– [Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik?
[Hacı Nəsir:] …Bu gündən bu eveşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən.
□ Ev-eşik düzəltmək – özü üçün ev və ailə qurmaq.
Telli dişi ilə, dırnağı ilə çalışmış, axır İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi.
Ev-eşik sahibi (yiyəsi) olmaq – bax ev olmaq, ev yiyəsi olmaq (“ev”də).
[Cahan xala:] Neçə vaxtdır ki, mən sənə deyirəm: – Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol.
Gülarə ilə evlənmək, bir neçə müddətdən sonra oğuluşaq atası və ev-eşik sahibi olmaq fikri onun beynindən bir an çıxmırdı.