Avstraliya dolları
Avstraliya dolları ($, kod: AUD 036) — Avstraliya İttifaqının pul vahididir. Milad adası, Kokos adaları və Norfolk adası, eləcə də müstəqil Sakit okean hövzəsi dövlətləri: Kiribati, Nauru və Tuvalu daxil olmaqla bu ölkələrin milli valyutası. Bir dollar 100 sentə bölünür. Adi halda dollar işarəsi "$" ilə qısaldılır, lakin digər qeyd variantları: A$, $A, AU$ və $AU var.
Avstraliya dolları dünyada ən çox satılan altıncı valyutadır (ABŞ dolları, avro, yen, funt sterlinq və İsveçrə frankından sonra) dünya valyuta əməliyyatlarının 5% -ni təşkil edir. Valyuta ticarətçiləri arasında populyarlıq Avstraliyadakı yüksək faiz dərəcəsi, valyuta bazarının hökumətin müdaxiləsindən nisbi azadlığı, Avstraliya iqtisadiyyatı və siyasi sisteminin ümumi sabitliyi ilə əlaqədardır.
1988-ci ildən bəri əskinas hazırlamaq üçün kağızdan yox, xüsusi nazik plastikdən istifadə olunur.
== Tarixi ==
Onluq pul vahidi olan Avstraliya dolları 14 fevral 1966-cı il tarixində dövriyyəyə buraxılmış və on iki onluq Avstraliya funtunu əvəz etmişdir. Avstraliya Ehtiyat Bankı yeni milli valyutanın tətbiqinə hazırlaşdığını hələ 1960-cı ildən bildirmişdi. Uzun müddət ərzində ölkədə yeni pul nişanının maketinin hazırlanması üzərində hazırlıq işləri görülmüşdür.