VAQEİYYƏT
VAQİƏ
OBASTAN VİKİ
Bəhruz Vaqifoğlu
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Bəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır. == Fəaliyyəti == Fəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur. 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir. Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Hüsniyyə Vaqifqızı
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Molla Pənah Vaqif (1990)
== Məzmun == Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif (film, 1990)
== Məzmun == Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Xalq Təhsili Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. == Haqqında == Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Pavle Vaqiç
Pavle Vaqiç (24 yanvar 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === Malmö === Vaqiç Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Vaqiç öz peşəkar karyerasında debütünü 29 oktyabr 2017-ci ildə Sirius klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Karlos Strandberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Vaqiç İsveçdə anadan olmuşdur. Valideynləri isə Serbiya vətəndaşlarıdır. O, İsveçin gənclər millilərində çıxış edir.. == Karyera statistikası == === Klub === 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Rövşən Vaqifoğlu
Rövşən Vaqifoğlu — Azərbaycanlı kinorejissor. == Həyatı == 29 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cı ildə, Bakı şəhəri, Yasamal rayonu, 176-saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"-ndə "Teatr və Kino Sənəti" fakultəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olmuş, 2000-ci ildə bakolavr təhsili ilə bitirmişdir. 1993-2001-ci ilə qədər Yeni il və Novruz bayramı şənliklərini montaj rejissoru olmuşdur. Həmçinin Space tv-də olimpiadaya aid 3 seriyalı sənədli film, İnternews şirkətində 2 sənədli film, 8 film reklam roliki hazırlamışdır. 2000-ci ildə Debüt-kinotavr", 2006-cı ildə "Qizil Çıraq" kino festivallarının iştirakçısı olmuşdur."Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . == Adlar və mükafatlar == 1)2001-ci ildə "Qızıl pəri" audiovizual festivalın təşəbbüskarlarından və iştirakçısı olmuş, ən yaxsi kinorejissor kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 2)2001-ci ildə Azərbaycan Dövlət İdman və Turizm Nazirliyi tərəfindən İlin Ən yaxşı kinorejissoru kimi Beynəlxalq diploma layiq görülmüşdür. 3)2019-cI ildə "Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür .
Vaqif Həsənov (iqtisadçı)
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). == Həyatı == Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Kərimov Vaqif Həsən oğlu (Vaqif Kərim; 10 mart 1966, Ardanış, Krasnoselsk rayonu) — şair-publisist. == Həyat və yaradıcılığı == Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. Lakin 2-ci kursu bitirdikdən sonra təhsilini davam etdirməyib. Uzaq Şərqdə iki il əsgəri xidmət keçib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 1993-cü ildə universiteti bitirib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. == Həyatı == Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir. Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. == Ailəsi == Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Vaqif Mahmudov
Vaqif Mahmudov (14 dekabr 1954, Bakı) — "Baş müəllim" (1983), "SSRİ Maarif Əlaçısı" (1983), "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı" (1989), Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqının idarə heyətinin üzvü (1997), "Akademik M. Mehdizadə diplomu laureatı" (1999), Azərbaycan Təhsil Şurası İctimai Birliyinin üzvü (2001), "Azərbaycanın Tanınmış Maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi (2004), "Pedaqogika üzrə fəlsəfə doktoru" (2010), "Qabaqcıl təhsil işçisi" (2018), "Əməkdar müəllim" (2019), "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları laureatı (2020). == Həyatı == Mahmudov Vaqif Həsən oğlu 1954-cü il dekabr ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayonunda yerləşən 13 saylı orta məktəbi bitirmişdir. Elə həmin ildə də N. Tusi adına ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ-nin) riyaziyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirərək "Riyaziyyat", "Kibernetika və həyat" ixtisaslarına yiyələnmişdir. 1975-ci ildə təyinatla Abşeron (indiki Xızı) rayonunun Şuraabad kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1983–1986-cı illərdə Abşeron Rayon Təhsil Şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, 1991–2000-ci illərdə Azərbaycan Pedaqoji Kadrlarin İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda laboratoriya müdiri, 2000–2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda İnformatika və informasiya texnologiyaları kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2006–2021-ci illərdə isə 177 saylı tam orta məktəbdə və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunda riyaziyyat və informatika müəllimi işləmişdir. İşlədiyi müddətdə səmərəli pedaqoji fəaliyyətimə görə "Baş müəllim", "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı", "Qabaqcıl Təhsil İşçisi" döş nişanları, "Akademik M. Mehdizadə diplomu laureatı", "Azərbaycanın tanınmış maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi diplomları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları və s. ilə təltif olunmuş, dəfələrlə dövlət və yerli təşkilatlar tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. 30-dan artıq elmi, metodik tövsiyə və kitabçanın, 100-dən çox jurnal və qəzet məqalələrinin müəllifidir.
Vaqif Mahmudov (icra başçısı)
Vaqif Mahmudov — Quba Rayon İcra Hakimiyyətinin başçısı (1994-1999-cu illər). == Həyatı == Mahmudov Vaqif Əhməd oğlu 1941-ci il oktyabrın 22-də Quba rayonunun Qam-qam kəndində anadan olmuşdur. 1959-cu ildə Rustov kənd orta məktəbini, 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU), 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə kənd istehlak cəmiyyətində mühasib kimi başlamışdır. 1959-cu ildən mühasib, Qamqam kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1965-ci ildən Quba Rayon Komsomol Komitəsində təlimatçı, şöbə müdiri, Quba Rayon Partiya Komitəsində təlimatçı, Quba rayonu Lenin adına Sovxozda partiya komitəsinin katibi, 1971-ci ildən Quba Rayon Komsomol Komitəsinin birinci katibi, 1976-cı ildən Quba Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-ci ildən Quba Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində referent, böyük referent, 1994-1999-cu illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Azərbaycan Respublikası Material Ehtiyatları Komitəsində baş məsləhətçi və aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır. Hal-hazırda təqaüddədir. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, "Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir.
Vaqif Mirzəyev
Vaqif Həsənağa oğlu Mirzəyev (5 yanvar 1953, Mərdəkan) — Azərbaycanlı aktyor. == Həyatı == Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibətilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür.
Vaqif Mirzəyev (şəhid)
Vaqif Mirzəyev (azərb. Mirzəyev Vaqif Səməd oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Vaqif Mirzəyev 1959-cu ilin 12 noyabr tarixində Bakı şəhərinin Binə qəsəbəsində anadan olmuşdur. Binə qəsəbəsindəki elektrik qovşağında montyor işləyirdi. İki il idi ki, evlənmişdi. == Qanlı Yanvar faciəsi == O Hadisə günü qəsəbənin yaxınlığında — Binə-Mərdəkan yolunda təxminən saat 22.00 radələrində əvvəl süngü ilə, sonra isə avtomatla vurulmuş, saat 23.05 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya gətirilmişdir. Vaqifin həmkəndlisi Qərib Qədirli hadisə vaxtı orada olmuşdur. Qərib hadisəni belə danışır: Vaqif Mirzəyev həmin gecə 26 nömrəli xəstəxanada vəfat etmişdir. Binə qəsəbə qəbiristanlığında dəfn edilib.
Vaqif Musa
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964) == Həyatı == 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir. 1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.
Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998) == Həyatı == Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub. 1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. == Siyasi fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir. == iş fəaliyyəti == 1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir. 1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.