BOKS
BOKSÇULUQ
OBASTAN VİKİ
Boksçu
Boksçu — İdmanın boks növü ilə məşğul olan şəxs.
Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. == Məzmun == Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Fariz Məmmədov (boksçu)
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–0 1952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–0 1956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Murad Əliyev (boksçu)
Murad Əliyev (fr. Mourad Aliev; 31 iyul 1995, Moskva, Rusiya) — 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan əsilli Fransa boksçusu. == Həyatı == Murad Əliyev 31 iyul 1995-ci ildə Moskvada azərbaycanlı ailəsində anadan olub. 6 yaşından Fransada yaşayır. Atası Bərdəli, anası isə Ağdamlıdır. 2019-cu ildə Fransa yığmasının heyətində Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.
Məhəmməd Əli (boksçu)
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pərviz Bağırov (boksçu)
Pərviz Bağırov (10 fevral 1994, Bakı) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Pərviz Bağırov 2012-ci ildə Ermənistanın İrəvan şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuru oldu. 2013-cü ildə isə Pərviz Bağırov Dünya Çempionatlarında debüt elədi. Qazaxıstanın Almatı şəhərində baş tutan turnirdə Pərviz Bağırov 1/32 final mərhələsində Çin Taybeyi nümayəndəsi Vna Yu-Jena (TKO), 1/16 final mərhələsində isə Moldova nümayəndəsi Vasili Belousa (3:0) qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə o, son olimpiadanın bürünc medalçısı olan İtaliya nümayəndəsi Vinçenzo Mansiasapreya məğlub oldu (0:3) Dünya Çempionatında mübarizəsini başa vurdu. 2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. Pərviz Bağırov 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.
Rövşən Hüseynov (boksçu)
Rövşən Hüseynov (17 dekabr 1975; Yeğeqnadzor, Ermənistan SSR) — Azərbaycanı təmsil edən boksçu, 1993-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Rövşən Hüseynov 1993-cü ilin sentyabrında Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuhu, 1/4 final mərhələsində isə Bolqarıstan təmsilçisi Yulian Stroqovu məğlub edən Rövşən Hüseynov turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Kadir Yıldırım oldu. Bu görüşdə də Rövşən Hüseynov rəqibi üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu. Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Bununla da Rövşən Hüseynov bu idman növü üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Məmməd oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi. Üç ildən sonra Rövşən Hüseynov 1996-cı ilin aprelində Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında mübarizə apardı.
Samir Məmmədov (boksçu)
Samir Məmmədov (15 may 1988, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Samir Məmmədovun beynəlxalq turnirlərdə debütü 2003-cü ildə oldu. Samir Məmmədov Litvanın Kaunas şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının və Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2005-ci ilin noyabrında Samir Məmmədov Çində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Qırğızıstan nümayəndəsi Tileq Saparbəy Uluya 32:18, 1/16 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya 36:20 hesabları ilə qalib gələn Samir Məmmədov 1/8 final mərhələsində Dominikan Res. nümayəndəsi Xuan Karlos Payano 26:36 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. Samir Məmmədov beynəlxalq turnirlərdə birinci uğuruna 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında imza atdı. Turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya, 1/4 final mərhələsində isə Ermənistan nümayəndəsi Vaçaqan Avaqyana (44:20) qalib gələn Samir Məmmədov Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Final gedən yolda onun rəqibi Fransa nümayəndəsi Cerom Tomas oldu. Həmin görüşdə Samir Məmmədov rəqibi üzərində 52:33 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.
Sərxan Əliyev (boksçu)
Sərxan Əliyev (29 iyul 1998, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. 2021-ci il Dünya Çempionatının bürünc medalçısı. == Həyatı == Sərxan Nəriman oğlu Əliyev 1998-ci il avqustun 27-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məqşçisi Nəriman Əliyevdir. Tayfur Əliyevin qardaşıdır. == Karyerası == Sərxan Əliyev 2021-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Şotlandiya nümayəndəsi Stefen Nevnsa (5:0), 1/8 final mərhələsində Yaponiya təmsilçisi Yuta Ahiyamaya (5:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Obed Barte-Ela (4:1) qalib gələn Sərxan Əliyev, yarım-final mərhələsində Ukrayna təmsilçisi Yuri Zaxareyeva məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Teymur Məmmədov (boksçu)
Teymur Füzuli oğlu Məmmədov (11 yanvar 1993, Rusiya) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2011–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Hal-hazıda isə məşqçi olaraq çalışır. 2008-ci ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çemppionatının qalibi olan Teymur Məmmədov 2008–2010-cu illərdə gənclər arasında beş beynəlxalq turnirin hamısında qızıl medala sahib olub. 2010-cu ildə 17 yaşında Azərbaycan çempionu adını qazanan Teymur Məmmədov həmin ilin iyununda baş tutan Avropa Çempionatının final görüşüdə Bolqarıstan nümayəndəsi Tervel Pulev üzərində təmiz qələbə qazanaraq 18 ildən sonra Azərbaycana Avropa Çempionatının qızıl medalını qazandırdı. Həmin ilin sentyabrdaın baş tutan Dünya Çempionatının finalçısı olmaqla isə Teymur Məmmədov 2012-ci il London Olimpiadasına lisenziyanı təmin elədi. Teymur Məmmədov 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Olimpiadadan sora isə Teymur Məmmədov 2013-cü ilin iyununda baş tutan Avropa Çempionatının yalnızca turnirin final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu. Həmin il o, həm də Dünya Çempionatının bürünc medalına sahib oldu. 2015-ci ilin iyununda I Avropa Oyunlarının qızıl medalına sahib olduqdan sonra Teymur Məmmədovun nəticələri bir qədər zəiflədi.
Vüqar Ələkbərov (boksçu)
Ədalət Məmmədov (boksçu)
Ədalət Məmmədov (3 avqust 1974, Bakı – 30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu. Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu. Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.
Əli İsmayılov (boksçu)
Əli İsmayılov (8 may 1974) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Əli İsmayılov 1993-cü ildə Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Tenqiz Meşadzeyə 4:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu. Daha sonra Əli İsmayılov 1995-ci ildə Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Əli İsmayılov 1/16 final mərhələsində Finlandiya nümayəndəsi Anssi Peraeyoiya 12:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Oleq Kudinova 8:10 hesabı ilə məğlub oldu və Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu. 1996-cı ildə isə Əli İsmayılov Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əli İsmayılov turnirin 1/16 final mərhələsində Rusiya nümayəndəsi Sergey Karavayeva 18:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Gyorgi Mizseiya 6:8 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu. Əli İsmayılovun növbəti turniri 1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatı oldu. Bu Avropa Çempionatı da Əli İsmayılov üçün uğursuz oldu. Əli İsmayılov turnirin 1/8 final mərhələsindəcə İngiltərə nümayəndəsi Kortni Friya 0:2 hesabı ilə məğlub oldu.
Cavid Tağıyev (boksçu)
Cavid Tağıyev (6 oktyabr 1981, Lənkəran) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. == Karyerası == Cavid Tağıyev 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Tağıyev turnirin təsnifat mərhələsində Çexiya nümayəndəsi Mixal Bilaya 4:18 hesabı ilə məğlub oldu və debüt Dünya Çempionatlarında mübarizəsini uğursuz başa vurdu. 2002-ci ilin iyulunda isə Cavid Tağıyev Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavid Tağıyev turnirin təsnifat mərhələsində İspaniya nümayəndəsi Xaviyer Veqa üzərində qələbə qazansa da, 1/8 final mərhələsində Almaniya nümayəndəsi Luhas Vilaşeha 8:22 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini dayandırdı. Daha sonra Cavid Tağıyevin 2003-cü ilin iyulunda Tailandda baş tutan Dünya Çempionatında mübarizə apardı. Cavid Tağıyev turnirin təsnifat mərhələsində Macarıstan nümayəndəsi Karoli Balzsaya 20:14 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Özbəkistan nümayəndəsi Utqirbəy Heydərova 14:25 hesabı ilə məğlub oldu və növbəti dəfə Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu. Karyerası ərzində Cavid Tağıyev birinci uğuruna 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatında imza atdı. Cavid Tağıyev turnirin 1/8 final mərhələsində Latviya nümayəndəsi Alesandrs Sotnis üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Niderland nümayəndəsi Dimitri Serdyoya 30:8 hesabı ilə qalib gələn Cavid Tağıyev Avropa Çempionatının yarım-final mərhələsinə adladı.
Boksçular üsyanı
Boksçu üsyanı və ya İxetuan hərəkatı — Çində 1899-1901-ci illər arasında, Tzin sülaləsinin sonlarına doğru Saleh və Harmonik Yumruqlar Cəmiyyəti ( Yìhéquán ) tərəfindən qaldırılan xarici müdaxilə, müstəmləkəçilik və xristianlıq əleyhinə üsyan. Üsyançılar ingiliscə "Boxers" ("Boksçular") kimi tanınırdılar, çünki onun bir çox üzvləri o vaxtlar "Çin boksu" adlandırılan Çin döyüş sənətləri ilə məşğul olurdular. 1895-ci il Çin-Yapon müharibəsindən sonra Şimali Çindəki kəndlilər xarici təsir dairələrinin ekspansiyasından qorxurdular və öz ardıcıllarını qorumaq üçün onlardan istifadə edən xristian missionerlərin imtiyazlarının genişləndirilməsindən narazı idilər. 1898-ci ildə Şimali Çində bir sıra təbii fəlakətlər, o cümlədən Huanhe çayında daşqınlar və quraqlıqlar yaşandı, boksçular bunu xarici təsir və xristianların təsiri ilə əlaqələndirdilər. 1899-cu ildən başlayaraq, boksçular Şantun və Şimali Çin düzənliyində zorakılıq yaydılar: dəmir yolları kimi xarici mülkləri məhv edir, xristian missionerlərə və Çin xristianlarına hücumlar edir və ya onları öldürürdülər. Hadisələr öz kulminasiyasına 1900-cü ilin iyununda xarici silahlara qarşı toxunulmaz olduqlarına əmin olan Boksçu döyüşçüləri "Tzin hökumətini dəstəkləyin və xariciləri məhv edin" şüarı ilə Pekinə toplaşdıqda zirvəyə çatdı. Diplomatlar, missionerlər, əsgərlər və bəzi çinli xristianlar diplomatik nümayəndəlik məhəlləsinə sığındılar. Amerika, Avstriya-Macarıstan, İngilis, Fransız, Alman, İtalyan, Yapon və Rus qoşunlarından ibarət Səkkiz millət Alyansı mühasirəni aradan qaldırmaq üçün Çinin üzərinə hərəkət etməyə başladı və iyunun 17-də Tyantszindəki Daqu qalasına hücum etdi. Əvvəlcə tərəddüd edən imperator Tsısi, indi boksçuları dəstəklədi və 21 iyunda işğalçı güclərə müharibə elan edən İmperator fərmanı verdi. Çin rəsmiliyi Boksçuları dəstəkləyənlər və Şahzadə Tsinin başçılıq etdiyi barışıq tərəfdarları arasında bölündü.

Значение слова в других словарях