QANTARMA
QAPAQ QALDURMAQ
OBASTAN VİKİ
Qap
Qap (rayon)
Mərkəzi Qap
Mərkəzi Qap (fr. Gap-Centre) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0526. Mərkəzi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 8 090 nəfər təşkil edirdi.
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Qap (rayon)
Qap (fr. Blois) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Alplar. Prefektura — Qap. Rayon əhalisi 2006-cı ildə 96 737 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon ərazisi — 3411 km².
TRT QAP
TRT 3 — Türkiyənin televiziya kanalı. TRT 3 kanalının əsas məqsədi əsasən tamaşaçılarına idman yeniliklərini çatdırmaqdır. Kanalın verilişləri müəyyən saatlarda TRT-QAP və TBMM TV ilə yayımlanır. Əksəriyyətlə idman proqramları olmaqla, təlim, mədəniyyət və musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur. Həmçinin, bu kanalda, həftə ərzində hər gün müəyyən vaxtlarda, Türk vətəndaşlarının gündəlik həyatlarında ənənəvi olaraq istifadə etdikləri dil və ləhcələrdə mədəniyyət, xəbər və musiqi proqramları aparılır. TRT-3’ün yayım mərkəzi Ankara Televiziyasıdır. == TBMM TV == TBMM TV və yaxud bilinən digər adı ilə Meclis TV, Türkiyə Böyük Millət Məclisi ilə bağlı məlumatlarla TBMM İclaslarını canlı yayımlayan, TRT 3 ilə eyni tezlikdə yayımlanan bir televiziya kanalı. == TRT GAP == TRT-QAP verilişləri, Şərqi və сənub-şərqi Anadolu Bölgələrində yaşayan əhalinin istəklərinə cavab verən və bölgə xüsusiyyətlərinə görə hazırlanan təlim, mədəniyyət, bədii film, musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur.
Cənub-qərbi Qap
Cənub-qərbi Qap (fr. Gap-Sud-Ouest) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0530. Cənub-qərbi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 9 720 nəfər təşkil edirdi.
Cənub-şərqi Qap
Cənub-şərqi Qap (fr. Gap-Sud-Est) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0529. Cənub-şərqi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 7 938 nəfər təşkil edirdi.
Şimal-qərbi Qap
Şimal-qərbi Qap (fr. Gap-Nord-Ouest) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0528. Şimal-qərbi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 3 571 nəfər təşkil edirdi.
Şimal-şərqi Qap
Şimal-şərqi Qap (fr. Gap-Nord-Est) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0527. Şimal-şərqi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 6 619 nəfər təşkil edirdi.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Qurd qapısı" qəbiristanlığı
40-cı qapı (film, 2008)
40-cı qapı — filmi rejissor Elçin Musaoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov ifa edirlər. == Məzmun == Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir. == Festivallar və mükafatlar == 2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür. 2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.
40-cı qapı (film, 2009)
40-cı qapı — filmi rejissor Elçin Musaoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov ifa edirlər. == Məzmun == Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir. == Festivallar və mükafatlar == 2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür. 2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.
40-cı qapının qıfılı (film, 2003)
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Alan qapıları (Qafqaz)
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir. Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir.
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur.
Ali Qapı (Germi)
Ali Qapı (fars. عالي قاپو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (20 ailə).
Ali Qapı (Təbriz)
Ali Qapı — və ya Ala qapı XVI əsrdə Təbrizdə Səfəvilər üçün inşa edilmiş saray. 20-ci əsrin 30-cu illərində saray baxımsızlıqdan sonra Pəhləvilər tərəfindən dağıdılmışdır. == Adı == Sarayın niyə Ali qapı adlandırılması ilə bağlı iki fikir mövcuddur. Birinci fikrə görə Səfəvilərin Təbrizdə və İsfahanda tikdirdikləri Ali qapı saraylarının adı əsas qapı, mərkəzi qərargah mənasındadır. İkinci fikrə görə isə bu yerli dildə Ala qapı səsləndiyi üçün qırmızı qapı deməkdir. Çünki deyilənlərə görə sarayın qapısı da qırmızı rəngdə olub.
Ali Qapı (dəqiqləşdirmə)
Ali Qapı — Səfəvilər dövrünə aid saray.
Ankara Mərkəzi Qapalı Həbsxanası
Ankara Mərkəzi Qapalı Həbsxanası və Gözaltı Evi ya da Ulucanlar Həbsxanası — Ankaranın Altındağ mahalının Ulucanlar səmtində 1925–2006 arasında fəaliyyət göstərən bir həbsxanadır . Türk siyasi və ədəbi həyatında əhəmiyyətli bir yeri olan Ulucanlar Həbsxanasını bərpa edərək muzey və mədəniyyət və sənət mərkəzinə çevirmək layihəsi Altındağ Bələdiyyəsinə verildi. 2009-cu ildə başlanan bərpa işləri 2010-cu ildə tamamlandı. == Tarix == Hərbi anbar kimi xidmət etmək üçün 1923-cü ildə tikilən bir binada qurulan həbsxana, 1925-ci ildə edilən təmirdən sonra həbsxana olaraq istifadə olunmağa başladı. 68 nəslin öndə gələn adlarından Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan, 6 May 1972-ci ildə həbsxana həyətindəki qovaq ağacının altında edam edildi. 1980 İnqilabının ilk edamları bu həbsxanada 8 oktyabr gecəsi solçu Necdet Adalı və sağçı Mustafa Pehlivanoğlunun edamı ilə baş verdi. 13 dekabr 1980-ci ildə Erdal Erenə verilən ölüm cəzası burada icra edildi. Həbsxanada Cüneyt Arcayürek, Mahmut Alınak, Fakir Baykurt, Hatip Dicle, Orhan Doğan, Bülent Ecevit, Yılmaz Güney, Nâzım Hikmet, Yaşar Kamal, Yavuz Öbekci, Selim Sadak, Sırrı Sakık, Kamal Tahir, Metin Toker, Muhsin Yazıcıoğlu və Leyla Zana Bir çox məşhur məhbus və məhkum qaldı. 29 sentyabr 1999-cu ildə başladılan Həyata Dönüş Əməliyyatı zamanı 10 nəfər həbsxanada öldü, 100-ə yaxın insan yaralandı. Ulucanlar Həbsxanası 1 iyul 2006-cı ildə bağlandı.
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir. Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.
Aorta qapağı
Aorta qapağı — (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri — (lat. valvula semilunaris posterior) arxada, ikinci — (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü — (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri — (lat. sinus aortae (Valsalvae — BNA)) deyilir.
Aortal qapaq stenozu
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Aortal qapaq çatışmazlığı
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. == Etiologiya == Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya. Xroniki AÇ-ğın səbəbləri bunlardır: ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri. membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması revmatik qızdırma infeksion endokardit miksomatoz degenerasiya aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri qalxan aortanın anomaliyaları uzunsürən tənzimlənməyən qan təzyiqi Marfan sindromu idiopatik aortal genişlənmə sistik media nekrozu aortanın qocalıq ektaziyası, genişlənməsi sifilitik aortit revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit başqa spondiloartritlər Whipple xəstəliyi. == Əlamətləri == Aortal çatışmazlıq iki cür olur: kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir. xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.
Avropanın ən yaxşı qapıçısı
Avropanın ən yaxşı qapıçısı mükafatı 1990-cı ildən bəri hər il UEFA dərgisindəki səsvermələrə görə Avropanın ən gözə çarpan qapıçısına verilən mükafatdır. 2009-cu ildə ESM (Avropa İdman Mediası) mükafatın təqdimatçısı oldu.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Aşağı Qapanlı
Aşağı Qapanlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi adlandırılmışdır.
Bağlı Qapı (1981)
Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir.
Bağlı qapı (film, 1981)
Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir.
Belqradın qapıları
Belqradda 23 ədəd qapı yerləşmişdir. == Qala qapıları == === Yuxarı şəhər qapıları === Kalemegdanda yuxarı şəhərin divarlarında bir çox qapılar vardır. === Aşağı şəhər qapıları === === Xarici şəhər qapıları === Xarici şəhər qapıları olduqları xarici şəhər divarları ilə birlikdə indiki vaxtda dağıntı vəziyyətindədir. Yalnız köhnədən qalma yerləri göstərən lövhələr qalmışdır.