RUSLAN

Arslan (Aslan) sözünün təhrif olunmuş formasıdır. Türk mənşəlidir. Mənası “güclü, qorxmaz, cəngavər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RUSİYA
RUTİL
OBASTAN VİKİ
Ruslan Qəhrəmanov
Ruslan Mehman oğlu Qəhrəmanov (6 oktyabr 1988; Almaniyanın Maqdeburq şəhəri— 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rüstəmov
Ruslan Rəcəbov
Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984; Sumqayıt, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rəhimov
Ruslan Tanrıverdi oğlu Rəhimov (7 iyul 1986; Beyləqan rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəhimov 1986-cı il iyulun 7-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Elmir adında oğlu və Əsmər adında qızı ​yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ruslan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəhimov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Sabirli
Ruslan Sadıqov
Ruslan Amiraslan oğlu Sadıqov (31 dekabr 1987; Şəki rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Sadıqov 31 dekabr 1987-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. 1994-1995-ci illərdə Şəki rayon Təpəcənnət kənd natamam orta məktəbində, 1995-2004-cü illərdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə başa vurmuşdur. Fidan Sadıqova ilə ailəli idi, Nuray və Aylin adlı 2 qızı və Ehsan adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Ruslan Sadıqov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər üzrə Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurmuş, Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq xidmətə başlamışdır. Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. O, 2020-ci ildən başqa bir hərbi hissədə xidmətini davam etdirirdi.
Ruslan Tağıyev
Ruslan Fuad oğlu Tağıyev (12 iyun 1982, Azərbaycan – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ruslan Xasbulatov
Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942, Qroznı – 3 yanvar 2023, Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri. == Həyatı == 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir. Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi. 1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını, 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir. Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.
Ruslan Xayxoroyev
Ruslan Xayxoroyev (1963 – 8 sentyabr 1999, Urus-Martan) — Çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası ordusunun briqada generalı, Birinci Çeçenistan müharibəsi zamanı Bamut kəndinin müdafiə rəisi. Rusiya hakimiyyətinə görə terrorizm və Rusiya vətəndaşlarını qaçırmaqda ittiham olunan şəxs. == Bioqrafiyası == Bir sovxoz işçisi kimi ilk fəaliyyətinə başlamışdır. Sonra Çeçenistanın qərbində bir dəstənin lideri olur. O, hərəkətlərini Rusiyanın İçkeriyaya təzminat borclu olması ilə əsaslandırır, lakin borcun ödənilmədiyi üçün silahlılar hər bir qaçırılan əsgər üçün təzminatı hissə-hissə almalı olduğunu bildirir. Xayxoroyevin "Nevskoe Vremya" qəzetinin jurnalistləri Maksim Şablin və Feliks Titovun itkin düşməsində iştirak etdiyi, eyni zamanda 11 və 12 iyul 1996-cı ildə Moskva trolleybuslarında iki partlayışın, 1996-cı ildə Nalçikdə şəhərlərarası sərnişin avtobusunda partlayışın sifarişçisi olduğu ehtimal edilir. 1998-ci ilin yazında, Qafqaz Mücahidlərinin Birləşmiş Qüvvələrinin Ali Hərbi Məclisi Şurasının qərarı ilə, milliyyətcə çeçen olan briqada generalı Ruslan Xayxoroyevə İçkeriyanın Qərb Cəbhəsinin cənubunda genişmiqyaslı hərbi əməliyyatları gücləndirmək tapşırılır. Əslində İnquşetiya və Osetiya sərhədindəki münaqişə vəziyyəti ətrafında, Mozdok — Vladiqafqaz istiqamətində təxribat hərəkətlərinin aparılmasına cavabdeh təyin edilir. 1998-ci ilin aprelində Rusiya Baş Prokurorluğunun Şimali Qafqazda federal təhlükəsizlik və millətlərarası münasibətlər haqqında qanunların icrasına nəzarət edən Baş idarə Xayxoroyevi federal axtarışa verir. O, 17-si üçün 1.7 milyon dollar fidyə aldığı 24 Şimali Osetiya vətəndaşının qaçırılmasında günahlandırılır.
Ruslan Yamadayev
Ruslan Yamadayev (10 dekabr 1961, Qudermes, Çeçen-İnquş MSSR – 24 sentyabr 2008, Moskva) — Rus siyasətçisi. 90 -cı illərin əvvəllərində Çeçenistan Respublikasındakı quldur dəstəsinin birinin üzvü, sonra federal qoşunlarla birlikdə vəhabiliklə fəal mübarizə aparmış şəxs. Dördüncü çağırış Dövlət Dumasının deputatı (2003-2007), Vahid Rusiya fraksiyasının, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin və Mandat Məsələləri və Deputat Etikası Məsələləri Komissiyasının üzvü. Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasını bitirib; İdarəetmə və Biznes İnstitutu. == Bioqrafiya == 10 dekabr 1961-ci ildə indiki Çeçenistan Respublikasının Qudermes şəhərində anadan olmuşdur. Milliyətçə çeçen olmuşdur. Ali təhsil aldıqdan sonra inşaatçı işləyir. Kiçik qardaşları Sulim Yamadayev və Cəbrayıl Yamadayev də Rusiya Federasiyası Qəhrəmanlarıdır. == Birinci Çeçenistan müharibəsi == 1990-cı illərin əvvəllərində Çeçenistan Respublikasının müstəqilliyi uğrunda mübarizədə Çeçenistanın ilk Prezidenti Cövhər Dudayevi dəstəkləyir. Birinci Çeçenistan müharibəsində Çeçen qoşunlarının bir dəstəsinin komandiri olur.
Ruslan Yunisli
Ruslan Elçin oğlu Yunisli (10 oktyabr 1996; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Yunisli 10 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ruslan Yunisli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Yunisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Yunisli 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Zeynalov
Ruslan Baxtiyaroviç Zeynalov (ukr. Руслан Бахтіярович Зейналов; d.19 iyun 1982, Luqansk, USSR, SSRİ) — ukraynalı futbolçu, yarımmüdafiəçi. == Həyatı == === Futbol klubu karyerası === Luqansk idmaninternatında futbolla meşğul olmağa başlayıb, ilk meşqçisi — Alekseyev O.V. 2004-cü ildə "Stal" klubuna (Alçevsk) qoşulub. 2006-cı ildən etibarən "Neftyanik-Ukrneft" üçün Ukrayna çempionatında oynanan Ruslan, 21 iyul 2007-ci ildə "Neftyanik-Ukrneft" - "Şaxtyor" (0: 3) matçında çıxdı. 2007-ci ilin sonunda transferə qoyuldu. Bundan sonra "Krımteplitsa" ya qayıtdı.O, 17-ci çempionatın ikinci turunda "Krımteplitsa" nın ən yaxşı oyunçusu kimi tanınıb. 2008-ci ilin oktyabrında klub Ruslan Zeynalovla müqaviləni ləğv etdi. 2009-cu ilin yayında "Aleksandriya" futbol klubuna qayıtdı. 2012-ci ildən etibarən yenidən "Krımteplitsa" futbol klubuna qayıdıb. === Milli komandada karyera === 2008-ci ilin mayında Almaniyalı mütəxəssis Berti Foqst Azərbaycan milli futbol komandasına çağırılıb, onda iyun ayında Bosniya və Hersoqovinanın milli komandasına və Andora'ya qarşı iki oyun keçiriləcəkdir.
Ruslan İbadlı
Ruslan Sakit oğlu İbadlı (d. 19 fevral 1995; Nəsimikənd, Biləsuvar rayonu — ö. 28 sentyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ruslan İdrisov
Ruslan Qabil oğlu İdrisov (6 iyun 2002; Odessa, Ukrayna — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşmışdır. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruslan Əlizadə
Ruslan Arif oğlu Əlizadə (19 noyabr 1993; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əlizadə 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə hərbi qulluqçu olmuşdur. == Hərbi xidməti == Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, 7 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ruslan Əlizadə 8 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Əsədov
Ruslan Rövşən oğlu Əsədov (7 mart 2002, Samux rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdağ döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan (ad)
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan İmanquliyev
Ruslan Natiq oğlu İmanquliyev (14 mart 1996, Sumqayıt – 2 oktyabr 2020, Füzuli rayonu) — şəhid. == Həyatı == Ruslan İmanquliyev 1996-cı il 14 martda Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə 22 No-lu orta məktəbin birinci sinfinə getmiş, 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Çox kiçik yaşda olarkən atası Ruslanı qoyub getmişdir. Ruslanı anası Ramiyə xanım tək başına böyütmüşdür. Ruslan anasının tək övladı idi. == Hərbi Xidməti == 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılmış və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik alay taborunda xidmət etmişdir. 2019-cu il dekabr ayında Azərbaycan Silahı Qüvvələrinin sıraların yenidən qayıtmışdır və Priküşkül qəsəbəsində N saylı hərbi hissədə 1-ci Taborunun Tank Əleyhinə Tağımının qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu işləməyə başlamışdır. === İkinci Qarabağ Müharibəsində İştirakı === 2020-ci 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində, müharibə başladığı ilk gündən ön cəbhədə olmuşdur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirmişdir.
Ruslan İsmayılov
İsmayılov Ruslan Şöhrət oğlu — Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. == Həyatı == Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzivəsində çalışıb. 2003-2012-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub. 2012-2014-ci ilərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor işləyib. 2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
Ruslan Şahbazov
Ruslan Mahir oğlu Şahbazov (14 iyul 1991; Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Əslən Laçın rayonunun Mayis kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Şahbazov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ruslan Şöhrətoğlu
İsmayılov Ruslan Şöhrət oğlu — Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. == Həyatı == Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzivəsində çalışıb. 2003-2012-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub. 2012-2014-ci ilərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor işləyib. 2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.
Ruslan Əlihacıyev
Ruslan Əlihacıyev (1961, Şali, Çeçen-İnquş MSSR – 2000) — Çeçenistanın hərbi-siyasi və dövlət xadimi, tanınmamış Çeçen İçkeriya Respublikasının rəhbərlərindən biri, İçkeriya Silahlı Qüvvələrinin briqada generalı, Çeçen İçkeriya Respublikası Parlamentin 4-cü Sədri. 1997-2000-ci illərdə ÇİR Silahlı Qüvvələrinin Şali alayının komandiri, 1995-ci ilin fevralından ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinin komandiri, sonra Aqişı Cəbhəsinin komandiri olur. ÇİR Prezidenti Cövhər Dudayevin Şərq və Naji-Yurt istiqamətləri üzrə qərargahdakı nümayəndəsi, eyni zamanda ÇİR Silahlı Qüvvələrinin Şali istiqamətinin komandiri vəzifəsini icra edir. == Bioqrafiya == Şali şəhərində doğulmuş və burada yaşamışdır. Şali dəmir-beton məmulatları zavodunda işləyir, sonra Sovet Qüvvələrinin Qərb Qrupunda, Almaniya Demokratin Respublikası ərazisində tank bölmələrində xidmət edir. Hərbi xidməti başa vurduqdan sonra gizirlər məktəbini bitirmiş və 1992-ci ilə qədər Qərb Qüvvələri Qrupunda gizir kimi xidmət etmişdir. 1992-ci ildə Əlihacıyev Qroznıya qayıdır. Qroznı Neft İnstitutunda təhsil alır, eyni zamanda Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin Şali tank alayında təmir batalyonunun komandiri vəzifəsində çalışır. 1995-ci ilə qədər siyasi həyatda fəal iştirak etmir. 1994-cü ilin noyabrında Çeçenistan Respublikasının Müvəqqəti Şurasının müxalif birləşmələrinin Qroznını ələ keçirmək cəhdi zamanı o, tank alayının komandiri təyin edilir.
Ruslan Əliyev
Ruslan Əliyev (kafedra müdiri) — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri. Ruslan Əliyev (baş direktor) — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. Ruslan Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Vətən müharibəsi şəhidi.
Antonov An-124 Ruslan
Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır. Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur. == Variantları == An-124 Ruslan Ağır strateji nəqliyyat təyyarəsi An-124-100 Ticari nəqliyyat təyyarəsi An-124-100M-150 Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-102 EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur An-124-115M "Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-130 Təklif olunan variant An-124-135 Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur An-124-150 Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir An-124-200 Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur An-124-210 Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir. An-124-300 Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur. == İstifadəçiləri == === Hərbi === Rusiya === Mülki === 2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.
Ruslan Qurbanov (baş çavuş)
Ruslan Üzeyir oğlu Qurbanov (7 sentyabr 1991; Biləsuvar rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Qurbanov 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Ailəli idi. 2021-ci il yanvarın 5-də oğlu dünyaya gəldi, oğluna Ruslan adı verildi. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ruslan Qurbanov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, 2 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Ağalıkənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Qurbanov (futbolçu)
Ruslan Eldar oğlu Qurbanov (12 sentyabr 1991[…], Stavropol) — Azərbaycanlı futbolçu. "Keşlə FK"nin oyunçusudur. Mövqeyi hücumçudur. 2014-2015 ci il mövsümünü icarə əsasında Xorvatiyanın Hajduk Split komandasında keçirib. Milləti Ləzgi. == Həyatı == 12 sentyabr 1991-ci ildə doğulub.
Ruslan Rüstəmov (baş leytenant)
Ruslan Nüsrət oğlu Rüstəmov (23 oktyabr 1981; Şorbaçı, Hacıqabul, Azərbaycan SSR — 3 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rüstəmov 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində (indi Hacıqabuldadır) ziyalı ailəsində anadan olub.. 1989-1999-cu illərdə Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində təhsil alıb. Atası həmin məkdəbdə rus dili və ədəbiyyatı müəllimi və hərbi rəhbər işləyib. Ruslan 2000-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində müdətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-ci ildə ehtiyata buraxılıb. Evə döndükdən sonra 2004-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Evli və 5 övlad atası idi == Hərbi xidməti == 2014-cü ildə Ruslan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinə müraciət edib. Həmin ildən Ağcabədi rayonun N saylı hərbi hissəsində sürücü-elektrik vəzifəsində xidmətə başlayıb. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunu bitirib.
Ruslan və Lyudmila
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq "Ruslan və Lyudmila" poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan "Üç bacı" nağılı və məşhur "Dobrinya Nikitiç" bılinasına çox yaxın idi. Çoşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi, lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassisizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. "Ruslan və Lyudmila"ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu, lakin əsərin son dərəcə qüvvətli cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir.
Ruslan və Lyudmila (film, 1972)
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı uzun saqqallı sehrbaz Çernomor tərəfindən qaçırılmış nişanlısı Lyudmilanı tapmaq üçün yola çıxan pəhləvan Ruslandır. Bu yolda onu təhlükəli macəralar gözləyir... == Film haqqında == Film böyük rus yazıçısı Aleksandr Puşkinin 1820-ci ildə yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Kinokritiklərin fikrincə, film rejissorun yaradıcılığının zirvəsini təşkil edir. Film SSRİ xalq artisti rejissor Aleksandr Ptuşkonun kinoda son işidir. Filmdə Lyudmilanın sehrbaz Çernomorun sarayında olarkən səslənən musiqilərin bir hissəsi görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev tərəfindən ifa olunmuşdur. == Xarici keçidlər == «Руслан и Людмила» — Internet Movie Database saytında.
Ruslan və Lüdmila
Ruslan və Lyudmila (rus. Руслан и Людмила) — Aleksandr Puşkinin ilk tamamlanmış poeması. Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq "Ruslan və Lyudmila" poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan "Üç bacı" nağılı və məşhur "Dobrinya Nikitiç" bılinasına çox yaxın idi. Çoşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi, lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassisizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. "Ruslan və Lyudmila"ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu, lakin əsərin son dərəcə qüvvətli cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir.
Ruslan Əliyev (əsgər)
Ruslan Aslan oğlu Əliyev (8 aprel 2000, Ərçivan, Astara rayonu – 29 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əliyev 2000-ci il aprelin 8-də Astara rayonunun Ərçivan qəsəbəsində doğulub. Ərçivan qəsəbəsi 4 saylı tam orta məktəbdə oxuyub. Ruslan yeniyetmə və gənc yaşlarında Astara Boks mərkəzində boksla məşğul olub, təlim məşqlərində, rayon və respublika yarışlarında müntəzəm iştirak edib, uğurlar qazanıb. Boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olub. 2018-ci ildə Goranboy, Mingəçevir, Tərtər bölgələrində hərbi xidmətdə olub. 2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "MAXE" kimi çalışmağa başlayır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ruslan Ağdərə istiqamətində ermənilərin çoxlu texnika və canlı qüvvəsini məhv etmişdir. Ruslan 29 sentyabr 2020-ci ildə Ağdərə rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olur.
Ruslana
Ruslana Stepanovna Lıjiçko (ukr. Русла́на Степа́нівна Лижи́чко, 24 may 1973, Lvov, SSRİ) — 2004 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni. Müsabiqədə Ukraynanı təmsil edirdi. Mahnısı - "Wild Dances".

Digər lüğətlərdə