40-cı qapının qıfılı (film, 2003)

40-cı qapının qıfılı filmi rejissor Rövşən İsax tərəfindən 2003-cü ildə çəkilmişdir. Film "STV Azərbaycan" kanalında istehsal edilmişdir. Film Azərbaycan, telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin xatirəsinə həsr olunub.

40-cı qapının qıfılı
40-cı qapının qıfılı
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Rövşən İsax
Prodüser Rövşən İsax
Ssenari müəllifi Billurə Aslanqızı
Operator Elmir Süleymanov
İstehsalçı STV Azərbaycan
İlk baxış tarixi 2003
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 33 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İl 2003
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan, telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin[1] xatirəsinə həsr olunub.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi.[2] Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü.[2] Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi.[2] Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.[2] O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.[3]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Billurə Aslanqızı
Rejissor: Rövşən İsax
Operator: Elmir Süleymanov
Prodüser: Rövşən İsax

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Alı Mustafayev". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
  2. 1 2 3 4 Aydınoğlu, Tahir. "Qəhrəmanlıq zirvəsi". www.anl.az. www.anl.az. Archived from the original on 2019-01-15. İstifadə tarixi: 20 iyul 2016.
  3. Novruzoğlu, Rövşən. GENOSID......ECOCID. Bakı: «Adiloğlu» nəşriyyatı. 2005. 544. (#accessdate_missing_url)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2003-cü ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı