Pərviz Bağırov (boksçu)

Pərviz Bağırov (10 fevral 1994; Mingəçevir, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu.

Pərviz Bağırov
Pərviz Bağırov Rio-de-Janeyro Olimpiadasında
Pərviz Bağırov Rio-de-Janeyro Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Pərviz Füzuli oğlu Bağırov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (29 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan
İdman növü Boks
Karyera illəri 2015—2017
Məşqçisi Vüqar Ələkbərov
Boyu 177 sm. (5 ft 6 in)

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərviz Füzuli oğlu Bağırov 1994-cü il fevralın 10-da Mingəçevir şəhərində anadan olub. Şəxsi məşqçisi Vüqar Ələkbərovdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Pərviz Bağırov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasile Belousa (3:0), 1/4 final mərhələsində Almaniya təmsilçisi Abbas Baraouya (3:0), 1/2 final mərhələsində isə Birləşmiş Krallıq nümayəndəsi Coş Kelliyə (3:0) qalib gələn Pərviz Bağırov, final görüşündə Rusiya təmsilçisi Alexander Besputin ilə üz-üzə gəldi. Həlledici görüşdə Pərviz Bağırov rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və I Avropa Oyunlarının qalibi oldu.[1]

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pərviz Füzuli oğlu Bağırov "Şöhrət" ordeni ilə təltif edildi.[2]

Daha sonra Pərviz Bağırov Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Çempionatın 1/8 final mərhələsində Meksika nümayəndəsi Marvin Kabrera Vergaraya qalib gələn (3:0) Pərviz Bağırov, 1/4 final mərhələsində 2012-ci il London Olimpiadasının qalibi olan Kuba təmsilçisi Roniel İglesiası məğlub elədi (2:1) və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Qazaxıstan nümayəndəsi Daniyar Yeleussinova məğlub oldu (0:3) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[3]

XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5-22 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu. Turnirin 1/8 final mərhələsində Pərviz Bağırov Fransa nümayəndəsi Süleyman Sissoxo ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub olaraq Olimpiada da mübarizəsini dayandırdı.[4]

Rio-de-Janeyro Olimpiadasından sonra Pərviz Bağırov 2017-ci ilin 16-24 iyununda baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Simeon Çamova qalib gəlsə də (4:1), 1/4 final mərhələsində Ukrayna təmsilçisi Yevgen Barabanova məğlub oldu (0:3) və Avropa Çempionatında mübarizəsini başa vurdu.[5]

Daha sonra Pərviz Bağırov 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Pərviz Bağırov turnirin 1/8 final mərhələsindəcə Monqolustan nümayəndəsi Byambin Tüvsşinbata məğlub oldu (1:4) və çempionatı medalsız başa vurdu.[6]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2015
Avropa Oyunları Azərbaycan Azərbaycan
1.
2
Dünya Çempionatı Qətər Qətər
3.
3
2016
Olimpiya Oyunları Braziliya Braziliya
PAT
4
2017
Avropa Çempionatı Ukrayna Ukrayna
PAT
5
Dünya Çempionatı Almaniya Almaniya
PAT

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Amateur-boxing.strefa.pl idman portalı. "2015 European Games — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 29.06.2015. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2022.
  3. Amateur-boxing.strefa.pl idman portalı. "2015 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2016 Summer Olympics Games — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Amateur-boxing.strefa.pl idman portalı. "2017 European Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Amateur-boxing.strefa.pl idman portalı. "2017 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.