, iç quruluşunu və bəzək düzümünü tədqiq etmək istəyən Cəfər Qiyasi və digər Azərbaycan mütəxəssislərinə İran dövləti tərəfindən bu imkanın verilməməsi Azərbaycanın maraqlı memarlıq nümunələrindən olan bu abidənin tədqiqatdan kənarda qalmasına səbəb olmuş və bu günə kimi hələ də araşdırılmamışdır. Lakin türbənin Möminə Xatun Türbəsinin təsiri altında inşa edilmiş Azərbaycanın qülləvari türbələrindən biri olması şübhə doğurmur.
Dər türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Eldarzadənin türbəsi
Eldarzadənin türbəsi — Eldarzadə ailəsinə məxsus qəbirüstü abidə. Öz memarlıq həllinə görə diqqəti cəlb edir. == Tarixi == Türbənin üzərində də qeyd edildiyi kimi 1915-ci ildə tikilmişdir. Bəzi mənbələrdə tikintinin 1917-ci ildə başa çatdığı vurğulanır. == Memarlıq xüsusiyyətləri == Türbə antik “yunan-roma” məbədi üslubunda tikilsə də, bu sırf simvolik xarakter daşıyır. Onun portalı və portal üzərində olan Quran ayələri və informativ şərq aləminə məxsus ornamentlər və yazılar bunu deməyə əsas verir. Yəni bütövlükdə ümumi kompozisiya şərq və qərb mədəniyyətinin memarlıq elementlərini özündə birləşdirir. Kürsülüyün kəskin hündür olması sərt relyefli ərazidən xəbər verir. Memarın bu türbədə ən çox vurğulamaq istədiyi element giriş portalının yuxarı hissəsində olan akreterinin içərisindəki aypara və ulduzdur. Azərbaycanlı ailəyə məxsus bu türbə məhz aypara və ulduzla vurğulanmışdır.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Gilan türbəsi
Gilan türbəsi (Culfa) — Culfada türbə
Güloğlular türbəsi
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. == Tarixi == == İstinadlar == == Xarici keçidlər == Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Gülüstan Türbəsi
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gürcülü türbəsi
Gürcülü türbəsi — Qubadlı rayonunun Gürcülü kəndi ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. == Tarixi == Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Buna görə də, abidəni öyrənən tədqiqatçılar onun tarixini müəyyənləşdirərkən əsasən memarlıq xüsusiyyətlərinə istinad etmişlər. Ə. Salamzadənin fikrincə türbənin tarixinə işarə edən əsas elementlərdən biri, giriş hissəsinin kiçik relyef portalı şəklində həll edilməsidir. Bu cür yanaşma, əsasən XVII əsr Azərbaycan türbələri üçün xarakterikdir. Portalı tamamlayan tağın forması da məhz həmin dövr üçün xarakterikdir.
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır. Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir. Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir. Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Kələzeyvə türbəsi
Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər. == Tarixi == Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsi ilə həyata keçirilmişdir. Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.