Qazan çarlığı


Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur.

dağılıb
Qazan çarlığı
Gerb
Gerb
 
1552 — 1552

Paytaxt Kazan
Rəsmi dilləri Rus dili, Tatar dili
Dövlət dini İslam, provaslavlıq
İdarəetmə forması Monarxiya

Tarixi[redaktə | mənbəni redaktə et]

1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu. Bu vaxt hakimiyyətə gəlmiş IV İvan Qroznı Volqaboyunu işğal etmək istəyirdi. O, özü başda olmaqla 1548 və 1550-cı illərdə iki dəfə Kazan xanlığına qarşı hərbi səfər təşkil edir. Lakin hər iki yürüş uğursuz olur. Kuçakın ordusu rus qoşunlarını məğlub edərək xanlıq ərazisindən çıxarır. IV İvan 1551-ci ildə Qazan yaxınlığında Sviyajsk qalasını inşa etdirir. Qala Qazan xanlığına həlledici hücum üçün hərbi baza rolunu rolunu oynayır. IV İvan 1552-ci ilin avqustunda təşkil etdiyi hücum güçlü olur. Rus ordusu 150 min döyüşçü və 150 topdan ibarət idi. Səfər 40 gün çəkir. Rus ordusu 1552-ci il oktyabrn 2-də şəhəri ələ keçirir. Qazan xanı Yadigar xan əsir alınır. Qazan xanlığı ləğv edilir. Qazax xanlığının işalı ilə Orta Volqa Rusiyaya birləşdirildi. İvan Qroznının əmri ilə Moskvanın Qırmızı meydanında Qazanın tutulması və Qazan xanlığı üzərindəki qələbənin xatirəsinə Vasili Blajennı kilsəsi tikilir. Qazanın tutulmasından, 1708-ci ildə I Pyotrun ərazi dövlət islahatı keçirməsinən əvvəlki dövrə qədər Qazan xanlığı Rusiya dövlətinin bir hissəsi olaraq qondarma Qazan çarlığına çevrimişdi. Əslində Qazan çarlığı adlı qurumu rus çarı və Moskvada yerləşən Qazan Sarayının Əmri adlı qurum idarə edildi. Ayrıca qurulmuş olan Kazan arxiyepiskopluğu dərhal Rus Pravoslav Kilsəsində ən vacib üçüncü yepiskopluğa çevrilir.

I Pyotrun 18 dekabr 1708-ci il tarixli sərəncamı ilə[1] , Rusiya vilayətinin inzibati-ərazi islahatı zamanı Qazan çarlığının ərazisində Qazan vilayəti qurulur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Казанская губерния - Территориальная история - Тематические проекты Руниверс". 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.

Mənbə[redaktə | mənbəni redaktə et]