Dəmir Daban (əsər)

Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır. 25 fəsildən ibarətdir.

Dəmir Daban
ing. The Iron Heel
Müəllif Cek London
Janrlar elmi fantastika
Orijinalın dili amerikan ingiliscəsi
Ölkə
Orijinalın nəşr ili 1908
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Məşhur fizik Kanninhemin qızı olan Evis sosialist Ernest Everqardia evlənməklə müasir cəmiyyətin iqtisadi əsslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini "Dəmir daban" adlandırır.[1] Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir. Cek Londonun "Dəmir daban" əsəri XX əsr Amerika inqilabçısı Evis Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1993-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Uruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir. O demişdir: "London bəzi münasibətlərdə digər öncəgörənlərə nisbətən daha haqlıdır. O yaxşı hekayəçi və yetərincə ardıcılı olmayan sosialist idi" [1].

Əsər Marksizmin ən çılpaq şəkildə oxuna biləcəyi, olduqca axıcı və maarifləndirici bir əsərdir. Cek Londonun “Dəmir daban”ını dünya ədəbiyyatı tarixində oliqarxlar və oliqarxiya haqqında ilk roman sayırlar [2]. Əsərdə Ernestin səylərinə baxmayaraq heç cür təşkilati birlik ola bilməyən və buna görə də üst sinfin dəmir dabanı (dəmir – fabriklərdəki dəmir texnologiyaya işarədir) altında qalaraq əzilən işçi sinfinin mübarizəsindən bəhs edilir.Dövrünün Amerikasını sərt bir şəkildə tənqid etmiş, dövlət rəsmilərinin və zəngin təbəqənin onlara qarşı müxalif olan hər kəsi necə əzdiyini, onlara qarşı səsini necə yüksəldə bilən və ən əsası səsini ətrafdaki insanlara da duyura bilənləri necə yox etdiyini sadə bir dil ilə romantik janrda oxuculara çatdırmağa çalışmışdır.[3] Əsər 1907-ci ildə yazılmışdır. Burada müəllifin uzaqgörənliyi, onu bir yazıçıdan çox aşağı təbəqə üçün qəhrəman, hakimiyyət üçün isə bir inqilabçı kimliyinə bürüyür. Aristokrat obrazları dəyərləndirərkən onların həqiqi iç üzü meydana çıxır. İnsan, öz vicdanının başqa şəxslər tərəfindən sorğulanmasını rədd edir. Çünki, özü də vicdanından şübhə edəcəyini bilir və bu hal ilə qarşı-qarşıya qalmağa nifrət edir. Bu vəziyyət isə mənfəət və vicdan ehtiyacını daha da alovlandırır. Xudbin və xəsis insan isə bunu içində basdırıb mənfəətini daha çox düşünür və ondan mənfəət qazanmaq üçün qoyduğu hədəflərindən uzaq düşməməyə can atır.

  • Ernest
  • Doktor Hammerfild
  • Yepiskop Morpauz
  • Cekson
  • Polkovnik İnqrem
  • Persi Leyton
  1. 1 2 tərcümə edən Yusif Əzimzadə. Cek London Dəmir Daban. Bakı: Qanun. 2011.
  2. solfront.org/post/memmed-suleymanov-qaydalar-deyisir
  3. "Arxivlənmiş surət". 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-06.