SUMAYƏ
SURAHI
OBASTAN VİKİ
Sura çayı
Sura (çuvaş Сăр, d.mari Шур, erz. Сура лей) — Rusiya ərazisindən axan, Volqa çayının sağ qolunu təşkil edən çay. Rusiyanın Ulyanovsk, Pemza və Nijeqorod vilayətləri, Mordoviya, Mari El və Çuvaşiya əraxilərindən keçir. Çayın uzunuluğu 841 km, hövzəsinin sahəsi 67,5 min. km² təşkil edir. Ulyanov vilayətinin Prilov yüksəkliklərindən başlanğıcını götürür. Əvvəlcı qərbə sonradan isə şimala irtiqamətlənir. Su təminatında istifadə edilir. Sahilində ən böyük şəhər Pemzadır. Sahillərində Sursk, Alayır, Yadrin və Şumerya kimi şəhərlər belə vardır.
Sura İsgəndərli
Sura İsgəndərli (17 dekabr 1994, Bakı) — Azərbaycan əsilli türk müğənnisi və bəstəkardır. == Bioqrafiya == İngilis dili müəllimliyini oxuyub bitirən Sura musiqi ilə maraqlanmağa universitet illərində başlayıb. Şeir yazmağa kiçik yaşlarında başladığına görə qısa zaman ərzində müəllifi özü olduğu söz və bəstələri ilə böyük bir kütləyə tanınıb. Bir More Yak və Yaram Dərindən mahnıları sənətçi üçün dönüş nöqtəsi olub. 2019-cu ildə sənətçinin Bir More Yak adlı sinqlı Altın Kelebek Mükafatlarında İlin Mahnısı kateqoriyasında namizəd oldu. 2020-ci ilin fevral ayında, 4-cü Musiqi Ulduzlarında Ən Yaxşı Pop Musiqi Artisti kateqoriyasında mükafat qazandı.
30 saylı Suraxanı birinci seçki dairəsi
31 saylı Suraxanı ikinci seçki dairəsi
32 saylı Suraxanı üçüncü seçki dairəsi
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 315 nömrəli məktəbdə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
I Haşim ibn Suraka
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. Tarix əl-Babda ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cu ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Maksim Surayev
Maksim Viktori Surayev (24 may 1972, Çelyabinsk) — Rusiya Dövlət Dumasında fəaliyyət göstərən təqaüdçü, rus kosmonavt və siyasətçi. 2016-cı ildə öz mövqeyini göstərmişdir. == Şəxsi == Surayev Çelyabinskidə anadan olmuşdur. Uşaqlıq dövründə Surayev atasının hərbi öhdəlikləri səbəbindən bir çox yerlərdə yaşamışdır. Əvvəlcə doğulduğu yerdən, Uralsdakı Çelyabinskdən Sibiriyə köçdü. Atası hərbi akademiyaya daxil olduqda Surayevin ailəsi yenidən Moskva ətrafına köçdü. Atası bir neçə poçt xidmətinə baxarkən Surayev yenidən Moskvanın ətrafındakı bir şəhərdən digərinə köçdü. Surayev Anna Aleksandrovna ilə evlidir. Onların iki qızı var – Arina və Kseniya. Onun istirahət maraqları idman və kitab oxumaqları əhatə edir.
Suraphon Sombadcharoen
Suraphon Sombadcharoen (tay สุรพล สมบัติเจริญ; 25 sentyabr 1930 – 16 avqust 1968) – Tailand musiqiçisi.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Surat şəhərinin mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. == Əvvəli == Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. == Mühasirə == Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.
Suratın mühasirəsi

Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Suraxanı (Ağsu)
Suraxanı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 151 nəfərdir.
Suraxanı (dəqiqləşdirmə)
Suraxanı — Suraxanı rayonuda qəsəbə. Köhnə Suraxanı adı ilə də tanınır. Suraxanı rayonu — Bakıda rayon. Suraxanı atəşgahı — Suraxanıda yerləşən atəşgah. Suraxanı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Suraxanı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Suraxanı (içki) — müalicəvi mineral süfrə suyu. Suraxanı — 1914-cü ildə istifadəyə verilən tanker. Daha sonra Valerian Kuybışov tankeri olaraq adlandıtrılmışdır. Suraxanı rayonunun qaraçuxur qəsəbəsində zəngin qəsəbə kimi adlandırmaq olar.
Suraxanı (içki)
Suraxanı — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Bakı şəhərinin şimal-şərqində Abşeron yarımadasının Suraxanı kəndində (qəsəbəsində) yerləşir. Hidrogen-kükürdlü müalicəvi su olub minerallaşması 5,4–9,3 q/l-dir. Gündəlik debiti təqribən 30 min. litrdir.
Suraxanı GES
Suraxanı Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Stansiyanın açılışı iyulun 16-da olub. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.
Suraxanı Günəş Elektrik Stansiyası

Suraxanı Maşınqayırma Zavodu
Suraxanı Maşınqayırma Zavodu – Azərbaycanda maşınqayırma zavodu. Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod 1923-cü ildə "Azneft" Birliyinin emalatxalarının bazasında yaradılmış və 1925-ci ildə burada ştanqlı quyu nasoslarının istehsalı təşkil edilmişdir.1930-cu ildə zavoda F. Dzerjinski adı verilmiş, 1991-ci ildən isə Suraxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir. Zavodun istehsal etdiyi məhsulların nomenkulaturasına ştanqlı quyu nasosları, silfonlu qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu tros alətləri, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğular, qaz-qum lövbərləri, boru ştaqlı nasos qurğuları və onların ehtiyat hissələri daxildir. Zavodun mövcud istehsal gücü, texniki və texnoloji imkanları, normativ sənəd bazası normal və mürəkkəb (abraziv, böyük miqdarda qaz və mexaniki qarışıqlar olan mühitdə) istismar şəraitləri olan AZS və API 11 AX standartlarına müvafiq bütün ölçü və icralı ştanqlı dərinlik nasosları və digər neft-mədən avadanlıqlarını layihələndirməyə, istehsal etməyə və zəmanətlə sifarişçilərə göndərməyə imkan verir. Zavodda həcmi azotlaşdırma, detalların xarici işlək səthinə bərklik vermək üçün qazotermik püskürmə yolu ilə metal tozu vasitəsilə örtülməsi kimi texnologiyalar tətbiq edilir, müasir sınaq laboratoriyası fəaliyyət göstərir. 2004-cü ildən zavodda İSO Beynəlxalq standartı fəaliyyət göstərir və ştanqlı quyu nasosları Amerika Neft İnstitutunun APİ Spec 11 AX Monoqrammı əsasında istehsal olunur.
Suraxanı Neft Mədənlərində Yanğın (1923)
Suraxanı neft mədənlərində yanğın — 1922-ci ildə Azərbaycanda çəkilmiş sənədli film. == Məzmun == Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır. == Film haqqında == Film saxlanılmayıb. == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Suraxanı atəşgahı
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır. Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir.
Suraxanı birinci seçki dairəsi
Suraxanı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suraxanı ikinci seçki dairəsi
Suraxanı neft mədənlərində yanğın (1922)
Suraxanı neft mədənlərində yanğın — 10 aprel 1922-ci ildə neft mədənlərində törədilmiş terror nəticəsində yanğın hadisəsi. == Hadisənin gedişi == 1921-ci ilin əvvəlində neft sənayesində işləmək üçün neft komitəsinin Moskvadan göndərdiyi rəhbərliyin təşəbbüsü ilə general Vrangelin 7,5 min keçmiş əsgəri İstanbuldan Bakıya gətirildi. Onların sırasında müxtəlif ünsürlər, gizli əksinqilabçılar ağqvardiyaçı zabitlər də var idi. Zaqafqaziya eserləri və müsəlman qrupları ilə əlaqəsi olan polkovnik Qaydukovun başçılığı ilə 1921-ci ilin aprelində onlar Ramanada terror aktları keçirməyə başladılar. Gizli eser təşkilatı isə 1922-ci ildə Bakının neft sənayesi müəssisələrində yanğınlar törətdi. 1922-ci il aprelin 10-da bir gün ərzində Ramana, Suraxanı və Balaxanı mədənlərində təxribatçılar üç yanğın törətmişdilər. Balaxanı və Ramana yanğınlarını fəhlə dəstələri çox çətin, sərt xəzrinin tüğyan etdiyi mürəkkəb vəziyyətdə əzmkarlıqla tez söndürdülər. Ən qorxulu yanğın Suraxanıda, gündə 160 min pud neft verən beşinci mədəndə olmuşdu və onun alovları güclü əsən küləklə bütün neft mədəni rayonuna tamamilə sıradan çıxmaq təhlükəsi yaratmışdı. Bu yanğın mühəndislərdən F.Rüstəmbəyov, İ.S.Sorokin və Kusminskinin başçılıq etdiyi fəhlə dəstələrinin səyi nəticəsində aprelin 11-də səhərə yaxın ləğv edilmişdi. Ümumittifaq MİK 1922-ci ilin avqustunda yanğınla mübarizədə fədakarlıq göstərmiş Bakı fəhlələrini Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.