kompromis
komsomolçu
OBASTAN VİKİ
Komsomol
Komsomol (qısaca Коммунистический союз молодежи), tam adı — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) — SSRİ-də yeganə siyasi gənclər təşkilatı. İlk kommunist gənclər təşkilatı "Rusiya Kommunist Gənclər Təşkilatı" ( Российский коммунистический союз молодёжи) , (РКСМ) 29 oktyabr 1918-ci ildə yaranıb, 1924-cü ildə ona V.İ.Leninin adı verilib — Российский Ленинский коммунистический союз молодёжи (РЛКСМ). 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar komsomol 1926-cı ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİKGİ) adını alır.
Komsomol (Baymak)
Komsomol (başq. Комсомол, rus. Комсомол) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 56 km, kənd sovetliyindən (Urqaza): 11 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km.
Komsomol (dəqiqləşdirmə)
Komsomol — SSRİ-də yeganə siyasi gənclər təşkilatı. Komsomol metrostansiyası — Moskvada metrostansiyası. Komsomol — Ərəbqardaşbəyli kəndinin dəyişdirilmiş adı. Komsomol gölü — Vrangel adasında yerləşən göl. Komsomol (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Komsomol — 29 aprel 1992-ci ildə adı dəyişdirilərək Yuxarı Aran adlandırılmış qəsəbə.
Komsomol gölü
Komsomol — Vrangel adasında yerləşir. İnzibati cəhəntən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində daxildir. Göl Vrangel qoruğu ərazisinə daxil edilmişdir. Göl adanın şimal qərb sahilinə yaxın yerləşir. Şərqi Sibir dənizindən qumsal bərzəxlə ayrılır. Gölü cənubdan Bezimyannıy dağı ilə ədatələnmişdir. Şimal-şərqdən gölə bulaqlar və kiçik göllər axır. Yaxınlıqdan keçən iri çayı Nanukdur. Göl kənarında balıqçılıq üçün məkan yaradılmışdır. Ov əsasən Baydar qayığı vastəsilə həyata keçirilirdi.
Komsomol metrostansiyası
Komsomol metrostansiyası — 30 yanvar 1952-ci ildə istifadəyə verilmiş Moskva metropoliteninin stansiyası. Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur. Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir. Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır. Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
Komsomol poeması
Komsomol poeması — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu nəzm romanı. Müəllifin ilk epik əsəri.Poemanın süjet xəttini Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda insanların mübarizəsi və bu mübarizədə komsomol gənclərinin rolu təşkil edirdi. Yeddi komsomolçu yeni sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran və şiddətli müqavimət göstərən bəy-torpaq sahibi Geray bəyin ucqar kəndinə göndərilir. Şiddətli mübarizə gedir, atışmalar olur. Bu mübarizə fonunda poemada komsomol şairi Cəlalın Gəray bəyin qızı Humaya olan faciəli məhəbbəti təsvir olunur. Humay Cəlala qarşılıq verir, lakin dədə-baba adətlərinə sadiq qalaraq atasının iradəsinə qarşı çıxa bilmir. Ehtirasdan dəli olan Cəlal Gəray bəydən qızını ona verməsi üçün yalvarmaq ümidi ilə düşmən düşərgəsinə getməyə qərar verir. Geray bəy ilə üz-üzə gələn və onların barışmaz düşmənçiliklərini davam etdirdiklərini ondan gizlətməyən Cəlal qızının xoşbəxtliyini əziz tutan ata hisslərinə müraciət edir. Lakin Geray bəy Cəlaldan şübhələnirdi ki, onun yanına gəlişi düşmənin ağıllı hiyləsidir. Gəray bəy Cəlalı öz əlləri ilə öldürür.
Komsomol həqiqəti adaları
Komsomol həqiqəti adaları — Laptevlər dənizinin qərbində, Krasnoyarsk diyarı ərazidində yerləşən adalar qrupu. Qrup 9 adadan ibarətdir. Taymır sahilləri ilə 40 km məsafədə uzanır. Materikdən Azad Kuba boğazı ilə ayrırılır. Boğazın ən enli hissəsi 5,6 km-dir. Böyük (20✖11 km) və Samuil adalarıdır (14 ✖ 5,6 km). Maksimal hündürlüyü 68 metrdir (Sarı Donqar dağı rus. Жёлтая Горбушка Böyük adasınln mərkəzində yerləşir). Reltefi təpəlidir. Artktika tundrası yauılmışdır.
Komsomol həqiqəti adası

İlk komsomol buruğu
Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Komsomol nəsli (film, 1938)
Komsomol neft cəbhəsində (film, 1932)
İlk komsomol buruğu (film, 1930)
Film Azərbaycan neftçilərinə, qazmaçıların ilk komsomol zərbəçi briqadasına, onların fəaliyyətinə həsr olunmuşdur. Həmçinin filmdə xarici kəşfiyyatların niyyətlərinin gənclər tərəfindən ifşa edilməsindən bəhs edilir. Ssenari müəllifi: Katerina Vinoqradskaya Quruluşçu rejissor: Boris Medvedev, İvan Frolov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski Ağarza Quliyev — Məmməd Hüseyn Seyidzadə — neftçi L.Lomidze V.Pokrovskaya Y.Qudkin A.Kraskovski Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
"Lenin komsomolu" mükafatı
Ümumittifaq Lenin komsomolu mükafatı (rus. Премия Ленинского комсомола) — komsomol üzvlərinə, eləcə də kollektiv və təşkilatlara elm, texnologiya, istehsal, mədəniyyət sahələrindəki yüksək nailiyyətlərinə görə, həmçinin Ümumittifaq sosializm yarışılarıda ən yüksək nailiyyət əldə etmiş yaradıcı təşəbbüs göstərən gənclərə verilən mükafat. Mükafat ÜİLKGİ Mərkəzi Komitəsinin 28 mart 1966-cı il tarixli qərarı ilə təsis edilmiş və əvvəlcə ədəbiyyat, incəsənət, jurnalistika və memarlıq sahəsində nailiyyətlər əldə edən şəxslərə verilirdi. Sonradan mükafat digər sahələr üzrə də təqdim edilməyə başlandı. N. A. Ostrovski adına Ukrayna SSR Lenin komsomolu mükafatı (təs.
Azərbaycan SSR "Lenin komsomolu" mükafatı
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatı (Азәрбајҹан Ленин Коммунист Ҝәнҹләр Иттифагынын мүкафаты) — Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən təqdim olunan mükafat.
Azərbaycan SSR Lenin Komsomolu mükafatı
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatı (Азәрбајҹан Ленин Коммунист Ҝәнҹләр Иттифагынын мүкафаты) — Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən təqdim olunan mükafat.
Komsomoles
Komsomoles (ada) — Şimal Topağına daxil adaların ən şimalda yerləşəni. Komsomoles (Ukrayna) — Ukraynada kənd.
Komsomoles (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Komsomolets (ada)

Komsomolsk
Komsomolsk (İvanovo vilayəti) — Rusiya Federasiyasında yerləşən şəhər İvanovo vilayətinə daxildir. Komsomolsk (Xaybulla) — Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd.
Komsomolsk (Xaybulla)
Komsomolsk kəndi (başq. Иҫәнгилде) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Komsomolsk kəndinin milli tərkibi: başqırdlar 98 %. Məsafələr: rayon mərkəzindən (Akyar):48 km., kənd sovetliyindən (Selin): 19 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Komsomolsk (İvanovo vilayəti)
Komsomolsk (rus. Комсомольск) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Komsomolskaya pravda (qəzet, Rusiya)
"Komsomolskaya pravda" (rus. «Комсомо́льская пра́вда») — Rusiyanın "Komsomolskaya pravda" mediaqrupunun nəşri: gündəlik və həftəlik qəzet, sayt, radiostansiya və telekanal. Qəzet 13 mart 1925-ci ildə təsis edilib. İlk nüsxəsi 24 may 1925-ci ildə çıxıb. Официальный сайт газеты Официальный сайт телеканала Arxivləşdirilib 2012-10-02 at the Wayback Machine Официальный сайт радиостанции — 97.2FM (мск) Пожар в «Комсомолке» Комсомольская правда в Красноярске Комсомольская правда в Иркутске Комсомольская правда на Северном Кавказе «Комсомольская правда».
Komsomolskie adaları
Komsomolskie adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaq 4 adadan ibarətdir. Demək olar ki, buzdan tam azaddırlar. Adalardan biri, digərləri isə kiçik adalardır. Ən hündür nöqtəsi 34 metrdir. İri adanın şimalında rəsədxana yerləşir. Adalara ən yaxın quru parçası Heys adasıdır. Heys adasından Avstriya boğazı ilə ayrılır. Demək olar ki, eyni məsafədə isə Vilçek Torpağı yerləşir.
Lenin komsomolu mükafatı
Ümumittifaq Lenin komsomolu mükafatı (rus. Премия Ленинского комсомола) — komsomol üzvlərinə, eləcə də kollektiv və təşkilatlara elm, texnologiya, istehsal, mədəniyyət sahələrindəki yüksək nailiyyətlərinə görə, həmçinin Ümumittifaq sosializm yarışılarıda ən yüksək nailiyyət əldə etmiş yaradıcı təşəbbüs göstərən gənclərə verilən mükafat. Mükafat ÜİLKGİ Mərkəzi Komitəsinin 28 mart 1966-cı il tarixli qərarı ilə təsis edilmiş və əvvəlcə ədəbiyyat, incəsənət, jurnalistika və memarlıq sahəsində nailiyyətlər əldə edən şəxslərə verilirdi. Sonradan mükafat digər sahələr üzrə də təqdim edilməyə başlandı. N. A. Ostrovski adına Ukrayna SSR Lenin komsomolu mükafatı (təs.
T-20 Komsomolets
T-20 Zirehli Traktor Komsomolets (Rom: Bronirovannyy gusenichnyy tyagach Komsomolets T-20) 1936-cı ildə hazırlanmış və İkinci Dünya müharibəsi zamanı Qırmızı Ordu tərəfindən istifadə edilən yüngül zirehli tırtıllı artilleriya traktorudur. 37 nömrəli Orconikidze adına Moskva Traktor zavodunda hazırlanmış olan traktor 1937-1941-ci illərdə 37 nömrəli STZ və QAZ zavodlarında istehsal edilmişdir. Əməliyyat mənzili 250 km olub, maksimum sürəti saatda 50 km təşkil etmişdir.

Digər lüğətlərdə