İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus[1] . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir.[2] Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir.
Əli ibn Musa | |
---|---|
علي بن موسى الرضا | |
799 – 818 | |
Əvvəlki | İmam Kazım |
Sonrakı | İmam Cavad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Tus, (Məşhəddə dəfn olunub) |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | |
Fəaliyyəti | imam |
Atası | Musa ibn Cəfər |
Uşağı | oğulları: Məhəmməd |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Adı: Əli
Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin[3]
Künyəsi: Əbülhəsən
Atası: Həzrət İmam Museyi Kazim (ə)
İmamlıq müddəti: 20 il
Ömrü: 55 il
Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində [4] Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu.
Məzarı: İran Məşhəd şəhəri.
Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir. Uşağın adını Cavad(ə) qoyurlar.İmamın(ə) Səbikədən başqa Ümmi Həbibə adlı həyat yoldaşı da var idi. İmam Rza(ə) bu xanımla vəliəhdlik cərəyanı əsnasında evlənmişdir.
816-cı ildə əl-Məmunun sarayına dəvət olunmuş və taxt-tac vəliəhdi elan edilmişdir. Əl-Məmun Əli ər-Rizanın köməkliyi ilə şiələrlə münasibətlər qurmağa çalışmışdır.
İbn Şəhraşub, Şiə Təbəri, Şeyx Müfid və Təbərsi İmam Rzanın(ə) İmam Cavaddan(ə) başqa övladının olmadığını qeyd etmişlər[5]
Xəlifə şiələrlə əlaqələri kəsdikdən sonra Əli ər-Riza 818-ci ilin sentyabrında əl-Məmunun əmri ilə Xorasanda Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərlənmişdir.
Əli ər-Rizanın sərdabəsi şiələrin Ziyarətgahına, onların başlıca müqəddəs yerlərindən birinə çevrilmişdir. Nəticədə sərdabənin yerləşdiyi kənd onun şərəfinə Məşhəd-Əli Riza (Məşhəde-Rezəvi) (Əli Rizanın şəhid olduğu yer) adlandırılan iri şəhərə çevrilmişdir.
İmam Rza(ə) öz imaməti dövründə bir neçə Abbasi xəlifəsi ilə bir əsrdə yaşamışdır. Həzrət Rzanın(ə) imamlığının 10 ili Harun ər-Rəşidin xəlifəliyi dövrünə təsadüf etmişdir. Həmin 10 il ərzində isə hökümtəin üzləşdiyi böhranlarla əlaqədar olaraq İmamla(ə) üzbəüz gəlməyə razı olmamışdır.Hədis alimləri və tarixçilər arasında qəbul olunmuş və hədislərdə də öz təsdiqini tapmış versiya İmam Rzanın(ə) zəhərli üzüm və ya nar yeyərək şəhid olması versiyasıdır. İmamın zəhərlənməsi faktına üstünlük verən sünni və şiə tarixçilərdən bəziləri bunlardır: İbn Həcər əl Əsqəlani[6], İbn Səbağ Maliki[7], Məsudi[8], Qunduzi Hənəfi[9], İbn Təbatəbai[10] və.s