Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956, Kolatan, Masallı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının[1] müdiri, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri (2024-cü ildən)[2].
Anar İsgəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.[3]
1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır.
1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[4]
1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.
1978–1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Fəlsəfə" kafedrasında kabinet müdiri, 1984–1999-cu illərdə BDU-nun Tarix fakültəsi "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.
Çalışdığı müddətdə "Azərbaycan tarixinin tarixşünaslığı", "Azərbaycan tarixinin mənbəşünaslığı", "Tarix elminin aktual problemləri", "Tarixi tədqiqatların metodoloji problemləri" fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.[9]
İlk dəfə olaraq 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.
1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" qızıl medalı ilə təltif olunmuşdur.
2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə "Qızıl döş nişanı" ilə təltif olunmuşdur.
"1918–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi" mövzusunda tədqiqat işləri aparmışdır.
A. İsgəndərov 2011–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur. 2020-ci ildən yenidən həmin vəzifəni icra edir. Eyni zamanda o, Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Anar İsgəndərov "Tarix və onun problemləri", Tarix, insan və cəmiyyət, "Dirçəliş", "Kəlam", "Yaşıl çay", "Metafizika"[10] jurnallarının redaksiya heyətinin üzvüdür.
2011-ci ildə Castin Makkartinin ön sözü ilə ABŞ-də nəşr olunmuş "Realites of Azerbaijan: 1917–1920" əsəri ilə ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifdir.
A. İsgəndərovun 6 monoqrafiyası, 8 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi nəşr olunmuş, o, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur.
A. İsgəndərov və rəhbərlik etdiyi kafedranın digər əməkdaşları mütəmadi olaraq Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxış edirlər.
A. İsgəndərov rəhbərliyi altında 20 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onun rəhbərliyi altında 10 əyani doktorant, 8 nəfər dissertant dissertasiya üzərində tədqiqat işlərini davam etdirirlər. O, tarix elmləri proqramı üzrə 6 elmlər doktorunun elmi məsləhətçisidir.
A. İsgəndərov müqəddəs Həcc, Ümrə və Məhşəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı, iki nəvəsi var.[11]
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[12]
1989-cu ildə "Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2004-cü ildə "Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.