dilçi-şərqşünas
dilçi-türkoloq
OBASTAN VİKİ
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Tarixçi
Tarixçi — tarix üzrə mütəxəssis, tarix elmi ilə məşğul olan alim, tarixşünas. Tarixçilər insan nəsli ilə əlaqəli olaraq keçmiş hadisələrin davamlı, metodik izahı və araşdırılması ilə maraqlanır; həm də bütün tarixin dövrlərini öyrənir. Əgər şəxs yazılı tarixdən əvvəlki hadisələrlə maraqlanırsa, onda o, ibtidai icma quruluşu dövrünün tədqiqatçısıdır. Bəzi tarixçilər nəşrləri və ya təcrübə ilə tanınırlar. "Tarixçi" XIX əsrin sonlarında Almaniyada və başqa yerlərdə tədqiqat universitetləri yaranan zaman peşəkar bir peşəyə çevrildi. == Obyektivlik == İrvinq Penqvin Buks və Lipştadta qarşı məhkəməsi zamanı məhkəmənin kimin "obyektiv tarixçi" olmasını müəyyənləşdirməli olduğu bəlli oldu. Bu da İngilis qanunlarında ənənəvi olaraq istifadə edilən "insan Klepxem omnibus"u deyil deyə şüurlu insan standarı ilə eyni məna daşıyırdı. Bu, obyektiv bir tarixçinin David İrvinqin tətbiq etdiyi qeyri legitim metodlara qarşı əks mövqe qoymaq üçün hüquqi bir müstəvinin olması üçün lazım idi, çünki İrvinq-Pinqvinlər və Lipştadt məhkəməsindən əvvəl obyektiv tarixçi meyarını müəyyənləşdirmək üçün heç bir hüquqi presedent yox idi. Məhkəmədə hakim Çarlz Qrey böyük ölçüdə şahid-ekspert tarixçi Riçard Con Evansın tədqiqatlarına güvənirdi. Evans Holokost inkarçıları tərəfindən tarixi mənbələrin səhv təqdimatı praktikasını müəyyən olunmuş tarixi metodoloji üsullarla müqayisə etmişdir.
Antenor (tarixçi)
Antenor (q.yun. Ἀντήνωρ) — qədim yunan tarixçisi. Yaşadığı dövr dəqiq məlum deyil. Kritin tarixi haqqında bir əsər yazmışdır. Əsər mükəmməlliyinə görə "Delta" (Δέλτα) adlandırılmışdır.
Aqafangel (tarixçi)
Aqafangel (erm. Ագաթանգեղոս, q.yun. Ἀγαθάγγελος; V əsr – VI əsr) — V əsr erməni tarixçisi. Aqafangel "Ermənistan tarixi" əsərində ermənilərin xristianlığı qəbul etməsi dövründə Ermənistanın daxili vəziyyəti, xristianlığın yayılması, feodal qayda-qanunları və s. barədə məlumat verilir. Əsərdə Qafqaz Albaniyası, albanlar, həmçinin başqa Qafqaz tayfaları və xalqları haqqında da məlumat var. Gürcü və ərəb dillərində variantları qalmışdır. Əsər 1909-cu ildə Tiflisdə erməni dilində (qrabar) nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Краткая литературная энциклопедия / Гл. ред.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Arif Hüseynov (dilçi)
Arif Rza oğlu Hüseynov (26 iyul 1944, Gədəbəy rayonu) — Azərbaycan dilçisi, filoloqu, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Arif Hüseynov 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olmuş, həmin İnstitutu 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin İnstitutda müəllim kimi saxlanmışdır. O vaxtdan bu günə kimi taleyini Dillər İnstitutunun (indi isə Dillər Universitetinin) İngilis dilinin qrammatikası kafedrası ilə bağlamışdır. 1963–1966-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1980-ci ildə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. 1983–1993-cü illərdə 3 №-li İngilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. German və ümumi dilçiliyə dair 40-a yaxın çap olunmuş məqalə və tezisləri var. Onun rəhbərliyi altında 2 nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1 nəfərin elmi məsləhətçisi olub.
Cəfər Cəfərov (dilçi)
Cəfər Mehdi oğlu Cəfərov (22 dekabr 1904–8 dekabr 1968) — dilçi, tərcüməçi. == Həyatı == Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912–1917-ci illərdə Bakı şəhəri A. P. Yemilyanov adına gimnaziyada, 1918–1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941–1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib.
Firudin Hüseynov (dilçi)
Firudin Hüseyn oğlu Hüseynov (10 noyabr 1937, Novoivanovka, Gədəbəy rayonu – 28 noyabr 2004, Bakı) — rus dilçiliyi üzrə tanınmış alim, elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri, prorektor, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifələrində işləmişdir. Azərbaycan elmi və təhsilinin inkişafında böyük rolu vardır. O, Azərbaycanda, SSRİ məkanında tanınmış dilçi alimlərdən biri olmuşdur. Rus dilçiliyi üzrə tanınmış məşhur alimlər - akademik B.L.İmnadze, akademik - N.M. Şanski, pofessorlar -V.P.Jukov,V.M.Makiyenko və başqa dilçilər Firudin Hüseynovun əsərlərinə böyük qiymət vermişlər. == Həyatı və Fəaliyyəti == 10 noyabr 1937 – ci ildə Azərbaycan SSR Gədəbəy r-nu Novoivanovka kəndində anadan olmuşdur. 28 noyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. 1955-ci ildə Novoivanovka orta kənd məktəbini əla qiymətlərlə başa vurmuşdur. 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, institutda “Stalin” adına təqaüd almışdır. 1960-cı il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa vurmuşdur.
Məhəmməd Həsənov (dilçi)
Məhəmməd Həsənov (20 mart 1930, Daşkəsən, Qaryagin qəzası – 1 iyul 1998) — Bakı Dövlət Universitetində professor. == Həyatı == 1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. == Fəaliyyəti == 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi. 1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.
Nadir Abdullayev (dilçi)
Abdullayev Nadir Əziz oğlu (15 avqust 1935, Qaraman, Göyçay rayonu – 26 dekabr 2022, Bakı) — elmlər doktoru, professor, filoloq-dilçi, metodist, pedaqoq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi. == Həyatı == Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuş, natamam orta təhsilini həmin kənddəki yeddiillik məktəbdə almışdır. Atası Əziz Qafur oğlu Abdullayev Kürdəmir rayonu Mollakənd orta məktəbində kimya-biologiya müəllimi və məktəb direktoru işləmişdir. İkinci Dünya müharibəsində hərbi xidmətə çağırılmış və cəbhədə həlak olmuşdur. Anası İsmət xanım Bakı şəhərində, tanınmış ziyalı və iş adamı, bir çox mülklərin və ticarət binalarının sahibkarı, məşhur tacirbaşı Rzanın ailəsində anadan olmuşdur. 1920-ci ildə Bakıda fəaliyyət göstərən Müəllimlər Seminariyasını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirən İsmət xanım, təyinatla Göyçay rayonunun Qaraman kənd məktəbində müəllim işləmiş, bu kənddə Əziz Abdullayevlə ailə qurmuşdur. Həyat yoldaşı Əziz müharibəyə gedib həlak olduqdan sonra İsmət xanım iki oğlunu böyütmüş, onlara savad vermiş və ali təhsil almalarına şərait yaratmışdır. Nadir Abdullayev 1950-ci ildə Qaramanda yeddiillik məktəbi bitirdikdən sonra 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil almış, 1954-cü ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali təhsilini tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra iki il Sumqayıt peşə məktəbində müəllim işləmişdir.
Nadir Məmmədli (dilçi)
Nadir Məmmədli (tam adı: Nadir Baloğlan oğlu Məmmədov; 19 sentyabr 1959, Bülbülə) — Azərbaycan alimi və naşiri; filologiya elmləri doktoru (2001), professor (2004); AMEA Dilçilik İnstitutunun baş direktoru (2021); Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində doğulub. 1977-1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1997-ci ildə ailə həyatı qurub. Və 1998-ci ildə Ülya adında qızı dünyaya gəlib. == Təhsili == 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1989–1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992–1994-cü illərdə Moskva və Moskvaətrafı şəhərlərin arxivlərində çalışıb. Həmçinin İran İslam Respublikasının Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib. 1985–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında çalışır.
Nikolay Andreyev (dilçi)
Nikolay Dvbnhbyeviç Andreyev (rus. Николай Дмитриевич Андреев, 16 fevral 1920 — 15 noyabr 1997) — Sovet və Rusiya dilçisi. == Həyatı == == Yaradıcılığı == N.D. Andreyevin 1986-cı ildə çap etdirdiyi "Ranne-indoevropeyskiy praəzık" əsəri yalnız Hind-Avropa dillərini deyil, müəllifin Ural və Altay dilləri adlandırdığı dilləri də əhatə edir. Bu dillər boreal (lat. boreus – şimal) yerləşmə əsasında tədqiqata cəlb edilmiş, Ural ətrafı və Altay səmtində yaşayan xalqların -tunqus və mancurların dilləri də əhatə olunmuşdur. Yunan, fin, sanskrit, evenk, latın, litva, nanay, eston, Avesta, qot, xantı, oroç, xett, qədim alman, nehid, qədim slavyan, ulç, oroq, Veda, udagir, erməni və s. dillərdən gətirilən faktlar göstərir ki, müəllifin müqayisə dairəsi Hind-Avropa dilləri ilə məhdudlaşmamışdır. Bu dillərin bir qismi Tunqus-Mancur dil ailəsinə aiddir (nanay, evenk,ulç, oroq, nehid və s.). Müəllifin tədqiqat, müqayisə, uyğunlaşdırma üsulu da maraqlıdır. Müəllif 203 kök sözün etimoloji müqayisəsi əsasında bu qənaətə gəlmişdir ki, "Mövcudluğunun başlanğıc mərhələsində erkən Hind-Avropa (EHA) ulu dili boreal ulu dil (BUD) daxilində müstəqil qol kimi ayrılaraq, uzun müddət boreal ulu dil tipologiyasından aldığı irsi tam şəkildə saxlamışdır." A.S.Melniçuk "Dünya dillərinin ümumi qohumluğu haqqında" məqələsi ilə buşmenlərin və huttentotların dillərindən başqa, Yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir kökdən, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal bir üslubda sübuta çalışmışdır.
Tofiq Hacıyev (dilçi)
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru (2003), professor (2013). == Həyatı == Tofiq Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. 1965-1975-ci illərdə Neftçala şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Tofiq Hacıyev əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. O, 1975-1976-cı illərdə Neftçala Rayon Tikinti İdarəsində fəhlə işləyib. Daha sonra 1987-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant olaraq fəaliyyət göstərib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının metodikası kafedrasında müəllim və baş müəllim kimi çalışıb. 1994-2005-ci illərdə yenə həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti olub. Tofiq Hacıyev Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini vəzifəsini 1994-2000-ci illərdə yerinə yetirib.
Zahid Quliyev (dilçi)
Zahid İsfəndiyar oğlu Quliyev (21 dekabr 1936, Qubadlı – 18 fevral 2016, Bakı) — Dilçilik elimləri doktoru, professor. == Həyatı == Zahid Quliyev 21 dekabr 1936-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Natamam orta təhsilini Mahmudlu kəndində, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Alman dili fakültəsini bitirib. Əmək fəaliyyətinə Duvanlı qəsbəsindəki orta məktəbdən başlayıb. Əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. 1962-ci ildə bitirdiyi İnstituta qayıdaraq əmək fəaliyyətini davam etdirib. Baş müəllim, dekan müavini, dekan və 10 il kafedra müdiri olub. 1990-cı ildən Azərbaycan Dillər Universitetinin Roma-German filologiyası fakültəsinin dekanı işləyib. Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Akif Quliyev (tarixçi)
Akif Arif oğlu Quliyev (15 avqust 1970, Bakı) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, Lahıc arxeoloji ekspedisiyasının rəisi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" (http://arxeoloq.az/ot-redaktora.html) jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsisçisi, Tarix elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Akif Quliyev 1970-ci il 15 avqustda Bakı şəhərində anadan olmuşdur. 1977–1987-ci illərdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 80 saylı məktəbdə orta təhsil almışdır. 1987-ci ildə Özbəkistan Respublikasının Qafur Qulam adına Sırdərya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə həmin İnstitutun ikinci kursunu bitirdikdən sonra, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və hüquq fakültəsinin üçüncü kursunda təhsilini davam etdirmişdir. O, 1992-ci ildə həmin universiteti bitirdikdən sonra Azərbaycan Milli Ordusunda hərbi qulluqda (1992–1996-cı illər) olmuşdur. 1996-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri 12 saylı Litseydə pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətə başlamışdır. 2006-cı ildə professor Məhəmməd Seyfəddininin rəhbərliyi altında "XIV-XV əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 80-dan artıq elmi məqalənin, 8 monoqrafiyanın (Bakı sikkələri.
Aleksandr Vasiliyev (tarixçi)
Aleksandr Aleksandroviç Vasiliyev (rus. Алекса́ндр Алекса́ндрович Васи́льев, ing. Alexander Vasiliev; 22 sentyabr (4 oktyabr) 1867, Sankt-Peterburq – 30 may 1953, Vaşinqton) — Rusiya və ABŞ tarixçisi, şərqşünası, ərəbşünası, bizansşünası, İmperator Pravoslav Fələstin Cəmiyyətinin üzvü. == Həyatı == Aleksandr Aleksandroviç Vasiliyev 4 oktyabr 1867-ci il tarixində Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Onun atası podpolkovnik Aleksandr Stepanoviç Vasiliyev Sankt-Peterburq qala dəstəsinin komandiri idi. Onun atası 1880-ci ildə, anası Olqa Aleksandrovna (Çelpanova) is 1912-ci ildə vəfat etmişdir. Onun kiçik qardaşı Vladimir Vasiliyev hidravlik mühəndis olmuşdur. Vasiliyev 1887-ci ildə 1№ klassik gimnaziyadan məzun olan Vasiliyev daha sonra Sankt-Peterburq Konservatoriyasına nəzəriyyə və kompozisiya sinifinə və Sankt-Peterburq Universitetinin Ərəb Şərqinin Tarixi fakültəsinə daxil olmuşdur. O, bir ildən sonra konservatoriyanı tərk etmiş, özünü tamamilə tarix öyrənməyə həsr etmişdir. Vasiliyev 1892-ci ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirmişdir.
Anar İsgəndərov (tarixçi)
Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956, Kolatan, Masallı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, Milli Məclisin VI çağırış deputatı (2020-ci ildən). == Həyatı == Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur. 1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır. 1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir. == Təltif və mükafatları == 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı ilə təltif olunub. 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı" ilə təltif olunub. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Aydın Hacıyev (tarixçi)
Aydın Nazim oğlu Hacıyev (5 dekabr 1953, Bakı) — Azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor. == Həyatı == Aydın Hacıyev 5 dekabr 1953-cü ildə Bakıda Nazim Hacıyevin ailəsində anadan olub. Aydın Hacıyev Rusiyanın Arxangelsk şəhərində yaşayır. O atası haqqında "Все понять, но не всепростить" adlı kitab yazmışdır.
Aydın Məmmədov (tarixçi)
Aydın Balamirzə oğlu Məmmədov (1967, Sumqayıt) — Azərbaycan tarixçisi, demoqraf alim, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Mənbəşünaslıq, Tarixşünaslıq və metodika" kafedrasının dosenti. == Həyatı == Aydın Məmmədov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975–1983-cü illərdə Sumqayıt şəhəri 10 nömrəli tam orta məktəbdə təhsil almış, buranı əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Məktəbinə daxil olmuş, 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə orduda xidmət etmişdir. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin, tarix fakültəsində təhsil almışdır və oranı fərqləmə diplomu ilə bitirmişdir. Aydın Məmmədov Universitetdə əla qiymətlərlə oxuduğuna görə Karl Marks (sonradan A.Bakıxanov) adına təqaüdə layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1994–1997-ci illərində Sumqayıt Dövlət Universitetində, müxtəlif hazırlıq kurslarında əmək fəaliyyəti ilə məşğul olub. 2006–2011-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının "XIX əsrin sonu XX əsrin əvvəllərində Almaniyanın Türkiyə siyasətinin tarixşünaslığı" mövzusu üzrə dissertanturada təhsil almışdır. 2001-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim işləyir.
Cəfər Cəfərov (tarixçi)
Cəfərov Cəfər Məmməd oğlu (21 aprel 1960, Naxçıvan) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, "Tarix, insan və cəmiyyət" adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktoru. == Həyatı == Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. == Təhsili == 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur. 1987–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990–1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992–1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1998–2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur. 2003–2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
Cəmil Quliyev (tarixçi)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, Dağlıq Qarabağ – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. == Həyatı == Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Eldar İsmayılov (tarixçi)
İsmayılov Eldar Rafiq oğlu (30 mart 1950, Bakı – 10 mart 2014) — azərbaycanlı tarixçi. == Həyatı == Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973 – 1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1977-ci ilin dekabrında MDU-da namizədlik, 1991-ci ilin fevral ayında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Azərbacan Dövlət Universitetində çalışır. Fəaliiyətinə universititin tədris hissəsinin rəisi kimi başlamışdır. 1983-cü ildə dosent, 1992-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1986 – 1990-cı illərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi, 1991–1994-cü illərdə isə həmin suranın sədri, 1990 – 1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996 – 1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir. Uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi.
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun İnformasiya mərkəzinin müdiri. == Həyatı == Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən müvafiq mərkəzin rəhbəridir. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən (A. E. Məhərrəmli ilə müştərək) adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb. Bir sıra əsərlərin elmi redaktorudur.
Fuad Axundov (tarixçi)
Fuad Hüseyn oğlu Axundov (d. 21 aprel 1968) — Azərbaycanlı tarixçi, "Bakının sirləri" televiziya layihəsinin müəllifi və teleaparıcı. == Həyatı == 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1989-1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. Fuad Axundov tədris fəaliyyəti ilə də məşğul olmuşdur. 1992-1993-cü illərdə o, Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris etmişdir. 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polisin baş leytenantı olub. === Şəxsi həyatı === Atletik gimnastika və uzun məsafəyə üzgüçülüyü sevir.