Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Məfəran (Urmiya)
Məfəran (fars. ‎‎‎مافران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (57 ailə).
Zəfəran (1976)
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Zəfəran (dəqiqləşdirmə)
Zəfəran — süsənkimilər fəsiləsinə aid bitki cinsi. Zəfəran (Sabunçu) — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəfəran (Qəzvin) — İranda kənd. Zəfəran (film, 1976) — film.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Təşviş (Həyəcan) Pozuntuları
Zəfəran (film, 1976)
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Təran (Sərab)
Təran (fars. طاران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (94 ailə).
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Meyera
Enydra (lat. Enydra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Phytoseius meyerae
Phytoseius meyerae (lat. Phytoseius meyerae) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius meyerae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Piter Zeyeman
Piter Ziman (25 may 1865[…] – 9 oktyabr 1943[…], Amsterdam[…]) — Oksford, Gettingen, Strasburq, Qlazqo, Brüssel və Paris Univesitetlərinin fəxri doktoru, dünya şöhrətli fizik, Fizika üzrə Nobel mükafatı laureatı. == Həyatı == Piter Zeyeman 1865-ci ildə Hollandiyanın Zonnenmayr kəndində, din xadimi ailəsində dünyaya gəlmişdir. Gəncliyində latın və yunan dillərini öyrənmiş Ziman elmi tədqiqatlara maraq göstərmiş və 1885-ci ildə Leyden universitetinə daxil olmuşdur. Orada məşhur fiziklər Hayke Kamerlinq-Onnes və Hendrik Lorensin rəhbərliyi altında elmi fəaliyyətlə məşğul olmuşdur. Yüksək səviyyədə elmi təcrübə aparmaq bacarığı ona 1892-ci ildə Harlem Elmi Cəmiyyətinin qızıl medalını qazandırmış və bir il sonra doktorluq elmi dərəcəsi almasına təkan vermişdir. == Fəaliyyəti == Zimanın əsas təcrübə sahəsi maqnetizm və işıq hadisəsinə aid idi. Piter Zimanadək yalnız iki maqnit-optik halı bilinirdi. Bunların biri şotland fiziki Kerr, digəri isə ingilis alimi Maykl Faradey tərəfindən kəşf edilmişdi. Ziman isə işığın özünü deyil, mənbəyini tapmaq üçün bir sıra təcrübələr aparmışdır. Onun əsas məqsədi 1860-cı illərdə Maksvell tərəfindən yaradılan, daha sonra Lorensin inkişaf etdirdiyi elektromaqnit nəzəriyyəsinin araşdırılması idi.
Pyetro Tenerani
Pyetro Tenerani (it. Pietro Tenerani; doğum 11 noyabr 1789, Torano, İtaliya - ölüm 14 dekabr 1869, Roma, İtaliya) — Neoklassisizm üslubunda işləmiş italyan heykəltaraş. == Bioqrafiyası == Pyetro Tenerani Karara yaxınlığındakı Torano şəhərində anadan olmuşdu. O əvvəlcə dayısı Pyetro Marçettinin yanında təlim keçmiş və 1813-cü ildə Romada təhsil üçün təqaüd qazanmışdı. Orada o, Bertel Torvardsenin emalatxanasında təcrübə keçmişdi. 1816-cı ildə o, Florensiyalı Marçesa Lenzoniyə satdığı Tərkdilmiş Ruh heykəlini hazırladı. O, məhsuldar idi və XIX əsrin ortalarında dini mövzularda ixtisaslaşaraq sadə neoklassisizm tərzində işləyirdi. Onun ən məşhur işi Romada Papa VII Piy üçün hazırladığı abidə idi. O, Vatikanda Alfons Liquotiyə əzəmətli heykəl hazırlamışdı. Pyetro Tenerani Neapolda San Fransesko di Paola və Bazilika Ostiensdə San Benedetto kilsələri üçün Sent Con the Evangelist abidəsini hazırlamışdı.
Veteran (1991)
Şeyerman xəstəliyi
Şeyerman xəstəliyi (ing.
Aparine tenera
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.