Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər.
Bağlı qapı | |
---|---|
Janr | dram |
Rejissor | Rasim Ocaqov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Rodion Naxapetov Nəsibə Zeynalova Aleksandr Kalyagin Məmməd Məmmədov Dadaş Kazımov Hacı İsmayılov Larisa Xələfova |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 25 iyul, 1981 |
Filmin digər adı | Bağlı qapı arxasında |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 85 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1981 |
Texniki məlumatlar |
9 hissə 2482 metr |
Rəng | rəngli |
IMDb | ID0174112 |
Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.[1]
Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...[1]
Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.[1]
Film yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasında qadın" pyesi əsasında ekranlaşdırılmışdır.[1]
Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir.[1]
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Rejissor: Rasim Ocaqov
Operator: Rafiq Qəmbərov
Rəssam: Fikrət Bağırov
Bəstəkar: Emin Sabitoğlu
Rodion Naxapetov — Murad
Nəsibə Zeynalova — Zeynəb
Aleksandr Kalyagin — Daşdəmirov
Dadaş Kazımov — Nuru
Hacı İsmayılov — Əli
Larisa Xələfova — Şərqiyyə
Məmməd Məmmədov— Saleh
Svetlana Məmmədova — Gülya
Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi) — Ənvər
Viktor Dəmirtaş — Fərid
Gülya Salahova — Rəna
Frunzik Mkrtçyan — Vartan
Elçin Məmmədov — Aydın
Sadıq Hüseynov — sahə müvəkkili
Nailə Mahmudova — Roza
Azərbaycan filmlərinin siyahısı
1981-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı