Sarılı Xəştab

Sarılı XəştabAzərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.[1]

Sarılı Xəştab
39°12′40″ şm. e. 46°35′30″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 745 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarılı Xəştab xəritədə
Sarılı Xəştab
Sarılı Xəştab

Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Sarılı Xəştab // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.