Kələzeyvə türbəsi

Kələzeyvə türbəsiİsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər.[1]

Kələzeyvə türbəsi
Ölkə  Azərbaycan
Şəhər İsmayıllı
Aidiyyatı Kələzeyvə
Tikilmə tarixi XIX əsrin I yarısı
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Hissəsitürbə
İstinad nöm.4358
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsilə həyata keçirilmişdir.[1]

Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır.[1]

  1. 1 2 3 4 Саламзаде, 1964. səh. 62
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.