Eldarzadənin türbəsi

Eldarzadənin türbəsi — Eldarzadə ailəsinə məxsus qəbirüstü abidə. Öz memarlıq həllinə görə diqqəti cəlb edir.

Eldarzadənin türbəsi
Eldarzadənin türbəsi (nekropol) Türbə
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Balaxanı
Aidiyyatı AMEA
Tikilmə tarixi 1915
Vəziyyəti Qənaətbəxş
TipiMədəni
İstinad nöm.3219
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türbənin üzərində də qeyd edildiyi kimi 1915-ci ildə tikilmişdir. Bəzi mənbələrdə tikintinin 1917-ci ildə başa çatdığı vurğulanır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Türbə antik “yunan-roma” məbədi üslubunda tikilsə də, bu sırf simvolik xarakter daşıyır. Onun portalı və portal üzərində olan Quran ayələri və informativ şərq aləminə məxsus ornamentlər və yazılar bunu deməyə əsas verir. Yəni bütövlükdə ümumi kompozisiya şərq və qərb mədəniyyətinin memarlıq elementlərini özündə birləşdirir.

Kürsülüyün kəskin hündür olması sərt relyefli ərazidən xəbər verir. Memarın bu türbədə ən çox vurğulamaq istədiyi element giriş portalının yuxarı hissəsində olan akreterinin içərisindəki aypara və ulduzdur. Azərbaycanlı ailəyə məxsus bu türbə məhz aypara və ulduzla vurğulanmışdır.

Eldarzadə türbəsi Avropa memarlığına xas elementlərin yerli şərq memarlığına xas olan elementlərlə birgə, sintez şəklində inkişafının bariz nümunəsidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]