QAB-QAŞIQ
QABA
OBASTAN VİKİ
Qazan (Qab-qaşıq)
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. == Növləri == Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Krater (qab)
Krater (qab) (q.yun. κεράννυμι — qarışdırıram) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar — bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar. Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Saxsı qab
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. == Növləri == Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan yahut Qozan (tatar. Казан, Qozan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. == Tarixi == === İlkin tarix === Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. === Formalaşma === 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.
Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazan çarlığı
Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur. == Tarixi == 1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu.
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان‎) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərəj Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan ,Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. == Etimologiyası == Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam Qazan adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir.
Mahmud Qazan
Sultan Mahmud Qazan xan (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Arqun xanın oğlu, elxan. == Həyatı == Qazan xan 1271-ci ildə, Abaqa xanın hakimiyyəti dövründə doğulmuşdu. Atası Arqun xan, anası Dörben tayfasından Qutluq xatundur. Ögey nənəsi Buluğan xatun tərəfindən yetişdirilmişdir. Qazan və Olcaytu ikisi də xristian kimi böyüdülmüşdülər.Buddizmi, Monqol yazısını və Uyğur yazısını öyrənmişdi. 11 yaşında Xorasan valisi olmuşdur. == Vali kimi fəaliyyəti == 1289-cu ildə Novruz ağa Oyrotun üsyanına qarşı mübarizə aparan Qazan xan əsasən Çağataylarla konfliktdə olmuşdur. 1291-ci ildə Keyxatunun taxta çıxmasına səs çıxarmamışdı. Əmisinə sadiq olsa da çaonu tədavülə buraxmadı. 1295-ci ildə Novruz ağa ilə barışan Qazan onu sərkərdələrindən birinə çevirdi.
Salur Qazan
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
II Qazan xan
II Qazan xan (1356-1357) — Haqqında sadəcə numizmatik məlumat var.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.

Digər lüğətlərdə