Duzal Türbəsi – İranda, Araz çayının sahilində yerləşən Duzal kəndində yerləşən və tarixi memarlıq abidəsi olan türbədir.[2]
Duzal türbəsi | |
---|---|
Ölkə | |
Şəhər | Culfa |
Yerləşir | Duzal kəndi |
Aidiyyatı | Böyük Səlcuq imperiyası |
Tikilmə tarixi | XII əsr |
Üslubu |
Səlcuqlu memarlığı Naxçıvan-Marağa memarlıq məktəbi |
|
Türbə Duzal kəndi ərazisində (H. Qəzvini bu kəndi Araz sahili böyük kənd kimi öz əsərində qeyd edir) təpə belində yerləşən türbə qülləvari tutumu və çoxüzlü biçimi ilə uzaqdan Möminə Xatun Türbəsini xatırladır. Duzal türbəsinin səkkizüzlü prizmatik qülləsi daş kürsü üzərində qaldırılmış, onun hər üzündə uca sivri tağçalar qurulmuş, gövdəsinin yarısı yazı qurşağı və karnizlə tamamlanmışdır. Türbənin piramidal biçimli üst günbəzi uçulub dağılmışdır.
Yusif Küseyir oğlu və Mömünə Xatun türbələrindən fərqli olaraq Duzal türbəsində perpendikulyar oxlar üstündə dörd qapı gözü vardır. Belə quruluşu onun Mömünə Xatun türbəsindən sonra, XIII yüzilin əvvəllərində inşa edilməsi fikrini ortaya çıxarmışdır.[3]
Ümumi tutum həllinə, sərdabəsinin konstruksiyasına, hətta qapı olan üzün bölgü və ayrıntılarına görə Mömünə Xatun Türbəsini az qala təkrar edən Duzal türbəsinin tikilmə tarixini, iç quruluşunu və bəzək düzümünü tədqiq etmək istəyən Cəfər Qiyasi və digər Azərbaycan mütəxəssislərinə İran dövləti tərəfindən bu imkanın verilməməsi Azərbaycanın maraqlı memarlıq nümunələrindən olan bu abidənin tədqiqatdan kənarda qalmasına səbəb olmuş [4] və bu günə kimi hələ də araşdırılmamışdır. Lakin türbənin Möminə Xatun Türbəsinin təsiri altında inşa edilmiş Azərbaycanın qülləvari türbələrindən biri olması şübhə doğurmur.