Vidadi İsayev (18 aprel 1959, Cul, Əzizbəyov rayonu) — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 tarixindən).
Vidadi İsayev | |
---|---|
Vəzifədədir | |
3 mart 2011-ci ildən | |
Əvvəlki | İlham Ağayev |
19 iyul 2005 – 3 mart 2011 | |
Əvvəlki | İsa Allahverdiyev |
Sonrakı | Ceyhun Cəfərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir[1].
Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.
Ailəlidir, dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "Əmək" ordeni ilə təltif edilmişdir.[3]
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni təltif edilmişdir.[4]
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli,1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.