Komsomoles (ada)

KomsomolesŞimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dəniziLaptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur.

Komsomoles adası
rus. Комсомолец
Ümumi məlumatlar
Sahəsi 9600 km²
Uzunluğu
  • 120 km
Eni 75 km
Hündür nöqtəsi 781 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
80°31′33″ şm. e. 94°40′13″ ş. u.HGYO
Ölkə  Rusiya
Arxipelaq
Akvatoriya
Komsomoles adası xəritədə
Komsomoles adası
Komsomoles adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür.

Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur. Buzlağın sahəsi 5,900 km², qalınlığı isə 500 m, dəniz səviyəsindən hündürlüyü 749 m təşkil edir.[1]

Adanın araşdırılması

[redaktə | mənbəni redaktə et]

Ada ilk dəfə 1930–1932 ci illərdə Georgi Aleksandroviç UşakovNikolay Uevansevin təşkil etdiyi ekspedisiya zamanı araşdırılmış və ad qoyulmuşdur. Adanın cənub-şərq sahilində yerləşən körfəz 1973-cü ildə Şimal Torpağının Olovyannıy burnu stansiyasında rabitəçi işləyən (1935–1936) Krengelin şərəfinə adlandırılmışdır.[2]

Adının dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

1 dekabr 2006 Taymır muxtar diyarının Duması xərəfindən Şimal Torpağı arxipelaqının öncəki adının bərpa edilməsi haqqında qətnamə qəbul edilir. Bu sənədə əsasən arxipelaqın adı "İmperator II Nikolay Torpağı" adlandırılmalıdır, üstəlik adalar onun ailə üzlərinin adı verilir. Komsomoles adasının adı Müqəddəs Marii olaraq dəyişdirilməsi irəli sürülür.[3]

2007-ci ildə bu məsələyə Krasnoyarsk diyarı orqanları federal səviyədə məsələ baxmış və qaldırılmış iddianı geri qaytarmışdır.[4]

  1. Komsomoles[ölü keçid] — Coğrafi terminlərin lüğəti
  2. "Oktyabr İnqilabı adasının bir hissəsinin xəritəsi". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-01.
  3. Taymırın qanunveriçi orqanı adalara önçəki adların verilməsini təklif etmişdir Arxivləşdirilib 2019-11-15 at the Wayback Machine — Патриархия.ru
  4. "Депутаты ЗС Красноярского края против переименования островов архипелага Северная Земля". REGNUM. 2012-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2009.