Rahil Hüseynov

Rahil Əfsər oğlu Hüseynov (1986, Nərimankənd, Puşkin rayonu1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Rahil Hüseynov
Rahil Əfsər oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Qarabağ
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə Kiçik gizir
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rahil Hüseynov 1993-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kiçik gizir Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Rahil Hüseynov doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]