Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini.
Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür.
□ Riza almaq – razılıq almaq.
[Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır.
Riza vermək – razılıq vermək, razı olmaq.
[Ağa:] …Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi?
// İstək, iradə, ixtiyar.
□ Öz rizası ilə – öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə.
◊ Allah rizasına – 1) savab üçün, Allah yoluna, Allaha xoş gedər.
[Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. ;
2) yalvarış mənasında – Allah xatirinə.
[Səriyyə:] Səfər! Allah rizasına mənə rəhmin gəlsin.