Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır.
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var. Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. == Üzr istəmək haqqında tədqiqatlar == Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Susmuş vicdan (film, 2010)
== Məzmun == Filmdə iki dostun və bir ailənin başına gələn faciələrdən bəhs olunur. İki dost öz sevgililəri ilə Qubada istirahətə gedirlər. Lakin səbəbsiz yerə bir dostu bıçarlayaraq öldürürlər və bu hadisədə haqsız yerə dostu Aqşin günahlandırılır. Beləliklə iki dostun ailələri arasında münaqişə yaranır. Bu münaqişənin axarıyla hadisələrə yeni obrazlar daxil olur. == Film haqqında == Filmin büdcəsi 2000 AZNdir. Titrlər: Serialda canlandırılmış obrazlar təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Serialın çəkilişində Azərbaycan bayrağı ordenli İbad Hüseynovun şəxsi arxivinin materiallarından istifadə olunmuşdur.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Vidadi
Vidadi — kişi adı və təxəllüs.
Vidadi Nəciyev
Vidadi Məhərrəm oğlu Nəciyev (1966, Bakı – 1985, Əfqanıstan) — Əfaqanıstan müharibəsində həlak olan Azərbaycan hərbçisi. == Həyatı == Vidadi Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. Vidadi Nəciyev intizamlı hərbçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. 1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən döyüşdə həlak olmuşdur.
Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı. == Həyatı == Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi.
Vidadi Orucov
Orucov Vidadi Ömər oğlu (12 may 1956, Dmanisi) — azərbaycanlı alim, elmlər doktoru. == Həyatı == Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır. 12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı, nəvələri var. == Məqalələri == 1.
Vidadi Qafarov
Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990–1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir. "Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014).
Vidadi Rzayev
Rzayev Vidadi Vaqif oğlu (4 sentyabr 1967, Gəncə, Azərbaycan SSR, SSRİ) — sovet və Azərbaycan futbolçusu, məşqçi. == Həyatı == Vidadi Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda Simurq ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: "İlk dövrədə "Şəfa" stadionunda "Simurq"la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq". Qeyd edək ki, karyerasında son iki ili "Olimpik"də keçirən V.Rzayev "Turan", "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. == Uğurları == Azərbaycanda ilin futbolçusu: (1) – 1996 Vidadi Rzayev azarkeşlərin yadinda Neftçi Pyunik matçinda ermənilərin qapisina vurduğu qolla düşür.Bundan başqa o Azərbaycan milisinin ilk rəsmi qələbəsinin memari olub . O 1996 ci ilin payzinda keçrilən Azərbaycan İsveçrə oyununda qol vuramaqla Azərbaycan milli komandasina ilk ilk rəsmi qələbə qazandırdı.
Vidadi Rüstəmov
Vidadi Tofiq oğlu Rüstəmov 1973-cü il iyulun 6-sı, Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə 45 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə Azərbaycan Kooperasiya texnikumuna daxil olub. 1992-2006-cı illərdə fərdi bizneslə məşgul olub. 2006–cı ildən kino sahəsində prodüser kimi fəaliyyət göstərir. Hazırda "Buta Film" kino şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. 2006 "Günəş şəhəri" – rejissor assistenti (sənədli film. Rej. A.Rüstəmov.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. == Yaradıcılığı == Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Vidadi Salahov
Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri. == Həyatı və fəaliyyəti == Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur. 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir. 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir. 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur. 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Vidadi Sevzixanov
Sevzixanov Vidadi Sevzixan oğlu — "Qusar" qəzetinin baş redaktoru, Əməkdar jurnalist (2010). == Həyatı == Vidadi Sevzixanov 1954-cü il martın 27-də Azərbaycan Respublikası Qusar rayonunun Həzrə (Yargun) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra (1977) Qusar rayonunda Azərbaycan və ləzgi dillərində nəşr olunan "Qusar Kцlaр" qəzetində çalışır. 1999-cu ildən bu qəzetin baş redaktorudur. Azərbaycan Respubliksı Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Qəhrəmanları rayonun sadə zəhmət adamları, elm, sənət, siyasət xadimləri olan azərbaycan, ləzgi və rus dillərində dərc olumuş oçerk, məqalə, portret və müsahibələrin, "Ömürlər, anlar" kitabının müəllifi, yerli yazarların onlarla kitabının tərtibçisi və redaktorudur. Üç övladı, yeddi nəvəsi vardır.
Vidadi Tağızadə
Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan) — Telejurnalist, şair, publisist. == Həyatı == Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir. == Əsərləri == Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. == Həyatı == Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Vidadi Xəlilov
Vidadi Xəlilov (pedaqoq)
Vidadi küçəsi
Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçə. == Tarixi == Əvvəllər o, "Tserkovnaya" adlanırdı Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb — red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin — Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841–1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir.. Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə edilirdi. Kilsə yalnız müharibədən sonra açıldı. İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi.
Vidadi İsayev
Vidadi İsayev (18 aprel 1959, Cul, Əzizbəyov rayonu) — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 – indi). == Həyatı == İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir. == Ailəsi == Ailəlidir, dörd övladı var. == Əsərləri == "Hardan gəlir bu köç?", "Yevlax sənədlərdə və yaddaşlarda", "503-cü eşalon". "Ağ işıq" (povest), "Ədəbi İrəvan-2007", Bakı, "Nurlan", 2008. səh.205–234.
Vidadi İsrafilov
Vidadi Vaqif oğlu İsrafilov (18 iyun 1987, Gurbulaq, Daşkəsən rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi İsrafilov 18 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Əhmədov
Vidadi Murad oğlu Əhmədov (12 iyul 1979; Salyan, Azərbaycan SSR — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Vidadi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Əhmədov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Vidadi Abbasov
Vidadi İldırım oğlu Abbasov (1953, Ağdam – 27 avqust 1992, Qazançı, Ağdam rayonu) - şəhid. == Həyatı == Vidadi Abbasov 1953-cü ildə Ağdam şəhərində anadan olub. 27 avqust 1992-ci ildə Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhidlər unudulmur Vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyümüzü qoruyarkən həlak olmuş şəhidlərimizin hər hansı bir məkanda adı çəkiləndə rəhmət diləyərək ehtiramla yad edirik. Haqqında söhbət açmaq istədiyim vətənpərvər ogullardan biri də Vidadi İldırım oğlu Abbasovdur. 1953- cü ildə Ağdam şəhərində ziyalı bir ailədə dünyaya göz açmış Vidadi gözəl bir mühitdə böyüyərək boya - başa çatmış, 1 nömrəli şəhər orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Agdam rayon Kənd Təsərrüfatı texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Əvvəl Rusiyada , sonra isə Qazaxıstanda tank komandiri olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra leytenant rütbəsini alaraq vətənə qayıtmış və Ağdam rayon 50 nömrəli texniki peşə məktəbində müəllim işləmişdir. 1988- ci ildə Qarabağda 150 il əvvəl rus imperiyası tərəfindən vaxtilə məskunlaşdirılmış ermənilər öz havadarlarından təlim alaraq təxribatlar törədir, vaxtı ilə qonşu olduqları Azərbaycanlıları qətlə yetirir və türkləri öz dədə- baba torpaqlarından didərgin salmağa başlamışlar.
Vidadi Allahverdiyev
Vidadi Fazil oğlu Allahverdiyev (13 mart 1988; Xızı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Allahverdiyev 1988-ci il martın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Vidadi Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Allahverdiyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Əliyev
Vidadi Əliyev (aktyor) — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti (2019). Vidadi Əliyev (general) — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini–Şəxsi heyət üzrə İdarənin rəisi, General-mayor. Vidadi Əliyev (fizik) — Azәrbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1987).
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. == Yayılması == Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.