Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ramil
Ramil — kişi adı.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. == Düşmüş keşikçi == Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. == Mələk == Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Sabir oğlu Abbasov (1 aprel 1989; Turaclı, Qax rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Abbasov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Ramil Ağayev
Ramil Ağayev (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Ramil Ağayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ramil Babayev
Ramil Babayev (aktyor)
Ramil Balabəyov
Ramil Balabəyov (tam adı: Ramil Ruslan oğlu Balabəyov; 21 fevral 2001; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Balabəyov 2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ramil Həsən
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həsənov
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir. == Həyatı == Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Ramil Musayev
Ramil Aydın oğlu Musayev (6 may 1991; İsmayıllı, Azərbaycan SSR — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Musayev 1991-ci il mayın 6-da İsmayıllı şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Musayev oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Məmmədov
Ramil Məmmədov — aktyor, film səsləndirən, mətn oxuyan, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru (2010), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru (2013), Mövsümün ən perspektivli aktyoru (2015), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatınının laureatı (19 iyul 2016). == Həyatı == 30 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Suraxanı rayonu 114 saylı orta məktəbdə təhsil alıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino aktyoru” fakültəsini bitirib. 2010-cu ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-ci il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatına “Mövsümün ən perspektivli aktyoru” nominasiyası üzrə layiq görülmüşdür. == Teatrda əsas rolları == === Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı === Əsgər - (“Qurtuluş dastanı” İ.Piriyev) Müəllim - (“Vətəndən ağırdır vətənin yükü” H.Orucov) Rac - (“Qızıl ahu balası” Y.Şetinkina) Balaqədeş - (“Məhəbbət, şeytan, ağ ölüm” M.Haqverdiyev) Ağa Salman, Dərviş Məstəli şah, Hakimi şər - (“Mürafiə vəkillərinin hekayəti” M.F.Axundzadə) === Gənc Tamaşaçılar Teatrı === Qaraçı - (“Qaraca qız” S.S.Axundov, A.Şaiq) Dəmirçi - (“Şəngülüm, Şüngülüm, Məngülüm” M.Müşfiq) Müştəri - (“Aydın” C.Cabbarlı) Şəhər sakini - (“Romeo və Culyetta” U.Şekspir) Meymun - (“Hekayəti xırs quldurbasan” M.F.Axundzadə) Məzun - (“Mənim ağ göyərçinim” T.Vəliyeva) Nağaraçı - (“Buzovna kəndinin əhvalatları” Elçin) Quldur - (“Əlibaba və qırx quldur” Ərəb Xalq nağılı) Qara qüvvə - (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) Şeyx - (“Şeyx Sənan H.Cavid) Qrey Lord - (“III Riçard” U.Şekspir) Baba - (“Qoğalın nağılı” Xalq nağılı) Şeyx Sədra - (“Şeyx Sənan”.
Ramil Nabran
Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper. == Həyat və Yaradıcılığı == Ramil Akif oğlu Şamilli 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadəcə 2005-ci ildə Nabran repi ona uğur gətirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. 34 yaşında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu istedad oğlu Ramilə də keçib. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi. 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.
Ramil Paşayev
Ramil Şakir oğlu Paşayev (28 iyul 1994; Bərdə rayonu, Azərbaycan — 27 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramil Quliyev
Ramil Nuralı oğlu Quliyev (1981—2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri. Ramil Eldar oğlu Quliyev (1990) — azərbaycanlı atlet.
Ramil Quluyev
Ramil Elşən oğlu Quluyev (18 fevral 1991, Bakı, Azərbaycan — 10 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. Bir bacısı var idi. O, Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinə 2011-ci ildə daxil olub və 2015-ci ildə oranı bitirib. Ramil Quluyev xeyirxah ağsaqqal Qulu həkimin nəvəsi idi. Anası Güldanə xanım Ramilin şəhid xəbərini eşidəndən sonra cəmi 20 gün yaşaya bildi. 2020-ci ildə Ramilin ölümündən 20 gün sonra gözlərini əbədi yumdu. Beləliklə Ramil Quluyevin ailəsi 20 günün içində Ramili və ananı itirdi. Ramil Quluyev subay idi.
Ramil Qurbanov
Ramil Sudeyif oğlu Qurbanov (6 yanvar 1987; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Qurbanov 1987-ci il yanvarın 6-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ramil Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Qurbanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Səfərov
Ramil Səfərov (25 avqust 1977, Şükürbəyli, Cəbrayıl rayonu) — azərbaycanlı hərbçi, polkovnik-leytenant. == Həyatı == Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb.
Ramil Usubov
Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb. == Həyatı == Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır. 1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur. Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ramil Yunisov
Ramil Qardaşxan oğlu Yunisov (26 may 1977; Yeni Mil, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yunisov 26 may 1977-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində Qardaşxan Yunisovun ailəsində anadan olmuşdur. 1983-1994-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Ramil Yunisov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra artilleriya divizionunun tibb məntəqəsi sürücüsü vəzifəsində müddətdən artıq hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yunisov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yunisov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramil Yusifov
Ramil Mürşid oğlu Yusifov (24 aprel 1978, Ağbulaq, İsmayıllı rayonu – 4 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Yusifzadə
Ramil Adəm oğlu Yusifzadə və ya rəsmi sənədlərdə Yusif-zadə (22 may 1998; Bakı, Azərbaycan – 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir.
Ramil Zeynalov
Ramil Vaqif oğlu Zeynalov (17 iyul 1982, Bakı) — aktyor. == Həyatı == Ramil Zeynalov 17 iyul 1982-ci ildə Bakıda anadan olub. ADMİU-nun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (2000–2004). Gənc Tamaşaçılar Teatrında (1999–2001) çalışıb. 2004-cü ildən Şuşa Dövlət Dram Teatrının aktyorudur. Rusiya istehsalı olan "Rus tərcüməsi" (2006) serialında çəkilib.
Ramil Şeydayev
Ramil Şeydayev (doğum 15.3.1996, Sankt-Peterburq, Rusiya) — Azərbaycan Milli Futbol Komandasının üzvü. Hücumçu mövqeyində çıxış edir. == Klub karyerası == Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb. 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub. Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub. 7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib. 5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.
Ramil Ağayev (mayor)
Ramil Mərdan oğlu Ağayev (20 dekabr 1984, Lerik – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Ramil Ağayev (şəhid)
Ramil Ağayev (əsgər)
Ramil Ağarəhim oğlu Ağayev (20 sentyabr 1994, Sabirabad rayonu – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdir müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Ramil Babayev (aktyor)
(13 sentyabr 1978, Bakı) == Həyatı == == Fəaliyyəti == Ramil Babayev hərbi xidmətdən qayıdanda artıq qardaşı Emin Hadıyev ATV kanalında, radioda işləyirdi. Emin onu 2001-ci ildə ATV kanalına gətirdi. Sonra radioda "İnternet klub" verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb. Bir neçə layihənin Rəhbəridir və Hal hazırda Azad Azərbaycan kanalında çalışır. === Bildiyi dillər === Ramil Babayev Azərbaycan dili ilə yanaşı 6 dil bilir: Azərbaycan dili, türk dili, rus dili, hind dili, ingilis dili, fransız dili. Sitat: Mənim bu dilləri öyrənməyim özü bir tarixdir. Bazarda çalışdığım dönəmlərdə bir müştərim var idi, pakistanlı. O gəlirdi, ingliscə danışırdı.
Ramil Babayev (baş leytenant)
Ramil Taqət oğlu Babayev (12 dekabr 1991; Şilyan, Kürdəmir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.
Ramil Qasımov (cüdoçu)
Ramil Famil oğlu Qasımov (13 avqust 1981, Kirovabad) — Azərbaycanı təmsil edən cüdoçu, 2016-ci il XV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir. == Karyerası == Ramil Qasımov üç dəfə — 2003, 2010 və 2012-ci illərdə Azərbycan Çempionatının qalibi oldu. 2007-ci ildə Tailandda baş tutan Universiada Oyunlarının da qızıl medalına sahib olan Ramil Qasımov 2007 və 2008-ci illərdə Avropa Çempionatlarını yeddinci pillədə başa vurdu. Ramil Qasımov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı. Növbəti illərdə Ramil Qasımovun görmə qabiliyyətində problemlər əmələ gəldi və o, 2013-cü ildən para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı. Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Ramil Qasımov (müğənni)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Ramil Quliyev (baş gizir)
Ramil Nuralı oğlu Quliyev (28 yanvar 1981; Kürdəmir rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Ramil Quliyev 2020-ci il sentyabrın 30-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Quliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cahid Camal Şamil oğlu
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.