Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslam Məşvərət Şurası
İslam məşvərət şurası (fars. مجلس شورای اسلامی ایران ‎- İranın İslami Məşvərət Məclisi) - İran İslam Respublikasının qanunverici orqanı. 4 ildən bir seçilən məclisin tərkibində hazırda 290 deputat var. Məclisin sədri Mohammad Bagher Ghalibafdir.
Fəhlə Məsələsinə dair Məşvərət Şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası

Şeyx Bəşərət (Bicar)
Şeyx Bəşərət (fars. شيخ بشارت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (68 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Məşyəxət-i İslamiyyə idarəsi
Məşyəxət-i İslamiyyə idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman ruhani idarəsi. == Tarixi == Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, Cənubi Qafqaz şiələrinə başçılıq etmək üçün Şeyxülislam (1823), sünnilərə rəhbərlik etmək üçün isə müfti (1832) vəzifələri təsis olundu. Lakin Cənubi Qafqaz müsəlmanları ruhani idarəsinin yaradılması ləngidirdi. Cənubi Qafqazda şiə və sünni məzhəbləri üzrə müvafiq ruhani idarələri yalnız 1872-ci il aprelin 5-də yaradıldı. Bu idarələr Tiflisdə yerləşirdi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Cənubi Qafqaz müsəlman ruhani idarələri Tiflisdən Gəncəyə köçürüldü, Hər iki idarə rəhbərinin 1918-ci il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarəsi, Osmanlı dövlətində olduğu kimi, "Meşyəxət-i islamiyyə" ("məşyəxati" "şeyx" sözünün cəm şəkillərindən biridir.
Sulamif Messerer
Sulamif Mixaylovna Messerer (Meşoyrer) (rus. Сулами́фь Миха́йловна Мессере́р (Мешойрер); 27 avqust 1908, Moskva – 3 iyun 2004, London) — Sovet balerinası və balet müəllimi, üzgüçü. Asap Messerer və Rahila Messerer-Plisetskayanın bacısı, Mixail Messererin anası, Maya Plisetskayanın xalası və övladlığa götürən ökey anası. RSFSR xalq artisti (1962). == Həyatı == Sulamif Plisetskaya 27 avqust 1908-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866-1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870-1929) ailəsində anadan olub. Milliyyətcə valideynləri yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. Sulamifin atası Mendel 8 xarici dil bilirdi. O, Xarkovda diş həkimi diplomu alıb və 1904-cü ildə həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı yeri tərk edərək Moskvaya gedə bilib.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. == Memarlıq xüsusiyyətləri == Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsdərə məbədi

Məsləhət (film, 1988)
Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası. == Həyatı == Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866-1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870-1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M.B.Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar. Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinifi).
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir. Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir.
Hərbi Yardım Təminatı Məsləhət Qrupu
Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir, lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Curtis, Glenn E., redaktor Yugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992. Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces.