RAHİL

Ra ( Misirdə günəş allahının adı olub ) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RAHATHULQUM
RAİFƏ
OBASTAN VİKİ
Rahil
Rahil — Azərbaycanlı kişi adı. Rahil Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rahil Məmmədov — Azərbaycan futbolçusu Rahil Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. Rahil Ərəbli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Rahil Hüseynov
Rahil Məmmədov
Rahil Sərvər oğlu Məmmədov (24 noyabr 1995, Bakı) — Azərbaycan futbolçusu, Polşanın LKS Lodz klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyerası == === Klub === Rahil Məmmədov 22 dekabr 2017-ci ildə "Səbail" FK ilə müqavilə imzalamışdır. O, 2 iyun 2018-ci ildə "Qarabağ"la 3 illik müqavilə imzalamışdır. Rahil Məmmədov 9 fevral 2022-ci ildə 2021–22 mövsümünün qalan hissəsi üçün icarə əsasında "Zirə"yə keçmişdir. Rahil Məmmədov 2024-cü ilin yanvar ayında qarşılıqlı razılaşma ilə Qarabağ klubundan ayrılıb və Polşanın LKS Lodz klubu ilə 1,5 illik müqavilə imzalayıb. === Beynəlxalq === Rahil Məmmədov 27 mart 2018-ci ildə Azərbaycan milli futbol komandasının Şimali Makedoniya ilə oyununda millinin heyətində debüt etmişdir.
Rahil Nəcəfov
Rahil Əkbərov
Rahil Canəhməd oğlu Əkbərov (1 mart 1991; Sabirabad rayonu, Azərbaycan SSR — 26 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Rahil Əkbərov 1991-ci il martın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahil Əkbərov noyabrın 26-da Hadrut istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahil Ərəbli
Ziyad Hemidov Rahil oglu
Ziyad Həmidov (18 aprel 1974, Çuxanlı, Salyan rayonu – 20 noyabr 1992, Ağdərə, Tərtər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Ziyad Həmidov 1974-cü il aprel ayının 18-i Salyan rayonu Çuxanlı kəndində doğulub.
Rahilə Davud
Rahilə Davud (uyğ. راھىلە داۋۇت, çin. ənən. 热依拉·达吾提, pinyin: Rèyīlā Dáwútí; 20 may 1966, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin dilşünası. Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Sincan Universitetində professor işləmiş olan Davud beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı. O, vaxtilə Çin Mədəniyyət Nazirliyindən mükafat və qrantlar almış, folklor institutunun qurucusudur. Davud 2017-ci ildə Çin hökuməti tərəfindən qaçırılmış və o vaxtdan bəri itkin düşmüşdür. Onun dövlət orqanları tərəfindən açıqlanmayan bir yerdə saxlanıldığı güman edilir. == Həyatı == Rahilə Davud 1966-cı ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. O, 30 ildən çoxdur ki, Çin Kommunist Partiyasının üzvü olmuşdur.
Rahilə Ginzburq
Ginzburq Rahilə Solomonovna (1 iyun 1920, Bakı – 6 dekabr 1995, Bakı) – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964) == Həyatı == Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur. === Fəaliyyəti === Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası. == Həyatı == Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866-1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870-1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M.B.Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar. Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinifi).

Значение слова в других словарях