Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır. 25 fəsildən ibarətdir. Məşhur fizik Kanninhemin qızı olan Evis sosialist Ernest Everqardia evlənməklə müasir cəmiyyətin iqtisadi əsslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini "Dəmir daban" adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir. Cek Londonun "Dəmir daban" əsəri XX əsr Amerika inqilabçısı Evis Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1993-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Uruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir.
Hacı Daşdəmir (Əsər)
Audiovizual əsər
Audiovizual əsər — müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "…İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən — "Gülüstan"dan bir neçə sətir oxuyardım… Bu zaman birdən fikrimə gəldi ki… mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir. Halbuki müqəddimədən "Baharistan"ın məhz oğlu üçün yazıldığı açıqaydın görünür. "Baharistan" da "Gülüstan" kimi səkkiz fəslə ayrılır və onun hər fəslinə "rövzə", yəni "bağ" adı verilir.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi. Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir.
Sujetli əsər
Süjetli Əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir. Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir. Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Milli tarixi əhəmiyyəti olan əsər
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Çöl çiçəyi (əsər)
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Bir kəndin sergüzəşti (əsər)
Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır. == Məzmunu == Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir".
Bir kəndin sərgüzəşti (əsər)
Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır. == Məzmunu == Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir".
Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İnsanlar və siçanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri. Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough") "Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi. Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlər verilmişdir. Tədris filmi Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Cəhənnəm (Den Braunun əsəri)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Delft mənzərəsi (rəsm əsəri)
Delft mənzərəsi—hollandiyalı rəssam Yan Vermeerin 1660–1661-ci illərdə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Hollandiyalı rəssamın öz doğma yurdunu təsvir etdiyi rəsm onun ən çox sevilən əsərləri arasında yer alır. Rəssamın nadir mənzərə əsərlərindən biri olan rəsm 1822-ci ildən bəri Mauritşuis muzeyinin kolleksiyasındadır. Tablo 2011-ci ildə Royal Dutch Mint tərəfindən buraxılmış qızıl və gümüş xatirə sikkələrinin üzərində təsvir olunmuşdur. Tablodan Marsel Prustin İtirilmiş zamanın izində adlı romanında da istifadə olunmuşdur. Marsel Prust xüsusilə Delft mənzərəsi əsərini bəyənmiş və əsəri ilk dəfə gördükdə bu sözləri demişdir: İş üzrə texniki analiz Vermeerin bu rəsm üçün məhdud piqment seçdiyini göstərir. Tünd göy, aşıboyası, alizarin rəsmdə istifadə olunmuş əsas materiallardır. Digər tərəfdən rəsmin çəkilmə texnikası çox diqqətlidir.
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942–1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Muğam-poema"sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Göyçay bağlarında (rəsm əsəri)
Göyçay bağlarında — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965–1966-cı illərdə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun çəkdiyi Göyçay bağlarında rəsm əsərində xalçanın üzərinə sallanmış nar ağacının meyvəli budaqları təsvir olunub. Sağ aşağı küncdə isə vedrə çəkilib. Sonradan bu əsər Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib. Bu şəkildən həm də Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında yazılmış məqalədə də illustrasiya kimi istifadə olunub. Aleksandr Kamenskiy yazır ki, bu rəsm əsəri peyzaj və ya natürmort adlandırıla bilməz çünki burada açıq qeyd olunmuş məkan, təbiət alət dünyasının elementar proporsional əlaqələri yoxdur. O qeyd edir ki, kompozisiya şaquli oxa uyğun olaraq ən azad və qəribə bir şəkildə ayrı ayrı detalları, meyvələri, çiçəkləri, budaqları, səhəngi, xalçanı özündə birləşdirir. Kamenski həm də qeyd edir ki, şəkildə nə birbaşa nə də geri prespektiv yoxdur cisimlər şəklin tam mərkəzində möhkəmlənib və künclərə doğru kiçilir.
Gənc alimlərin əsərləri (jurnal)
Hwarang:Döyüşü gənclər əsəri
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Həyat naminə (rəsm əsəri)
Həyat naminə — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1963-1965-ci illərdə çəkdiyi müharibəyə qarşı, soyuq və sərt rəsm əsəri. Şəkildə həbs düşərgəsindən uşağı çıxarmaq üçün öz bədənləri ilə tikanlı məftilləri qoparan əsirlər təsvir olunub. 1965-ci ildə bu rəsm əsəri Bakıda keçirilmiş "Sülhün keşiyində" respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Nərimanbəyov bu əsərində insanların xoşbəxtliyi üçün canından keçmək qətiyyətini özündə göstərən fədakar igidlik mövzusunu davam etdirir. Həm də qeyd olunur ki həm tutumuna həm də rəsmin koloritinə görə alleqorik məzmun daşıyan bu əsər faşizm qurbanlarını da yad edir. Qriqoriy Anisimov yazır ki, rəsm əsərində həyəcanlı qəhrəmanlıq melodiyası səslənir. Və bu əsərdə Meksika monumentalistlərin təcrübəsi hiss olunur. Anisimov isə qeyd edir ki, bu rəsm əsərinin pafosu inqilabi romantikanın pafosudur.
Kartof yeyənlər (rəsm əsəri)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək". Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq. Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər.
Kaskina döyüşü (rəsm əsəri)
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri. Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır. Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi.
Mikelancelonun əsərlərinin siyahısı
Məqalədə İntibah dövrünün məşhur heykəltaraş, rəssam, memar və şairi olmuş Mikelancelo Buanarottinin əsərlərinin siyahısı göstərilmişdir. Siyahıya həmçinin sənətkarın itirilmiş və müəllifliyi mübahisəli olan əsərləri haqqında da məlumat əlavə edilmişdir. Mikelancelonun yaradıcılığından dövrümüzə 300-ə yaxın şeir, 600 rəsm əsəri, 1400-ə qədər ona yazılmış və ya onun yazdığı məktublar, həmçinin 300 səhifəyə qədər xüsusi qeydlər (ricordi) çatmışdır. Mikelancelonun sağlığında onun əsərləri nəşr edilməmişdir. Bu səbəbdən də siyahı rəssamlıq, heykəltaraşlıq və memarlıq əsərlərinin ayrıca göstərilməsi vasitəsiylə və əsərlərin sıralanmasında xronoloji ardıcıllığa istinad etməklə təqdim edilir. Mikelancelo yuxarıda qeyd edilən hər üç sənət sahəsində, hələ özünün sağlığında İntibah mədəniyyətinin ən gözəl nümunələri kimi dəyərləndirilən əsərlər yaratmışdır. Sənətkarın Santa-Kroçe kilsəsindəki məzarını həmin üç sənət sahəsinin muzalarının heykəlləri bəzəyir.. Mikelancelonun məşhur heykəllərini yaratmamışdan əvvəl model kimi işlədiyi, təcrübi xarakterli bəzi işləri də dövrümüzə çatmışdır. Onlar sənətkarın yaradıcılığının Florensiya dövrünə (təxm. 1500—1505 illər və təxm.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Mirzə Qədim İrəvaninin əsərlərinin siyahısı
XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinə portretlər, rəsm-trafaretlər, divar rəsmləri, zinət əşyaları və şüşə üzərində rəsmlər daxildir. Yalnız üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiya - muzeyləri öz kolleksiyalarında İrəvaninin əsərlərini saxlayır. Aşağıdakı siyahının tərtib edilməsi zamanı istifadə edilmiş əsas mənbə Natalya Miklaşevskaya tərəfindən yazılmış və "Azərbaycan incəsənəti" (Bakı, 1954) toplusunda çap edilmiş "XIX əsr rəssamları: Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" (rus. «Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб») adlı məqalə olmuşdur. Məqalədə İrəvaninin 23 əsəri haqqında məlumat verilir ki, onlardan da iyirmisi Azərbaycan Milli İncəsənət Muzeyində, ikisi Ermitajda, biri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Həmçinin məqalədə XIX əsrin 50-ci illərində İrəvandakı Sərdar sarayı üçün çəkilmiş və hazırda Güsrcüstan Dövlət Muzeyində saxlanan bir neçə böyük portretdə İrəvaninin imzasının olması təsdiq edilir.. Эривани / Под ред. Б. В. Иогансона. — Искусство стран и народов мира (краткая художественная энциклопедия): Советская энциклопедия, 1962.
Musiqi əsəri
Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir. Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir. Назайкинский Е. В. Логика музыкальной композиции.М., изд., "Музыкальный энциклопедический словарь", 1982. Чередниченко Т. В. Музыкальное произведение, М., изд., "Музыкальный энциклопедический словарь", 1982.
Müstəqilliyin yüzilliyi (rəsm əsəri)
Müstəqilliyin yüzilliyi (fr. Le centenaire de l'indépendance) — Məşhur postimpressionist rəssam Henri Russonun rəsm əsərlərindən biri.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Bəşər Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Əsgər Məmmədov (əsgər, 1972)
Cəlayir (Əhər)
Cəlayir (fars. جلاير‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (16 ailə). Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 22 km şimal-şərqdədir.
Cəliq (Əhər)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (9 ailə).
Cəğnab (Əhər)
Cəğnab — İranın Şərqi Azərbaycan ostanında kənd. Əhər şəhristanının Kəlibər bölgəsinin Ətraf kəndistanında, Kəlibər qəsəbəindən 12 km cənubdadır.
Damanab (Əhər)
Damanab (fars. دامناب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (28 ailə).
Daşlıca (Əhər)
Daşlıca (fars. داشلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (25 ailə).
Dehistan (Əhər)
Dehistan (fars. دهستان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Dupiq (Əhər)
Dupiq (fars. قدغليان بالا‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (73 ailə).
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. == Sənətçi haqqında == 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Azər Quliyev (əsgər)
Azər Zakir oğlu Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir. 2015–2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir. Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ — İkinci Qarabağ müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunması" medalı ilə təltif edilmişdir.
Azər Süleymanov (əsgər)
Azər Haqverdi oğlu Süleymanov (26 oktyabr 1982, Şüvəlan – 12 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azər Süleymanov 1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Süleymanov oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ramana qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Süleymanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Tağıyev (əsgər)
Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Subay idi. Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Tağıyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azər Əliyev (əsgər)
Azər Dilafət oğlu Əliyev və ya Azər Dilafər oğlu Əliyev (6 yanvar 1999, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu — 28 yanvar 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin Baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azər Əliyev 6 yanvar 1999-cu ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Əslən Şuşa rayonunun Çaykənd kəndindəndir. 2008-2019-cu illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd Alı Mustafayev adına tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, Nəzrin adlı qızı və şəhid olmasından sonra doğulan 29.04.2021-ci ildə doğulan Əli adlı oğlu yadigar qaldı. Azər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azər Əliyev 2019-cu ildən Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Həsən Qasımov (əsgər)
Həsən Şöhrət oğlu Qasımov (27 may 1997; Tağılı, Hacıqabul rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həsən Qasımov 27 may 1997-ci ildə Hacıqabul rayonunun Tağılı kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Əzizə Cəfərzadə adına Hacıqabul rayon Tağılı kənd tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildən ailəli idi. Həsən Qasımov 25 yanvar 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Goranboy rayonunun Ballıqaya kəndində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 11 iyul 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 3 iyul 2018-ci ildən "AQRO DAİRY MMC" şirkətində mühafizəçi vəzifəsində çalışırdı. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Həsən Qasımov səfərbər olunmuş və 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.
Həsən Quliyev (əsgər)
Həsən Adışirin oğlu Quliyev (11 oktyabr 1996; Sarvanlar, Ağcabədi rayonu, Azərbaycan — 3 noyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həsən Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açmışdır. 2003-2014-cü illərdə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbdə təhsil almışdır. 2018-ci ilin martında ailə həyatı qurmuşdur, Dəniz və Xəyal adlı övladları yadigar qaldı. Həsən Quliyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tabeçiliyində Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2016-cı ilin aprelində hərbi xidmətdən tərxis olunan Həsən Quliyev həmin ilin noyabrından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Həsən Süleymanov (əsgər)
Həsən İsmayıl oğlu Süleymanov (8 avqust 1991; Ağcabədi, Azərbaycan SSR — 26 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həsən Süleymanov 8 avqust 1991-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. Həsən Süleymanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper kimi yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həsən Süleymanov 26 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Qasımov (əsgər)
Azər Yaqub oğlu Qasımov (2 dekabr 1979; Yenikənd, Tərtər, Azərbaycan — 29 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azər Qasımov 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. 1997-ci ildə orta məktəbi bitirib hərbi xidmətə başlamışdır. Azər Qasımov ailəli və 4 övlad atası idi. Azər Qasımov 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi medalla təltif edilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Qasımov Suqovuşan döyüslərində savaşıb. 29 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Tərtərdə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəfər Əsəd Əl Xəlilli
Həsən Abdullayev (əsgər, 1994)
Həsən Qərib oğlu Abdullayev (21 iyun 1994, Daşkəsən rayonu – 6 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. Karate-do idman növü ilə məşğul olmuşdur. Subay idi. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Həsən Qərib oğlu Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həsən Bayramov (əsgər, 1992)
Həsən Bayramov (əsgər, 2001)
Həsən Həsənov (əsgər, 1996)
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik.