1. arxit. Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək. Sarayın bəzəkli sütunları.
– Telli, qıyqacı çadralı başını balkonun sütununa söykəyib baxırdı.
Rüstəm kişi ikimərtəbəli binanın kərpic sütunundan tutdu.
// məc. İstinadgah, əsas, dayaq.
[Kəndli:] Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir.
Köhnə yaşayışın əsas sütunları yıxıldı.
2. Qəzetdə, kitabda və s.-də səhifənin yuxarıdan aşağıya doğru bölünmüş hissələrindən hər biri.
Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub.
Sabaha çırpınan fikirlərimi; Milyonlar oxuyur sütunlarında.
3. məc. Aşağıdan yuxarıya dikələn, qalxan şey haqqında. Yanğından qalxan tüstü sütunu.
– Sütun kimi dikəlmiş bir başdaşı.
Alovun işığı samovardan qalxan buxara əks edərək, masadan tavana qədər qızıl bir sütun təşkil edirdi.