Anna Qaplan

Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir.[1]

Anna Qaplan
Nyu-York Ştat Senatının üzvü[d]
1 yanvar 2019 – 31 dekabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi XX əsr
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Qaplan Təbriz şəhərində anadan olmuşdur.[2] İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür.[3][4][5] O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir.[6][7]

Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur.[8] Atası xalça ticarəti ilə məşğul olmuşdur.[9][10] İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür.[9][11] Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.

Evlidir. Həyat yoldaşı Darren ilə birlikdə Nyu-Yorkun Great Nek bölgəsində yaşayırlar. İki yeniyetmə qızları vardır.

Yeşiva Universitetinin tərkibində olan Stern Kollecinə qəbul olmuş, daha sonra isə Nyu-Yorkdakı Benjamin Cardozo universitetinə hüquq təhsili almaq üçün qəbul olmuşdur.[12]

Qaplan siyasi kareyerasına 2011-ci ildə Şimali Hempsted Bölgə Komissiyasının üzvü kimi başlamışdır. Senata seçilənə qədər bu vəzifədə çalışmışdır.

Qaplan 2016-cı ilin 11 yanvarında elan etdi ki, ABŞ Nümayəndələr Palatasına Nyu Yorkun III seçki dairəsindən namizədliyini irəli sürəcəkdir. O, öz namizədliyini istefa verən Stiv israilin yerinə irəli sürmüşdü.[13] Qaplan bu seçkilərdə Tom Suozziyə məğlub olmuşdur.[14][15].

2018-ci ilin aprel ayının 27-də Demokratlar partiyasının Nassau bölgəsi üzrə rəhbəri Cey Yakobsvə Nyu-Yorkun qubernatoru olan Endryu Kuomo Anna Qaplanın Nyu-York Senatına olan seçkilərdə namizəd olacağını elan etdilər.[16] Müxtəlif orqanlardan və təşkilatlardan dəstək almağı bacaran Anna Qaplan 2018-ci ilin 1 avqustunda keçmiş prezident Barak Obama tərəfindən təstiqlənən ilk namizəd oldu.[17]

2018-ci ilin 6 noyabrında baş tutmuş seçkilərdə o zamankı senator Elaine Flippsi məğlub edən Anna Qaplan ümumi səslərin 55 faizini toplayaraq seçkilərdə qələbə qazanmışdır.

  1. "Big LI wins help Democrats take control of NY Senate". Newsday. 14 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2019.
  2. "From political refugee to town councilwoman". Island Now. 18 January 2012. 2 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  3. San Antonio, Bill. "North Hempstead councilwoman Anna Kaplan touts record in re-election campaign". The Island Now. 24 September 2015. 2 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  4. Zendrian, Alexandra. "Kaplan Wins North Hempstead Town Council Race – Port Washington, NY Patch". Portwashington.patch.com. 9 November 2011. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2016.
  5. "Kaplan recounts journey from Iran". The Island Now. 21 November 2013. 23 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  6. "IAPAC Endorses Anna Kaplan, Iranian American Set to Flip The New York State Senate". 19 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2018.
  7. Cortellessa, Eric. "Once a refugee from Iran, a Jewish state senator ascends in New York politics". www.timesofisrael.com (ingilis). 2021-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
  8. Sam Kestenbaum. "Meet the Iranian Jew Who's Running for Congress — Despite the Donald Trump Trolls". Jewish Daily Forward. June 27, 2016. September 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2019. (#apostrophe_markup)
  9. 1 2 "Anna Kaplan named Lifetime "Remarkable Woman"". mylifetime.com. Lifetime (TV network). 4 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  10. "Anna Kaplan profile". dev2.iawfoundation.org/. Iranian American Women Foundation. İstifadə tarixi: 15 January 2016.[ölü keçid]
  11. Hopper, Justin. "Meet the Candidates for District Council 4". The Roslyn News. 29 October 2015. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  12. "Councilwoman Anna M. Kaplan (4th District)". 1 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2018.
  13. Jacoby, Sheri Jacoby. "Anna Kaplan To Run For Congress". Great Neck Record. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2016.
  14. Brady, Ryan. "Tom Suozzi wins Democratic primary". Queens Chronicle. 17 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
  15. Milan, Rashed; Twarowski, Christopher. "Suozzi Wins Israel's Vacant Seat, LI's Congressional Incumbents Re-elected". Long Island Press. 28 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
  16. Jacoby, Sheri Jacoby. "Anna Kaplan To Run For State Senate". Port Washington News. 17 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.
  17. Clausen, Janelle. "President Obama endorses Kaplan in contested state Senate race". Blank Slate Media. 29 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2018.