Akif Quliyev (tarixçi)

Akif Arif oğlu Quliyev (15 avqust 1970, Bakı) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, Lahıc arxeoloji ekspedisiyasının rəisi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" (http://arxeoloq.az/ot-redaktora.html) jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsisçisi, Tarix elmləri üzrə fəlsəfə doktoru.

Akif Quliyev
Akif Arif oğlu Quliyev
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Arif Həsən oğlu Quliyev
Anası Sərmayə Balahəsən qızı Quliyeva (Nuriyeva)
Elm sahələri Tarix, arxeologiya, numizmatika, epiqrafika, antropologiya.
Elmi dərəcəsi T.ü.f.d.
İş yerləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi katibi. Numizmatika və Epiqrafika şöbəsinin müdiri.
Təhsili Sırdərya Dövlət Pedaqoji İnstitutu,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi rəhbəri T.e.d. professor Məhəmməd Əhməd oğlu Seyfəddini
arxeoloq.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gülüstan qalasında arxeoloji tədqiqatlar

Akif Quliyev 1970-ci il 15 avqustda Bakı şəhərində anadan olmuşdur. 1977–1987-ci illərdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 80 saylı məktəbdə orta təhsil almışdır.

1987-ci ildə Özbəkistan Respublikasının Qafur Qulam adına Sırdərya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə həmin İnstitutun ikinci kursunu bitirdikdən sonra, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və hüquq fakültəsinin üçüncü kursunda təhsilini davam etdirmişdir. O, 1992-ci ildə həmin universiteti bitirdikdən sonra Azərbaycan Milli Ordusunda hərbi qulluqda (1992–1996-cı illər) olmuşdur.

1996-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri 12 saylı Litseydə pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətə başlamışdır.

2006-cı ildə professor Məhəmməd Seyfəddininin rəhbərliyi altında "XIV-XV əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan, rus, ingilis dillərində 80-dan artıq elmi məqalənin, 8 monoqrafiyanın (Bakı sikkələri. Bakı: Elm, 2000; Azərbaycan numizmatikası, III cild. Bakı: Elm, 2002; XIV–XVI əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi. Bakı: Elm, 2010, Muradxan dəfinəsi. Bakı 2012., Çərmədil nekropolu. Bakı 2013.), Azərbaycan tarixi. (Numizmatik materiallar əsasında) Bakı. 2017, Antik və Orta əsr pulları. Bakı 2020., Lahıc epiqrafik abidələri. Bakı 2020) müəllifidir.

Hal-hazırda "Şirvan ərazisində sikkə zərbi və pul dövriyyəsi", "Gülüstan qalasında arxeoloji tədqiqatlar", " Sikkə kolleksiyaları", "Şəki dəfinəsi", "Qəbələ dəfinəsi", "İslam numizmatikası"adlı monoqrafiyaları çapa hazırlayır.

A. A. Quliyev Moskva, Mahaçqala, Dərbənd (Rusiya), Ankara, İstanbul, Ərzurum (Türkiyə), Astana, Almata, Türküstan, Çimkənt (Qazaxıstan), Daşkənd, Səmərqənd (Özbəkistan), Tbilisi, Batumi (Gürcüstan), Aşqabad (Türkmənistan) şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.

2008-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiya, Numizmatika və Epiqrafika sahələrindən mühazirələr aparır.

2009-cu ildə Şamaxı-Xınıslı arxeoloji ekspedisiyasının rəisi təyin edilmiş, Xınıslı (Şamaxı) və Nərgizava (Ağsu) abidələrində arxeoloji qazıntılar aparmışdır.

2009-cu ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin mudiridir.

2010-cu ilin mart-iyul aylarında Ağsu arxeolji ekspedisiyasının tərkibində Ağsu qalasında aparılan arxeoloji ekspedisiyada yaxından iştirak edib və burada aşkar edilmiş sikkələrin təsnifatını verib.

2010-cu ilin iyul- oktyabr aylarında Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri kimi Şamaxı şəhərində, Gülüstan qalasında və Ağsu rayonu Gəgəli kəndi ərazisində Nərgizava nekropolunda tədqiqatlar aparmışdır.

2011–2014-cü illərdə Şamaxı (Gülüstan qalası, Buqurt qalası, Qurdtəpə yaşayış yeri, Pirsaat kurqanları, Çuxuryurd kurqanları, Əngixaran yaşayış yeri), İsmayıllı (Hacıhətəmli nekropolu, Çərmədil nekropolu) və Ağsu (Nərgizava nekropolu, Dilman nekrpolu) rayonları ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmişdir.

2016-cı ilin fevral-mart aylarında onun rəhbərliyi ilə Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında Gəgəli yaylağı adlanan Son Antik — İlk Orta əsrlər dövrünə aid nekropolda arxeoloji tədqiqat işləri aparılmışdır. Burada tədqiqatlar zamanı daş qutu qəbirlər aşkar edilmişdir. Nekropolun ərazisi 1ha. artıq bir ərazini əhatə edir.

2019–2022-ci illərdə Şirvanşahların son iqamətgahı, Buğurt qalasında aparılan arxeoloji tədqiqatlara rəhbərlik edib.[1]

2022-ci ildə Xocavən rayonu Edilli və Füzuli rayonu Yuxarı Seyid Əhmədli kəndləri ərazilərində aparılan tədqiqatlara rəhbərlik edib.[2]

Akif Quliyev "Azərbaycan Arxeoloqlar Cəmiyyəti" içtimai birliyinin təsisçilərindən biri və sədr müavinidir. O "Arxeoloq" (www.arxeoloq.az) internet jurnalının baş redaktorudur.

Evlidir, bir qızı, bir oğlu var.

  1. Bakı sikkələri. Bakı: Elm, 2000;
  2. Azərbaycan numizmatikası, III cild. Bakı: Elm, 2002;
  3. XIV-XVI əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi. Bakı: Elm, 2010
  4. Muradxan dəfinəsi. Bakı 2012. http://www.ebooks.az/book_8UEg4csQ.html
  5. Çərmədil nekropolu. Bakı 2013.
  6. Azərbaycan tarixi. (Numizmatik materiallar əsasında) Bakı. 2017https://www.academia.edu/40825633/Az%C9%99rbaycan_tarixi_numizmatik_materiallar_%C9%99sas%C4%B1nda
  7. Antik və Orta əsr pulları. Bakı 2019.
  8. Lahıc epiqrafik abidələri. Bakı 2021.
  1. "Arxeoloq alimlər Buğurt qalasında tədqiqatlar aparırlar". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  2. "Edillidəki kütləvi məzarlıqda insan skletlərinin altından yeniləri çıxa bilər". 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]