Suraxanı Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Stansiyanın açılışı iyulun 16-da olub. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.[1]
Suraxanı GES | |
---|---|
Suraxanı Günəş Elektrik Stansiyası | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.6 km² |
Sahibi | Azalternativenerji Agentliyi |
Status | İşlək |
Tikilmə tarixi | 2013 |
İstismara verilib | 22 may, 2014 |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 4 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 1,2 MVt |
Yerləşməsi | |
40°25′13″ şm. e. 50°00′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
|