Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Tarla siçanı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tarla siçanı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur.
Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Tarla siçanının dəyişkənlik məsələləri kifayət qədər öyrənilməmişdir. Başqa taksonomik əhəmiyyətli bir neçə yarımnöv və lokal formalar təsvir edilmişdir. Şimali Qafqaz, o sıradan Azərbaycan populyasiyaları növün tipik formasına aid edilərək A.a.caucasicus Dukei yarımnövü ayırd edilmişdir. Azərbaycanda növün arealının faktik olaraq cənub sərhəddi keçir. Burada o, Dəvəçi, Quba və Qusar rayonlarında d.s. 850 m-ə qədər aran və dağətəyi sahələrdə yayılmışdır.
Tarla siçanı ağac bitkiçilikli stasiyalara uyğunlaşmışdır. Meşədə, meşə kənarlarında və talalarda, kolluqlarda, bağlarda, bostanlarda və müxtəlif bitki plantasiyalarında, taxıl zəmilərində, ot tayalarında və samanlıqlarda, təsərrüfat tikililərində rast gəlinir. Çox vaxt 3-4 çıxışı olan öz yuvalarını qazır.
Tarla siçanı ildə 3-4 və ya hətta 5 dəfə çoxalır. Hər nəsildə 5-7 bala olur. 3-3,5 aylığında cinsi yetkinliyə çatır.
Qida tərkibi əsl meşə siçanlarında olduğundan daha rəngarəngdir. Payız-qış yeminin əsasını təşkil edən toxum və giləmeyvələrdən başqa çoxlu həşərat, eləcə də bitkilərin yaşıl hissələrini yeyir.