NƏRGİ

I
(Qax, Mingəçevir, Şəki)
toxumluq soğan. – Beş ləh nərgi ehmişux biyilləri (Şəki)
II
(Mingəçevir)
keçi xəstəliyi
NƏRGƏ
NƏRGİLİX’
OBASTAN VİKİ
"Nərgiz" operası
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Nərgiz
Nərgiz (ing. Nargis Dutt, hind. नर्गिस , əsl adı — Fatimə Rəşid, 1 iyun 1929, Kəlkətə, Britaniya Hindistanı – 3 may 1981, Bombey) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929–1981) anadan olub. "Avara", "Cənab 420" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Rac Kapur bir filmdə, özünün rejissoru olduğu – "Od"da çəkildi. Bu filmdə ilk dəfə Nərgiz də (Fatimə Rəşid) iştirak edirdi. O, Nərgizlə bir neçə il qabaq bir təsadüf nəticəsində tanış olmuşdu. Hansı bir iş dalıncasa tanınmış aktrisa Cadda-bainin yanına gedəndə qapını gözəl bir qız açmışdı.
Nərgiz (ad)
Nərgiz — qız adı. Nərgiz (1929-1981) — Hind aktrisası. Nərgiz Mütəllimova — azərbaycan müğənni, aktrisa. Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. Nərgiz Paşayeva — filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Mehriban Əliyevanın bacısı. Nərgiz Əliyeva — tarixçi. Nərgiz Mustafayeva — film tərcüməçisi, film çəkilməsinə kömək edən. Nərgiz Kərimi — musiqi tərtibatçısı. Nərgiz Cəfərli — aktrisa. Nərgiz Əbdülrəhmanzadə — aktrisa.
Nərgiz (dəqiqləşdirmə)
Nərgiz (mifologiya) — yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. Nərgiz (opera) — Bəstəkar Müslüm Maqomayevin operası. Nərgiz (kafe) NTV (Türkiyə) — Nərgiz TV, Türkiyə nin ilk xəbər kanalı. Nərgizgülü — çiçək.
Nərgiz (kafe)
"Nərgiz" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe-restoran. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. == Tarixi == "Nərgiz" kafesi 1961-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Kafe Azərbaycan SSR-də dəb ikonası olan Nərgiz Xəlilovanın şərəfinə adlandırılmışdı. SSRİ dövründə kafə-restoranda yoxlanışdan yoxlanışa bəzi, çətin tapılan yeməklərin qiyməti ikiqat baha olurdu. Misal üçün, menüdə nərə və qara kürü olsa da, amma qeyd olunan qiymətə şəhərdə onları tapmaq mümkün deyildi. == Populyar mədəniyyətdə == Kafedə 1961-cı ildə çəkilən "Amfibiya adam" filminin bir epizodu çəkilib. Epizodda Latın Amerikalı xanım "Ey moryak, tı slişkom dolqo plaval" (azərb. Ey dənizçi, sən çox uzun müddət üzmüsən‎) caz mahnısını ifa edir.
Nərgiz (mifologiya)
Nərgiz, Narçis (yun. Νάρκισσος mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğlu. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir. Dialoq: (Məzmununun tərcüməsi) Nərgiz:-Burda kimsə var? Exo:-Var.
Nərgiz (opera)
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Nərgiz Abdullayeva
Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor. == Həyatı == Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvələrində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.
Nərgiz Axundova
Axundova Nərgiz Çingiz qızı (1959, Bakı) — AMEA-nın həqiqi üzvü (2017), AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi , tarix üzrə elmlər doktoru, professor. == Həyatı == Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür. 1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (SSRİ Nazirlər Kabineti yanında AAK-ın 23 mart 1988-ci il tarixli qərarı ilə, diplom ИT № 012482) və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını (AAK-ın 25 yanvar 2008-ci il tarixli iclas protokolu №03-R, diplom ED № 01006) müdafiə etmişdir. N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır.
Nərgiz Bağırzadə
Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist. == Həyatı == Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.
Nərgiz Birk-Petersen
Nərgiz Birk-Petersen (dan. Narguiz Birk-Petersen; 27 oktyabr 1976, Bakı) — azərbaycanlı hüquqşünas və aparıcı. == Həyatı == Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) 1976-cı ildə Bakıda doğulub. 16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. 2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlər sırasında olan Bakının bu təbdirlə bağlı təşkilat komitəsinin üzvüdür. Anası Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədridir.
Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı (4 may 1975, Sumqayıt) — tənqidçi, publisist, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Nərgiz Cabbarlı 4 may 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. == Yaradıcılığı == "Ədəbiyyatdan intihara" (2006), "Yeni nəsli ədəbiyyatı" (1-ci cild. 2006), "Yeni nəsil ədəbiyyatı-2" (2008), "Axundzadə şəxsiyyəti" (2012 — Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə), "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" (3-cü cild. 2015), "Sara Qədimova" (2015), "Rübabə Muradova" (2015), "Həqiqət Rzayeva" (2015) kitablarının müəllifidir. İki dəfə Prezident təqaüdçüsüdür (2008, 2014). "Beşik" nəşriyyatının direktoru, Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" qəzetinin baş redaktoru, XAN və Hədəf Nəşrlərinin baş redaktoru olub. Ədəbiyyat İnstitutu|Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir.
Nərgiz Cəlilova
Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. == Həyatı == Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı[mənbə göstərin] şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib. 6 dekabr 2009-cu ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı verliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu verliş layihəsi 2010-cu ildə bitirildi. 2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verlişi aparır.
Nərgiz Kərimova
== Haqqında == Kərimova Nərgiz Faiq qızı 13 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində oxumuşdur. 1988-1992-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirmişdir. == Yaradıcılığı == 1988-ci ildə Bəstəkarlar İttifaqının keçirdiyi Musiqi Festifalında böyük uğur qazanmış, laureat adına layiq olmuşdur. 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» Respublika müsaqibəsinin laureatı olmuşdur. 1990-cu ildə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq Vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunmuşdur. 1994-cü ildənAzərbaycanDövlət Teleradio Şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, London şəhərlərində konsertlərdə uğurla iştirak etmişdir. Dövlət tədbirlərində, Bakının konsert zallarında, Respublika sarayında, Moskvanın «Rossiya» və «Sütunlu» zallarında klassik və müasir əsərləri simfonik və kamera orkesterlərinin müşayəti ilə ifa etmişdir.
Nərgiz Məmmədova
Nərgiz Vahab qızı Məmmədova (7 dekabr 1988, Bakı) — azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Nərgiz Məmmədova 1988-ci il 7 dekabr Bakı şəhərində ailənin ilk övladı olaraq anadan olub . Həbib bəy Mahmudbəyov adına Texniki Humanitar Elmlər liseyinin məzunu olub, Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakultəsinə qəbul olub və bitirib. 2007-ci ildən aparıcı kimi “Azad Azərbaycan TV” kanalında fəaliyyətə başlayıb. “Performans”, “ATV maqazin”, “Avto star” və s. bir çox verilişlərin aparıcısı olub. Eyni zamanda, 2014-cü ildən etibarən “Qız atası” serialında da rol alıb. == İstinadlar == == Xarici keçidlər == "Cazibədar Nərgiz: "Onunla kim sevgili olmaq istəməz?" - FOTOLAR"... "Aparıcı Nərgiz Məmmədova: "Onunla kim sevgili "... "Aparıcı Nərgiz: "Əsl kişi yumruğunu masaya çırpıb, deməlidir ki..." " Aparıcı Nərgiz 30 yaşını belə qeyd etdi ..." "Mən aşırı dərəcədə açıq-saçıq..."...
Nərgiz Paşayeva
Nərgiz Arif qızı Paşayeva (13 dekabr 1962, Bakı) — filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü (2 may 2017), İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri. == Həyatı == Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994–2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
Nərgiz Qurbanova
Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016—2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.). == Həyatı == Nərgiz Qurbanova 1975-ci ildən anadan olub. Nərgiz Qurbanova 1990-1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995-1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997-1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb. Nərgiz Qurbanova həmdə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rus və fransız dillərində sərbəst danışır. Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.
Nərgiz Umudova
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). == Həyatı == Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır. == Şahmat karyerası == Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.
Nərgizava
Nərgizava — qədim yaşayış məskəni, Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşir. Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Bico kəndinin tarixi dəqiq bilinməyən xeyli əvvəlki dövrlərə aid olsa da, Gəgəli kəndinin əsası 19-cu əsrin 40-50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, b.e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. 2018-ci ildə Nərgizavada arxeoloji tədqiqatların növbəti mərhələsi başlamışdır. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir. == Mənbə == V.H.Əliyev, F.S.Xəlilov "Ağsunun tarixi səhifələri" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 səh. Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2003, 38 səh.
Nərgizava nekropolu
== Nərgizavada aparılmış arxeoloji tədqiqatlar == Akif Arif oğlu Quliyev Azərbaycanın zəngin antik və ilk orta əsr abidələrindən biri də, Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin yerləşən Nərgizava abidəsidir. Hələ ötən əsrin 80–90-cı illərində yerli əhali öz həyətyanı sahələrində apardığı təsərrüfat işləri zamanı müxtəlif ölçülü saxsı qablara, tunc, gümüş və qızıl əşyalara, silahlara, insan və heyvan sümüklərinə rast gəlirdilər. Buradan tapılmış 100-dən artıq unikal əşya yerli sakinlər tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu rayon Tarix və Diyarşünasliq Muzeyinə təhvil verilmişdir. Nərgizava abidəsi 1998-ci ildən elmə məlum olsa da dövlət qeydiyyatına alınmamış və burada arxeoloji tədqiqatlar aparılmamışdır. 2008-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Nərgizava abidəsinə məxsus 25-dən artıq küp qəbir təsadüfən aşkar edilmişdir. Nərgizava yaşayış yeri və ona məxsus nekropolun böyük bir hissəsi Gəgəli kənd sakinlərinin həyətyanı sahələrində aşkarlandığından abidə dağılmaq təhlükəsi ilə üzləşmişdir. Ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. 2009-cu il iyun ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Xınıslı ekspedisiyası Nərgizava abidəsində kəşfiyyat işlərinə başladı. Qazıntıda Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları da yaxından iştirak edirdi.
Nərgizgülü
Nərgizgülü (lat. Narcissus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır. Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir. Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsada, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar. == Növləri == == Əhəmiyyəti == Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir.
Nərgiztəpə
Nərgiztəpə — Azərbaycanın Xocavənd rayonu ərazisində Tunc dövrünə aid qədim yaşayış yeri. Rayon mərkəzindən təqribən 5 km şərqdə yerləşir. Yaşayış yeri təxminən 1 hektardan çox ərazini əhatə edir. 1993-cü il aprelin 17-də Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiz təpə uğrunda döyüş oldu.Bir neçə dəfə həmlə etdikdən sonra, alınıb-verildikdən sonra, Nərgiz təpəni işğalçıların əlindən ala bildilər. Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Lakin Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib. == İstinadlar == == Xarici keçidlər == Nərgiztəpə mədəni irsimizin möhtəşəm abidəsidir Nərgiztəpə — oğuz elinin alınmaz qalası Xan Bayandur Bəkili bura göndərmişdi - Foto Nərgiztəpəyə yol nə vaxt çəkiləcək?
Nərgiztəpə yaşayış yeri
Nərgiztəpə — Azərbaycanın Xocavənd rayonu ərazisində Tunc dövrünə aid qədim yaşayış yeri. Rayon mərkəzindən təqribən 5 km şərqdə yerləşir. Yaşayış yeri təxminən 1 hektardan çox ərazini əhatə edir. 1993-cü il aprelin 17-də Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiz təpə uğrunda döyüş oldu.Bir neçə dəfə həmlə etdikdən sonra, alınıb-verildikdən sonra, Nərgiz təpəni işğalçıların əlindən ala bildilər. Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Lakin Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib. == İstinadlar == == Xarici keçidlər == Nərgiztəpə mədəni irsimizin möhtəşəm abidəsidir Nərgiztəpə — oğuz elinin alınmaz qalası Xan Bayandur Bəkili bura göndərmişdi - Foto Nərgiztəpəyə yol nə vaxt çəkiləcək?
Nərgizçiçəyikimilər
Nərgizçiçəyikimilər (lat. Amaryllidaceae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Südrəng nərgizgülü
Südrəng nərgizgülü (lat. Narcissus lacticolor) - nərgizgülü cinsinə aid bitki növü.