Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi.[1][2]
Məsdərə məbədi Müqəddəs Vəftizçi İohann kilsəsi | |
---|---|
Սուրբ Հովհաննես Մկրտիչ եկեղեցի | |
40°27′06″ şm. e. 43°53′02″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Araqacotn mərzi, Məsdərə kəndi |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | V əsr |
İstinad nöm. | 2.69/8 |
Kateqoriya | Məbəd |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Günbəzli məbəd tipində inşa edilmiş [3] məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır.[4]
Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir. SSRİ dövründə, 1940–cı ildə məbəddə ermənilər tərəfindən aparılmış "bərpa" işləri zaman onun ilkin memarlıq xüsusiyyətlərinə bəzi dəyişiklikləri edilməklə və ətrafında xaçkarlar yerləşdirilməklə məbəd erməniləşdirilmişdir.
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |