Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayılma
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Sarkoma
Sarkoma (ing. sarcoma) – BT-nın bədxassəli şişi.
Sarıca
Sarıca (Şəki)
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Qolçomaqlıqdan salınma
Qolçomaqlıqdan salınma (rus. раскулачивание, translit. raskulaçivanie; ukr. розкуркулення, translit. rozkurkulenniya) - İlk beş illik planın 1929-1932-ci illərində milyonlarla qolçomaq (varlı kəndli) və onların ailələrinin tutulması, deportasiyası və edam olunması da daxil olmaqla Sovet siyasi repressiyaları kampaniyası idi. Əkin sahələrinin müsadirə edilməsini asanlaşdırmaq üçün Sovet hökuməti qolçomaqları SSRİ-nin sinfi düşmənləri kimi göstərdi. 1930-1931-ci illərdə 1,8 milyondan çox kəndli sürgün edildi. Kampaniya əks-inqilabla mübarizə və kəndlərdə sosializm qurmaq məqsədi güdürdü. Sovet İttifaqında kollektivləşmə ilə eyni vaxtda həyata keçirilən bu siyasət Sovet Rusiyasındakı bütün kənd təsərrüfatını və bütün əməkçiləri səmərəli şəkildə dövlət nəzarəti altına aldı. Qolçomaqlıqdan salınma zamanı aclıq, xəstəlik və kütləvi edamlar 1929-cu ildən 1933-cü ilədək ən az 530.000-dən 600.000 nəfərin ölümünə səbəb oldu, lakin daha yüksək hesablamalar mövcuddur: tarixçi Robert Konkvest 1986-cı ildə 5 milyon insanın öldüyünü təxmin etdi.
Sarolta Zalatnay
Sarolta Zalatnay (tam adı: Sarolta Zalatnay, mac. Zalatnay Sarolta; 17 dekabr 1947 və ya 14 dekabr 1947, Budapeşt) — Macarıstan pop müğənnisi, yazıçı və aktrisa. Ha fiú lehetnék (LP: 1970, CD: 2000) Zalatnay (LP: 1971, CD: 2000) Álmodj velem (LP: 1972, CD: 1994) Sarolta Zalatnay (Supraphon, (1973) Hadd mondjam el (1973) Szeretettel (1975) Színes trikó, kopott farmer (1976) Minden szó egy dal (1978) Tükörkép (1980) Nem vagyok én apáca (válogatás, 1985) Cini vagyok (1986) Privát levél (1988) Ave Maria (1989) Mindig kell egy barát (1995) Fák, virágok, fény (1998) Visszajöttem!
Sarılar (Germi)
Sarılar (fars. ساري لار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (25 ailə).
Sarılar (Əhər)
Sarılar (fars. ساري لار‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Sarıçam (Adana)
Sarıçam — Adana ilinin ilçəsi. 2018-ci ilin məlumatına görə ilçədə 173.154 nəfər yaşayır.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsilə təmin olunur. Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarılı Xəştab
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Sarissa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Varilla
Varilla (lat. Varilla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Xarizma
Xarizma — insanın intellektual, mənəvi və ya başqa bir şəkildə digər insanların "ürəklərinə" müraciət etmək qabiliyyəti. Adətən, xarizma insanın emosional və zehni qabiliyyətlərinin başqalarından fərqli kimi başa düşülür, bunun sayəsində o, xüsusi keyfiyyətlərə malik istedadlı kimi qiymətləndirilir, halbuki çox vaxt heç bir xüsusi xarici görünüşü olmur. N.G. Komlevin lüğətində — yüksək istedad, şəxsi cəlbedicilik kimi qeyd olunur. Xarizmatik - xarizma ilə xarakterizə olunur. Sosiologiya, politologiya, psixologiya və idarəetmə üzrə alimlər bu termini qeyri-adi hesab edilən liderlik növü üçün nəzərdə tuturlar. Bu sahələrdə "xarizma" termini "dəyərlərə əsaslanan, simvolik və emosional lider siqnalından" istifadə edən spesifik lider tipini təsvir etmək üçün istifadə olunur. Qədim yunan mifologiyasında χάρισμα sözü diqqəti cəlb etmək qabiliyyətini ifadə etmək üçün istifadə edilmişdir. Qədim yunan gözəllik və incəlik ilahələri xaritlər adlanırdı. Xristian teologiyasında bu termin Müqəddəs Ruh tərəfindən verilən xarizma, hədiyyə və ya qeyri-adi güc kimi görünür. Xristianlıqda "Allahın hədiyyəsi" deməkdir.
Sarılar yaşayış yeri
Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 12400 metrdir. Araşdırmalar göstərir ki, yaşayış yerinin bir qismi indiki Şahbulaq kəndinin altında qalmışdır. Yaşayış binalarının yalnız dağılmış qalıntıları saxlanmışdır. Onların bünövrəsi daşdan, yuxarı qismi isə möhrədən tikilmişdir. Bəzi binaların yerində dördkünc formalı çalalar vardır. Araşdırmalar zamanı toplanan yerüstü materiallar əsasən çəhrayı, bəzən isə boz rəng- də bişirilmiş keramika məmulatından ibarətdir. Çəhrayı rəngdə bişirilmiş keramika məmulatının bir qismi cilalanmışdır. Onlar küpə, kasa, çölmək tipli qabların parçalarından ibarətdir. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən demək olar ki, yaşayış yerində həyat uzun müddət davam etmişdir.
Sarınca palçıq vulkanı
Gülbəxt palçıq vulkanı yaxınlığında, Gülbəxt-Sarınca strukturunun qərb periklinalına yaxın bir sahədə yerləşmişdir. Onun təpəsində 1600 m2lik bir sahə palçıq vulkanı brekçiyası ilə örtülmüşdür ki, burada da 18-20 sopka və qrifon vardır. Bunlardan bəçiləri aç miqdarda su və qaç ayırır. Vulkanın geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri, Məhsuldar qat və Pont çöküntüləri iştirak edirlər. Bərk tullantıların yaşı Paleosendən qədim deyil. Bütün sopka və qrifonlar şimal-qərb-cənub-şərqə doüru istiqamətlənmişdir. Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea sarissa (S.Moore) Christenh. & Byng Grevillea sarissa subsp. anfractifolia McGill. Grevillea sarissa subsp. bicolor McGill. Grevillea sarissa subsp. rectitepala McGill. Grevillea sarissa subsp.
Karizma (albom)
Karizma – Mustafa Sandal-ın 2009-cu ildə çıxardığı albomdur. "Karizma" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Ateş Et Ve Unut", "Adı İntikamdı", "Demo" və "Var Mısın Yok Musun" mahnılarına klip çəkilmişdir. Albomda ilk klip "Ateş Et Ve Unut" mahnısına çəkilmişdir. Bu mahnı musiqi tərzi və sözləri ilə Mustafa Sandalın ilk mahnılarından fərqlənir. "Var Mısın Yok Musun" mahnısını Elit Kaya ilə duet olaraq ifa etmişdir.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Xarizma Karpenter
Xarizma Li Karpenter (23 iyul 1970, ing. Charisma Lee Carpenter) — Amerikalı aktrisa. Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib. San-Diyeqoda o, Sənət Məktəbini bitirib.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.