Rövşən Hüseynov (boksçu)

Rövşən Hüseynov (17 dekabr 1975; Yeğeqnadzor, Ermənistan SSR) — azərbaycanlı boksçu, 1993-cü il Avropa Çempionatının qalibi.

Rövşən Hüseynov
Şəxsi məlumatlar
Tam adı Rövşən Məmməd oğlu Hüseynov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (47 yaş)
Doğum yeri Yeğeqnadzor, Ermənistan SSR
İdman növü Boks
Məşqçisi Rauf Cabbarov
Boyu 168 sm. (5 ft 6 in)
Komandası "Dinamo"

Həyatı[redaktə | mənbəni redaktə et]

Rövşən Məmməd oğlu Hüseynov 1975-ci il dekabrın 17-də Yeğeqnadzor şəhərində anadan olub. "Dinamo" İdman Cəmiyyətində Rauf Cabbarovun məşqçiliyi altında idmanla məşğul olurdu.

Karyerası[redaktə | mənbəni redaktə et]

Rövşən Hüseynov 1993-cü ilin 6-12 sentyabrda Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuju, 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Yulian Stroqovu, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Kadir Yıldırımı məğlub edən Rövşən Hüseynov, turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu. Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 7:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[1]

Daha sonra Rövşən Hüseynov 1996-cı ilin 30 mart-8 aprelində Vayle şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. 1/8 final mərhələsində o, Ukayna nümayəndəsi Sergey Kovqanjoya məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[2]

Uğurları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti Heydər Əliyev Rövşən Hüseynova "Tərəqqi" medalını təqdim edən zaman
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1993
Avropa Çempionatı Türkiyə Türkiyə
1.
2
1996
Avropa Çempionatı Danimarka Danimarka
PAT
3
2003
Dünya Çempionatı Tailand Tailand
PAT
4
2004
Avropa Çempionatı Xorvatiya Xorvatiya
PAT

Dövlət təltifləri[redaktə | mənbəni redaktə et]

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Bu idman növü üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı (1993)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Amateur-boxing.strefa.pl idman portalı. "1993 European Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Amateur-boxing.strefa.pl idman portalı. "1996 European Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 31.08.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31-08-2022.