Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur.
Komsomoles adası | |
---|---|
rus. Комсомолец | |
Ümumi məlumatlar | |
Sahəsi | 9600 km² |
Uzunluğu |
|
Eni | 75 km |
Hündür nöqtəsi | 781 m |
Əhalisi |
|
Yerləşməsi | |
80°31′33″ şm. e. 94°40′13″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür.
Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur. Buzlağın sahəsi 5,900 km², qalınlığı isə 500 m, dəniz səviyəsindən hündürlüyü 749 m təşkil edir.[1]
Ada ilk dəfə 1930–1932 ci illərdə Georgi Aleksandroviç Uşakov və Nikolay Uevansevin təşkil etdiyi ekspedisiya zamanı araşdırılmış və ad qoyulmuşdur. Adanın cənub-şərq sahilində yerləşən körfəz 1973-cü ildə Şimal Torpağının Olovyannıy burnu stansiyasında rabitəçi işləyən (1935–1936) Krengelin şərəfinə adlandırılmışdır.[2]
1 dekabr 2006 Taymır muxtar diyarının Duması xərəfindən Şimal Torpağı arxipelaqının öncəki adının bərpa edilməsi haqqında qətnamə qəbul edilir. Bu sənədə əsasən arxipelaqın adı "İmperator II Nikolay Torpağı" adlandırılmalıdır, üstəlik adalar onun ailə üzlərinin adı verilir. Komsomoles adasının adı Müqəddəs Marii olaraq dəyişdirilməsi irəli sürülür.[3]
2007-ci ildə bu məsələyə Krasnoyarsk diyarı orqanları federal səviyədə məsələ baxmış və qaldırılmış iddianı geri qaytarmışdır.[4]