BOĞUŞMAQ
BOKSÇU
OBASTAN VİKİ
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Ağır çəki (boks)
Bu çəki əsasən üç yerə bölünür: Yarım ağır çəki (81 kq-91 kq) Ağır çəki (91 kq) Super ağır çəki (+ 91 kq) Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edərlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyər. Həm həvəskar, həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edərlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.
Boks Olimpiya oyunlarında
Boks Sent-Luisdə keçirilən 1904-cü il olimpiadasından başlayaraq, Stokholmda keçirilən 1912-ci il olimpiadası istisna olmaqla, bütün yay Olimpiya oyunlarının proqramına daxil olmuşdur. 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilməməsinin səbəbi isə həmin dövrdə boksun İsveç qanunları ilə qadağan edilməsi idi. 2012 Yay Olimpiya Oyunlarından başlayaraq qadınlar arasında boks yarışları da olimpiya proqramına daxil edilmişdir. == Çəki dərəcələri == == Medal cədvəli == 2020 Yay Olimpiya Oyunlarının nəticələrinə əsasən. Cədvəldə, həmçinin, 31 dekabr 2021-ci il tarixinədək müxtəlif səbəblərdən geri alınan və sonradan başqa idmançıya təltif edilən medal sayları da nəzərə alınmışdır.
2011 Boks üzrə dünya çempionatı
Boks üzrə 16-cı dünya Çempionatı 2011-ci ilin sentyabrın 22-dən oktyabrın 10-dək Bakıda Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmişdir.. AIBA himayəsi altında təşkil edilən həvəskar boks üzrə dünya çempionatı ilk dəfə olaraq çox sayda iştirakçı toplayıb.Dünya çempionatlarında əvvəlki rekord 2009-ci ildə Milanda (İtaliya) qeydə alınmışdır. Bu turnir 2012 Olimpiya Oyunlarının təsnifatı idi. 127 ölkədən 685 boksçu lisenziyalar üçün mübarizə apardı.. Seçmə oyunlar sentyabrın 26-da başlayıb, final oyunları oktyabrın 8-də keçirilib. == Nəticələr == === Medal cədvəli === === Əsas medallar === == İştirakçı ölkələr == 127 ölkədən 685 iştirakçı.
Boks üzrə Avropa Çempionatı (2006)
Boks üzrə Avropa Çempionatı (2006) — 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatında da boksçularımız yüksək nəticələrlə yadda qaldılar. 3 boksçumuz qitə çempionatından vətənə gümüş medalla döndü. Şahin İmranov (57 kq), Elçin Əlizadə və Samir Məmmədov (51kq) gümüş, Rahib Bəylərov isə (75 kq) bürünc medala sahib oldular.
Boks üzrə Avropa Çempionatı (2008)
2008-ci ildə boks üzrə Avropa çempionatı İngiltərənin Liverpul şəhərində təşkil olundu. Təəssüf ki, bu yarış Azərbaycan idmançılarının uğursuz çıxışı ilə yadda qaldı. Belə ki, Liverpula yollanan boksçularımızdan heç biri mükafatçılar sırasına düşə bilmədi.
Boks üzrə Avropa Çempionatı (2010)
2010-cu ildə böyüklər arasında Avropa çempionatı Rusiyanın paytaxtı Moskvada təşkil olundu. Yarışa tam heyətlə yollanan boksçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə 2-ci yerin sahibi oldu. O, finala kimi Rusiya komandasının üzvü David Ayrapetyan və erməni boksçu Hovanes Danielyan üzərində qələbə qazanmışdı. Elvin yarımfinalda Danielyanı 8:1 hesabı ilə məglub etmişdi.
Boks üzrə SSRİ çempionatı 1939
VIII Boks üzrə SSRİ çempionatı 1939-cu il 18 may — 1 iyul aralığında Moskvada keçirilmişdir. Çemionat 2 qrupda keçirilirdi. Birinci qrupda 50 güçlü boksçu, ikinci qrupda isə 85 namizəd iştirak edirdi. Yarışma 5 dairə üzrə keçirilmişdir. 1-ci dairə 18 mayda Sverdlovsk və Tiflis, 2-ci dairə — Kazan və Bakı, 3-cü dairə 7 iyulda İvanovo, 4-cü dairə Kiyevdə, final dairə isə Moskvada keçirilmişdir.
Boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri
Yay Olimpiya oyunlarında boks
Boks Sent-Luisdə keçirilən 1904-cü il olimpiadasından başlayaraq, Stokholmda keçirilən 1912-ci il olimpiadası istisna olmaqla, bütün yay Olimpiya oyunlarının proqramına daxil olmuşdur. 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilməməsinin səbəbi isə həmin dövrdə boksun İsveç qanunları ilə qadağan edilməsi idi. 2012 Yay Olimpiya Oyunlarından başlayaraq qadınlar arasında boks yarışları da olimpiya proqramına daxil edilmişdir. == Çəki dərəcələri == == Medal cədvəli == 2020 Yay Olimpiya Oyunlarının nəticələrinə əsasən. Cədvəldə, həmçinin, 31 dekabr 2021-ci il tarixinədək müxtəlif səbəblərdən geri alınan və sonradan başqa idmançıya təltif edilən medal sayları da nəzərə alınmışdır.
Ümumdünya Boks Seriyası 2016
2016-cı il Ümumdünya Boks Seriyası 2010-cu ildə təsis edildiyi gündən bəri altıncı Ümumdünya Boks Seriyasıdır və 18 yanvar - 21 may 2016-cı il tarixləri arasında keçirilib. Tədbir Beynəlxalq Boks Assosiasiyası (AİBA) tərəfindən təşkil olunub və dörd nəfərdən ibarət dörd qrupa bölünən on altı komanda əsasən öz ölkələrindən və daha az sayda xaricdən olan boksçulardan ibarətdir.
Boks Yay Olimpiya Oyunlarında
Boks Sent-Luisdə keçirilən 1904-cü il olimpiadasından başlayaraq, Stokholmda keçirilən 1912-ci il olimpiadası istisna olmaqla, bütün yay Olimpiya oyunlarının proqramına daxil olmuşdur. 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilməməsinin səbəbi isə həmin dövrdə boksun İsveç qanunları ilə qadağan edilməsi idi. 2012 Yay Olimpiya Oyunlarından başlayaraq qadınlar arasında boks yarışları da olimpiya proqramına daxil edilmişdir. == Çəki dərəcələri == == Medal cədvəli == 2020 Yay Olimpiya Oyunlarının nəticələrinə əsasən. Cədvəldə, həmçinin, 31 dekabr 2021-ci il tarixinədək müxtəlif səbəblərdən geri alınan və sonradan başqa idmançıya təltif edilən medal sayları da nəzərə alınmışdır.
Bokser (zirehli döyüş maşını)
Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Bokser mühərriki
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit - tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Boksitoqorsk
Boksitoqorsk — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Boksyor
Alman boksyoru (alm. Deutscher Boxer‎)– xidməti it cinsi. Almaniyada öküz ovlamaq və onları gücdən düşənədək təqib etmək məqsədilə yetişdirilmiş bullenbeyser cinsindən alınmışdır. 1925-ci ildə rəsmi status almışdır. Qəşəng görünüşlü, əzələli, məğrur qamətli qısatüklü itdir. Yaşlı erkəklərinin cidov hündürlüyü 57–63 sm, kütləsi 30 kq-adək olur. Enli döşü, hündür cidovu var. Alnı azacıq dəyirmi, üzü bir qədər qısa, irəli çıxmış enli çənəsi və inkişaf etmiş qalın dodaqları var. Rəngi kürəndir, bəzən ağ ləkələri olur. Sədaqətli, cəsarət lidir; asan əhliləşir.
Boksçu
Boksçu — İdmanın boks növü ilə məşğul olan şəxs.
Boksçu Homer
"Boksçu Homer" (ing. The Homer They Fall) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün üçüncü seriyası. İlk dəfə 10 noyabr 1996-cı ildə yayımlanmışdır. Bu seriyada Homer aldığı zərbələrdən yıxılmamaq kimi qəribə xəstəliyinin olmasını öyrənir və bundan sonra dostu Mo Sizlakın menecerliyi ilə boksçu karyerasına başlamaq qərarına gəlir. Seriyanın rejissoru Mark Kirklend, ssenari müəllifi isə Conatan Koler olub. Seriyanın dəvət olunmuş qonaq ulduzları öz rolunu ifa edən Maykl Baffer və Lüsius Svit rolunda çəkilən Pol Uinfild olub. == Məzmun == Simpsonlar yüksək texnologiyalı qurğular mağazasına baş çəkirlər, burada Bart Komiks satıcısından 4 dollara hər cür faydasız mexanizmlərdən ibarət olan kəmər alır, aldığı bu kəməri sonradan geri qaytarmaq istəsə də, alış qəbzi olmadığı üçün bunu edə bilmir. Bart aldığı kəməri məktəbdə hər kəsə göstərməyə başlayır, amma tezliklə Dolf, Cimbo və Kerni kəməri ondan alırlar, özünü isə döyürlər. Bundan sonra Homer dələduzların ataları ilə Monun tavernasında söhbət etmək qərarına gəlir, bu söhbət zamanı Dolf, Cimbo və Kerninin ataları Homeri döyürlər, ancaq onlar Homeri yıxa bilmədikləri üçün onu döyməkdən tezliklə təngə gəlirlər. Daha sonra Mo Dolf, Cimbo və Kerninin atalarını tavernadan qovur.
Cozef Boksholl
Cozef Boksholl (ing. Joseph Boxhall; 23 mart 1884, Kinqston-apon-Hall, Yorkşir və Hamber[d] və ya London – 25 aprel 1967) — Titanik gəmisinin dördüncü zabiti. Birinci Dünya Müharibəsi zamanı dəniz zabiti kimi qulluq edib.
Fariz Məmmədov (boksçu)
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). == Karyerası == 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
Laslo Papp (boksçu)
Laslo Papp (mac. László Papp; 25 mart 1926, Budapeşt – 16 oktyabr 2003, Budapeşt) — Macarıstanın Budapeşt şəhərindən olan professional boksçu. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medallar əldə etmişdir. Sonuncu Olimpiya yarışmasında Xose Torresi məğlub edərək Olimpiya tarixində üç ardıcıl qızıl medal qazanan ilk boksçu oldu. == Həvəskar karyerası == Papp 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında, 1952-ci ildə Helsinkində keçirilən Yay Olimpiya oyunlarında və 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya oyunlarında qızıl medalların sahibi olmuşdur. O, həmçinin, 1949-cu ildə Osloda və 1951-ci ildə Milan şəhərində keçirilən orta çəki kateqoriyasında çempion oldu. O, amatör olaraq 55 oyunda ilk raundda nokaut etdi. === Olimpiya Oyunlarında nəticələri === 1948 London (İngiltərə) Məğlub edib Valfrid Resko (Finlandiya) KO 2 Məğlub edib Jan Velter (Luksemburq) KO 1 Məğlub edib Oqyust Kavinyak (Belçika) KO 1 Məğlub edib Ivano Fontana (İtaliya) 3–0 Məğlub edib Conni Rayt(İngiltərə) 3–0 1952 Helsinki (Finlandiya) Məğlub edib Spayder Vebb (ABŞ) KO 2 Məğlub edib Çarli Çeys (Kanada) KO 2 Məğlub edib Petar Stankoff Spassoff (Bolqarıstan) 3–0 Məğlub edib Eladio Oskar Herrera (Argentina) 3–0 Məğlub edib Teunis van Şalkvik(Cənubi Afrika) 3–0 1956 Melburn (Avstraliya) Məğlub edib Alberto Saenz (Argentina) KO 3 Məğlub edib Zbiqnev Petrikovskiy (Polşa) 3–0 Məğlub edib Xose Torres (ABŞ) 2–1 == Peşəkar karyerası == Əlində problem olmasına baxmayaraq Papp 1957-ci ildə peşəkar boksçu karyerasına başladı və tez bir zamanda orta çəki kateqoriyasında yüksəlməyə başladı, lakin Macarıstan kommunist ölkəsi idi və həmin dövrdə peşəkar boks ilə məşğul olmağa icazə verilmirdi. Papp məşq etmək və döyüşlərə qoşulmaq üçün Avstriyanın paytaxtı Vyana şəhərinə getməli oldu. Bu dezavantajlara baxmayaraq Avropanın orta çəkili baş məşqçisi adı uğrunda Tayqer Cons, Fransanın çempionu İppolit Anne və Kris Kristensen kimi bir sıra yarışmaçıları məğlub etdi.
Modal dialoq boksu
Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur: • İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də. • İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır. • İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pərviz Bağırov (boksçu)
Pərviz Bağırov (10 fevral 1994, Bakı) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Pərviz Bağırov 2012-ci ildə Ermənistanın İrəvan şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuru oldu. 2013-cü ildə isə Pərviz Bağırov Dünya Çempionatlarında debüt elədi. Qazaxıstanın Almatı şəhərində baş tutan turnirdə Pərviz Bağırov 1/32 final mərhələsində Çin Taybeyi nümayəndəsi Vna Yu-Jena (TKO), 1/16 final mərhələsində isə Moldova nümayəndəsi Vasili Belousa (3:0) qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə o, son olimpiadanın bürünc medalçısı olan İtaliya nümayəndəsi Vinçenzo Mansiasapreya məğlub oldu (0:3) Dünya Çempionatında mübarizəsini başa vurdu. 2014-cü il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. Pərviz Bağırov 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.
Rövşən Hüseynov (boksçu)
Rövşən Hüseynov (17 dekabr 1975; Yeğeqnadzor, Ermənistan SSR) — Azərbaycanı təmsil edən boksçu, 1993-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Rövşən Hüseynov 1993-cü ilin sentyabrında Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuhu, 1/4 final mərhələsində isə Bolqarıstan təmsilçisi Yulian Stroqovu məğlub edən Rövşən Hüseynov turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Kadir Yıldırım oldu. Bu görüşdə də Rövşən Hüseynov rəqibi üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu. Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Bununla da Rövşən Hüseynov bu idman növü üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Məmməd oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi. Üç ildən sonra Rövşən Hüseynov 1996-cı ilin aprelində Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında mübarizə apardı.
Samir Məmmədov (boksçu)
Samir Məmmədov (15 may 1988, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Samir Məmmədovun beynəlxalq turnirlərdə debütü 2003-cü ildə oldu. Samir Məmmədov Litvanın Kaunas şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının və Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2005-ci ilin noyabrında Samir Məmmədov Çində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Qırğızıstan nümayəndəsi Tileq Saparbəy Uluya 32:18, 1/16 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya 36:20 hesabları ilə qalib gələn Samir Məmmədov 1/8 final mərhələsində Dominikan Res. nümayəndəsi Xuan Karlos Payano 26:36 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. Samir Məmmədov beynəlxalq turnirlərdə birinci uğuruna 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında imza atdı. Turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Vinçenzo Pihardiya, 1/4 final mərhələsində isə Ermənistan nümayəndəsi Vaçaqan Avaqyana (44:20) qalib gələn Samir Məmmədov Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Final gedən yolda onun rəqibi Fransa nümayəndəsi Cerom Tomas oldu. Həmin görüşdə Samir Məmmədov rəqibi üzərində 52:33 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.
Sərxan Əliyev (boksçu)
Sərxan Əliyev (29 iyul 1998, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. 2021-ci il Dünya Çempionatının bürünc medalçısı. == Həyatı == Sərxan Nəriman oğlu Əliyev 1998-ci il avqustun 27-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məqşçisi Nəriman Əliyevdir. Tayfur Əliyevin qardaşıdır. == Karyerası == Sərxan Əliyev 2021-ci ildə Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində Şotlandiya nümayəndəsi Stefen Nevnsa (5:0), 1/8 final mərhələsində Yaponiya təmsilçisi Yuta Ahiyamaya (5:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Obed Barte-Ela (4:1) qalib gələn Sərxan Əliyev, yarım-final mərhələsində Ukrayna təmsilçisi Yuri Zaxareyeva məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.

Значение слова в других словарях