Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. == Xeybərin qalaları == Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه) Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı. Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. == Mənbə == Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. == Zəmin == Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Xeybər döyüşü
Xeybər döyüşü — (ərəb. غزوة خيبر‎) Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşdür ki, hicrətin 7-ci ili Məhərrəm ayında başlayıb və Səfər ayında Müsəlmanların qələbəsi ilə nəticələnmişdir. Xeybər yəhudilərinin Mədinədən qovulmuş yəhudilərə sığınacaq vermələri və bir sıra ərəb qəbilələrini müsəlmanların əleyhinə təhrik etmələri müharibəyə səbəb oldu. Bu müharibədə də müsəlmanlar qələbə çaldılar və bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər, amma yəhudilər bu şəhərdə qalmaları üçün peyğəmbərdən xahiş etdilər, o isə əkdikləri məhsulun yarısını müsəlmanlara vermələri şərti ilə buna razılaşdı. == Xeybər ərazisi == Xeybər bölgəsi müasir dövrddə Mədinədən 165 km şimalda, Şam yolunun üstündə yerləşir və mərkəzi Şureyf şəhəridir. Dəniz səviyyəsindən 854 m yüksəklikdə olan bu bölgə, bir sıra kənd və yaşıllıq əraziləri əhatə edir ki, o vahəni Xeybər adlandırıblar. Böyük əhali sayına sahib olan Xeybər, geniş vadi və dərələr, su və kənd təsərrüfatı sahələrinə malikdir. Burada istehsal edilən əsas məhsul xurmadır. "Sureyr" və "Qaras" vadisində yaşayan Xeybər sakinlərinin əksəriyyəti Ənəzə qəbiləsindəndir. == Döyüşün səbəbləri == Hicrətin 4-cü ili, Hz, Peyğəmbərinin Bəni Nadir Yəhudilərini xəyanətlərinə görə Mədinədən qovduqdan sonra, Hüyey ibn Əxtəb, Səllam ibn Əbil Huqəyq və Kənanə ibn Rəbi ibn Əbil Huqəyq kimi bəzi yəhudilər xeybərə getdilər.
Xeybər İgidəliyev
Xeybər keçidi döyüşü
Xeybər keçidi döyüşü — Nadir şahın rəhbəri olduğu imperiya ilə Moğol dövlətinin vassalı olan Pişəvər dövləti arasında 1738-ci ildə baş vermiş döyüşdür. Döyüşdə Nadir şahın ordusu mütləq qələbə qazanmış və Məhəmməd şahın rəhbər olduğu Böyük Moğol imperiyasının imperiya torpaqlarına gedən keçid açılmışdır. == Arxa plan == Nadir xan 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdi. Özünü şah elan etsə də. əvvəlki Səfəvi hüquqlarına hələ çata bilməmişdi. Muğan qurultayı sona çatdıqdan sonra Nadir Qəzvinə yola düşdü və buradakı məsləhətləşmələrdən sonra Qəndəharın ələ keçirilməsi və Hindistanyürüşə başlanılması barədə qərar qəbul edildi. === Qəndəharın ələ keçirilməsi === 1736-cı ilin may ayında Rusiya ilə Osmanlı imperiyası yeni müharibəyə başladılar. Osmanlının şimalda başının Rusiya ilə müharibəyə qarışması Nadir şahın şərqə yürüşə çıxmasına şərait yaratdı. Qəndəhar bu zaman vaxtilə Səfəvi paytaxtını ələ keçirmiş Mahmud Gilzayinin qardaşı oğlu Hüseyn Gilzayinin hakimiyyəti altında idi. O, müstəqil hökmdar kimi adına sikkə zərb etdirir və xütbə oxutdururdu.
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Ruydər
Ruydər — İranın Hörmüzgan ostanının Xəmir şəhristanının Ruydər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,470 nəfər və 1,236 ailədən ibarət idi.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Bəndər Dəyyer
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Dəyyer şəhristanı
Dəyyer şəhristanı və ya Deyr şəhristanı — İranın Buşehr ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Bəndər Dəyyer şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,488 nəfər və 10,036 ailədən ibarət idi.
La-Lubyer
La-Lubyer (fr. La Loubière, oks. La Lobièra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Bozul. INSEE kodu — 12131. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 8 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 913 nəfər (15-64 yaş arasında) arasında 693 nəfər iqtisadi cəhətdən fəal, 220 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 77.5%).
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. == Həyatı == Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Villar-Lubyer
Villar-Lubyer (fr. Villar-Loubière, oks. Vilard Lobiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 49 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15–64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 72,2%). 21 fəal adamdan 19 nəfəri (10 kişi və 9 qadın) çalışdı, 2 kişi işsizdi.
Xavyer Bardem
Xavyer Bardem (isp. Javier Ángel Encinas Bardem) — ispan aktyor. == Həyatı == Xavyer Bardem aktyor ailəsində dünyaya gəlib. Onun babası Rafael Bardem, nənəsi Matilda Munyos Samperdo, anası Pilar Bardem, bacısı Monika Bardem və qardaşı Karlos Bardem də aktyor olublar. Kino karyerası başlamazdan əvvəl Xavyer reqbi üzrə İspaniya yığmasının üzvü olub. O, həmçinin bədii-sənaye məktəbində rəssamlığı öyrənirdi. Xavyer Bardem — müxtəlif kinopremiyaların sahibidir. Ona həmçinin «Çox az vaxt» və «Detektiv və ölüm» filmlərindəki roluna görə 1994-cü ildə San-Sebastyan beynəlxalq kinofestivalın mükafatı təqdim olunub . Bir il sonra ən yaxşı ikinci plan kişi roluna görə Qoya mükafatını alıb . 1996-cı ildə Bardem ən yaxşı kişi roluna görə Qoya mükafatına layiq görülüb.
Xavyer Zanetti
Xavyer Zanetti (isp. Javier Zanetti) — keçmiş Argentina futbolçusu.
Xubyar (Çaroymaq)
Xubyar (fars. خوبيار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Xudgər şəlaləsi
Xudgər şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə. == Haqqında == Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xonkar", "xodkar", "xudkar" sözlərindən yaranmışdır ki, bu da "hökmdar", "sultan", "başçı" mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən, koordinatları N 41˚ 17' 37", E 47˚ 15' 05" olan "Xudgər" şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu və "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Rəhimov Yusif Rəsul oğlu tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.
Xavyer Miley
Xavyer Xerardo Miley (isp. Javier Gerardo Milei, xaˈβjeɾ xeˈɾaɾ.ðo miˈlej; 22 oktyabr 1970, Buenos-Ayres) — Argentina siyasətçisi və dövlət xadimi, iqtisadçısı, yazıçısı, 20 noyabr 2023-cü ildən Argentina prezidenti. O, dünya tarixində ilk libertarian prezidentdir. Miley siyasətə daxil olmazdan əvvəl iqtisadçı kimi iqtisadiyyat və siyasətə dair çoxsaylı kitabın müəllifi və fərqli siyasi fəlsəfəsi ilə şöhrət qazanmışdır. Miley bir iqtisadçı kimi Avstriya məktəbinin hay-küylü tərəfdarıdır. O, Argentinanın müxtəlif administrasiyalarının maliyyə siyasətini tənqid etmiş və dövlət xərclərinin azaldılmasını müdafiə etmişdir. O, universitet professoru kimi iqtisadçılar üçün makroiqtisadiyyat, iqtisadi artım, mikroiqtisadiyyat və riyaziyyat üzrə kurslar vermişdir. Miley həmçinin çoxsaylı kitablar müəllifi və radio proqramlarına ev sahibliyi edirdi. Miley 2021-ci ildə siyasətə daxil olmuşdur və "Azadlıq gəlir" partiyasının təmsilçisi olaraq Buenos-Ayres şəhərinin deputatı seçilmişdir. O, deputat olduğu dövrdə qanunvericilik fəaliyyətini səsvermə ilə məhdudlaşdırmış, bunun əvəzinə Argentinanın siyasi elitası kimi təsvir etdiyi şeyi və yüksək dövlət xərclərinə meylini tənqid etməyə yönəlmişdir.
Büsyer-le-Min
Büsyer-le-Min (fr. Buxières-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03046. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1078nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 597 nəfər (15-64 yaş) arasında 364 nəfər iqtisadi cəhətdən fəal, 233 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.0%, 1999-cu ildə 61.2%). Fəal olan 364 nəfərdən 300 nəfəri (164 kişi və 136 qadın), 64 nəfəri işsiz (34 kişi və 30 qadın) idi. 233 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 101 nəfər təqaüdçü, 90 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Markos Ferreyra Xavyer
Markos Ferreyra Xavyer (18 fevral 1982-ci ildə Rio-de-Janeyroda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Karvan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya əsilli Azərbaycanlı futbolçudur. == Karyerası == 2005-ci ilin yay ayında Markos Korintians Alaqoano klubundan Karvan klubuna transfer olmuşdur. 2007-ci il qış ayında Markos Neftçi Bakı klubuna mövsümün sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == 2007-ci ildə Markos Azərbaycan vətəndaşlığını qəbul etmişdir. O, Azərbaycan milli futbol komandası ilə debütünü 7 mart 2007-ci ildə Alma TV Kubokunda Özbəkistan millisinə qarşı oyunda etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. O, milli ilə sonuncu oyununa dörd gün sonra Alma TV Kuboku görüşündə Qırğızıstan millisinə qarşı oyunda çıxmışdır.
Xavyer Xerardo Miley
Xavyer Xerardo Miley (isp. Javier Gerardo Milei, xaˈβjeɾ xeˈɾaɾ.ðo miˈlej; 22 oktyabr 1970, Buenos-Ayres) — Argentina siyasətçisi və dövlət xadimi, iqtisadçısı, yazıçısı, 20 noyabr 2023-cü ildən Argentina prezidenti. O, dünya tarixində ilk libertarian prezidentdir. Miley siyasətə daxil olmazdan əvvəl iqtisadçı kimi iqtisadiyyat və siyasətə dair çoxsaylı kitabın müəllifi və fərqli siyasi fəlsəfəsi ilə şöhrət qazanmışdır. Miley bir iqtisadçı kimi Avstriya məktəbinin hay-küylü tərəfdarıdır. O, Argentinanın müxtəlif administrasiyalarının maliyyə siyasətini tənqid etmiş və dövlət xərclərinin azaldılmasını müdafiə etmişdir. O, universitet professoru kimi iqtisadçılar üçün makroiqtisadiyyat, iqtisadi artım, mikroiqtisadiyyat və riyaziyyat üzrə kurslar vermişdir. Miley həmçinin çoxsaylı kitablar müəllifi və radio proqramlarına ev sahibliyi edirdi. Miley 2021-ci ildə siyasətə daxil olmuşdur və "Azadlıq gəlir" partiyasının təmsilçisi olaraq Buenos-Ayres şəhərinin deputatı seçilmişdir. O, deputat olduğu dövrdə qanunvericilik fəaliyyətini səsvermə ilə məhdudlaşdırmış, bunun əvəzinə Argentinanın siyasi elitası kimi təsvir etdiyi şeyi və yüksək dövlət xərclərinə meylini tənqid etməyə yönəlmişdir.
Xavyer Mileyin prezidentliyi
Xavyer Mileyin prezidentliyi dövrü onun 10 dekabr 2023-cü ildə, 4 illik vəzifəsi üçün and içməsi ilə başlamış və Miley vəzifəyə vitse-prezident Viktoriya Viyarruel ilə birlikdə gəlmişdir. Seçkilər Argentinada pul böhranı davam edərkən baş tutmuş və Miley 2-ci turda 55,65% səs toplayaraq keçmiş iqtisadiyyat naziri Sergio Massaya qalib gəlmişdir. == Fon == === 2023-dəki seçkilər və seçki kampaniyası === Miley öz namizədliyini 11 aprel 2023-cü il tarixində Clarín qəzeti ilə müsahibəsində açıqlayıb və öz yoldaşı kimi Argentina Demokrat Partiyasının deputatı Viktoriya Viyarrueli seçib. O, seçkilər zamanı sağ libertarian ideologiyası ilə seçilmiş, sağ populist fikirləri inflyasiyanın 100%-i aşdığı ölkənin sorğularında yüksəlməsinə kömək olmuşdur. == Kabineti == Xavyer Mileyin kabineti də vəzifəyə 10 dekabr 2023-cü ildə başladı. Sabiq prezident Alberto Fernandesin heyəti istefa verəndən sonra Miley əksəriyyəti Azadlıq İrəliləyir və Dəyişiklik üçün Birlikdə koalisiyalarından olan öz kabinet üzvlərini vəzifələrə təyin elədi. Prezident kimi vəzifəyə başlayandan sonra Xavyer Miley nazirlər və nazirliklərlə bağlı bir sıra fərmanlar, sərəncamlar imzaladı. Nikolas Posse Kabinetin sədri, Giyermo Frankos Daxili İşlər naziri, Diana Mondino Xarici İşlər, Beynəlxalq Ticarət və İnanc naziri, Luis Petri Müdafiə naziri, Luis Kaputo İqtisadiyyat naziri, Patrisia Bulriç Təhlükəsizlik naziri və Mario Russo Səhiyyə naziri təyin olundu. 10 dekabr 2023-cü il tarixində Miley 8-ci (prezident səlahiyyətlərinin icraçısı kimi birinci) fərmanında qanunda dəyişiklik edərək mövcud olan 19 nazirliyin sayını 9-a saldı.
Buyer Əhməd dialekti
Buyer Əhməd dialekti Lur dilinin dialektlərindəndir və Boyer-Əhməd elinin danışan dilidir ki, Kohgiluyə və Boyer-Əhməd ostanının mərkəzi Yasucda danışılır. Bu dialekt çox az fərq ilə Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanı,Fars ostanının Məməsəni şəhristanı Və Buşehr ostanının Genave şəhristanı və Deyləm şəhristanında da yayqındır.Bəxtiyari dialektinə yaxındır.