Nərgiz Qurbanova

Dr. Nərgiz Akif qızı Qurbanova (1975) — azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016—2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri (2021—h.h.).

Nərgiz Qurbanova
Nərgiz Akif qızı Qurbanova
bayraq
Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri
bayraq2
8 yanvar 2021 – hal-hazırda
Prezidentİlham Əliyev
bayraq
Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri
bayraq2
12 yanvar 2016 – 8 yanvar 2021
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya bitərəf
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat

Təltifləri "Azərbaycan diplomatiк xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nərgiz Qurbanova 1975-ci ildən anadan olub.

Nərgiz Qurbanova 1990-1994-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil alıb. 1995-1997-ci illərdə həmin universitetdə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr dərəcəsi alan Nərgiz Qurbanova, 1997-1999-cu illərdə Qərb Universitetində "Beynəlxalq menecment" ixtisası üzrə də magistr dərəcəsi alıb.

Nərgiz Qurbanova həmdə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüquq" üzrə, İsveçin Yonçopinq Universitetində "Beynəlxalq biznes" üzrə təhsil alıb. 2014-cü ildə Avstriyanın Vyana Universitetində fəlsəfə üzrə doctor dərəcəsi alıb. İngilis, rusfransız dillərində sərbəst danışır.

Nərgiz Qurbanova ailəlidir. Bir oğlu var.

Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriya səfirliyində, 2010-2013-cü illərdə isə Azərbaycanın ABŞ səfirliyində çalışıb.

Nərgiz Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli 1678 nömrəli Sərəncamına əsasən Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.[1] 5 il sonra isə o, İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.[3]

  1. "Nərgiz Qurbanovanın Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli Sərəncamı" (az.)). 12.01.2016. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.01.2016.
  2. "Nərgiz Qurbanovanın Azərbaycanın Bolqarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı" (az.)). 08.01.2021. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.
  3. "Nərgiz Qurbanovanın Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamı" (az.)). 08.01.2021. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.01.2021.