SƏNAYE-MÜLKİ

прил. промышленногражданский. Sənaye-mülki obyektlər промышленно-гражданские объекты
SƏNAYE-MALİYYƏ
SƏNAYE-NƏQLİYYAT
OBASTAN VİKİ
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. == Tarixi == İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. == Mülki qanunvericiliyin prinsipləri == Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Mülki tarix
Mülki tarix — Dünyada qəbul edilən əsas tarixdir. Yəni tarixi hadisələrə heç bir münasibət bildirilmir, tarix olduğu kimi yazılır.
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Səbəbləri == İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksək səviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. ==== Funksiyaları ==== Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. ==== Quruluşu ==== Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. == İstinadlar == == Xarici keçidlər == Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Azərbaycan mülki hüququ
Azərbaycan mülki hüququ — Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə mülki hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi). Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR). Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi. Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi. Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s.
Mülki-Arslan nahiyəsi
== Tarixi == XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur. Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir. Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır. == Səfəvilər dövrü == Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.
Mülki Hüquqlar Qanunu
1964-cü il Mülki Hüquqlar Qanunu (ing: The Civil Rights Act of 1964) ABŞ-də məktəblərdə, ictimai yerlərdə, işəgötürmədə qaradərililərə qarşı mənfi ayrı-seçkiliyi qadağan edən əlamətdar bir qanun idi. ABŞ-nin o zamankı Prezidenti Lyndon Johnson tərəfindən 2 iyul 1964-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunla, irqçi ayrı-seçkilik qanunsuz edildi. Qanun layihəsi 1963-cü ildə ABŞ Prezidenti John F. Kennedy tərəfindən hazırlanmışdır; lakin Kennedy məruz qaldığı sui-qəsd nəticəsində öldüyünə görə, qanunun qəbul edildiyini görə bilməmişdir. Qanunu imzalayan prezident Lyndon Johnson idi. Şübhəsiz ki, bu qanunun qəbul edilməsində və bu hüquqların əldə edilməsində ən böyük paylardan biri Amerika vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqə məxsusdur. Kinqin 28 mart 1963-cü il tarixində təşkil etdiyi Washingtona İş və Azadlıq Uğrunda Yürüş etirazında etdiyi bir xəyal qurdum nitqi böyük bir təsir bağışlamış və tarixin ən əhəmiyyətli çıxışlarından biri olmuşdur. Bu gün qara-ağ ayrı-seçkiliyi ABŞ-də qanuni səviyyədə mövcud deyil, lakin bəzi radikal qrupların irqçi hərəkatları və davranışları hələ də mövcuddur. 2008-ci ildə ABŞ-nin prezidenti seçilən Barak Hüseyn Obama bu vəzifəni tutan ilk Zənci oldu. Obamaya qarşı da bəzi irqçi reaksiyalar var idi; lakin bu reaksiyalar çox aşağı nisbətdə qalmışdı.
Mülki Müdafiə (1969)
== Məzmun == Kinolent düşmən basqınları vaxtı əhalini qorumaq, xalq təsərrüfatının müntəzəm işini təmin etmək və basqının nəticələrini aradan qaldırmaq məqsədi ilə sülh və müharibə dövrlərində keçirilən ümumdövlət müdafiə tədbirləri haqqındadır. == Film haqqında == Film Azərbaycan Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.
Girov (mülki hüquq)
Mülki hüquqda girov — girov qoyanın məhdud mülkiyyətində olan əmlak və digər mülki hüquq obyektləri (pul istisna olmaqla) şəklində öhdəliklərin yerinə yetirilməsini təmin etmək və borcun və ya digər mülki öhdəliklərin ödənilməsinə zəmanət vermək üsulu. Girov, o cümlədən qarantiya əsas təminatlı öhdəliyə münasibətdə əlavə (əlavə) öhdəlikdir ki, bu da xüsusilə aşağıdakı nəticələrə səbəb olur: əsas öhdəlik etibarsız olduqda, girov öhdəliyi etibarsız olur, girov öhdəliyi ilə bağlı hüquqların keçməsi əsas öhdəlik ipoteka və s. Daşınmaz əmlakın girovu ipoteka adlanır. == Hüquqi mənası == Girov hüququ həm daşınar əmlakın kreditora-girova (mülkiyyət girovuna) faktiki verilməsi (lombard), həm də girov hüququnun (mülkiyyətsiz girov) yaradılması haqqında müqavilənin bağlanması nəticəsində yaranır. ). Eyni zamanda, həm əsas (təminatlı) öhdəlik üzrə borclunun özü (öz borcları üzrə girov), həm də üçüncü şəxs (başqa şəxslərin borcları üzrə girov) girov qoyan kimi çıxış edə bilər. Girov hüququnun mühüm xüsusiyyəti onun real mahiyyətidir. O, təkcə borcluya — girov qoyulmuş əmlakın sahibinə münasibətdə deyil, həm də onun əlində olan bütün üçüncü şəxslərə münasibətdə etibarlıdır. Girov hüququ vərəsəlik, satınalma və s. yolu ilə əldə edilmiş əmlakla birlikdə keçir.